|
|
səhifə | 21/58 | tarix | 02.01.2022 | ölçüsü | 442,61 Kb. | | #9292 |
| Yoxlama və Qiymətləndirmə
Aşağıdakı test növləri tələbələrin bacarıqlarını təyin etmək və tədris /təhsil prosesini möhkəmləndirmək üçün müəllimlərə kömək edir:
-
Qruplar üzrə müvafiq yerləşdirmə testləri
-
İngilis dilinin lüğət, qrammatika və tələffüz kimi ayrı-ayrı komponentlərini təyin etmək üçün dil sahələri üzrə bacarıq testləri
-
Anlamanı müəyyən edən testlər - oxu testləri; tələbələr düzgün cavab olan hərfi seçirlər
-
Səmərəliliyi yoxlamaq üçün testlər - danışıq imtahanı, cəld və yaradıcı cavab tələb edir
-
Tələffüz edilən növbəti fikrin açılışı və tanınma səviyyəsini yoxlamaq üçün dinləmə testləri
-
Yekunlaşdırma bacarığının qiymətləndirildiyi tərcümə və inşa kimi fərdi testlər
-
Tələbələrin güclü və zəif cəhətlərini aşkar etmək və sonrakı təlimatları aparmaq üçün diaqnostik testlər
-
Tədris proqramının kiçik elementlərinin qiymətləndirilməsini müəyyən edən inkişafetdirici testlər
-
Bütün kurs ərzində əldə edilən inkişafı müəyyənləşdirmək üçün nailiyyəti müəyyən edən testlər
Xüsusi şəraitdə İngilis dilinə bütünlüklə yiyələnməni müəyyənləşdirmək üçün səriştəni müəyyən edən testlər.
Dostları ilə paylaş: |
|
|