XəZƏr universitetiNİN 2014-cü IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 442,61 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü442,61 Kb.
#6958
1   2   3

Araşdırma və Treyninq Mərkəzləri


Lüğət və Ensiklopediya Mərkəzi

Xəzər Universitetinin Lüğət və Ensiklopediya Mərkəzi (XULEM) 1996-cı ilin aprel ayında yaradılmışdır.

     XULEM bir neçə sahədə, xüsusilə ingilis dilinin mövcud lüğətlərinin araşdırılması və dəyərləndirilməsi, yeni ikidilli, çoxdilli və ensiklopedik lüğətlərin, həmçinin müxtəlif sorğu kitablarının tərtib və nəşri ilə məşğuldur.

     XULEM-də leksikoqrafiya sahəsində zəngin təcrübəyə malik olan alimlər və Xəzər Universitetinin müəllimləri çalışır.

     XULEM son bir neçə ildir ki, 6 cilddən ibarət olan İngiliscə-Azərbaycanca iri həcmli lüğətin tərtibi ilə məşğuldur. “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət” (XİABL) adlanan bu lüğətin 3 cildi artıq nəşr olunmuşdur, qalan 4-cü cild çapa hazır vəziyyətdədir. Digər 2 cild isə çapa hazırlanır.

      Bu əsər məzmununa, keyfiyyətinə və həcminə görə az rast gəlinən lüğətlərdəndir. Bu lüğət tərcüməçilər, tələbələr, alimlər, dil müəllimləri, kütləvi və elmi kitabxanalar üçün, həmçinin İgilis dilindən öz elmi və əməli fəaliyyətində istifadə edən hər kəs üçün nəzərdə tutulmuşdur.

     Lüğətin diqqətəlayiq xüsusiyyətləri:


  • onun təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələrdən ibarət böyük həcmi;

  • onun insan həyatı və fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən material zənginliyi;

  • bütün ingilis sözlərinin bitkin semantik quruluşu;

  • baş sözlərin mənalarının dəqiq tərcüməsi və onların işlədilməsinə dair izahat və cümlə nümunələri;

  • onun mükəmməl poliqrafiyası və nəfis xarici görkəmi;

     XİYABL-ın redaktorları ümid edirlər ki, bütün keyfiyyətlərinə görə bu lüğət ondan istifadə edənlərin tələbatını ödəyəcək və rəğbətini qazanacaqdır.

Qafqaz Tədqiqat Resurs Mərkəzi

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən və Qafqaz Tədqiqat Resurs Mərkəzinin (QTRM) əsas məqsədi yüksək səviyyəli tədqiqat resurslarından istifadə etmək imkanlarının artırılmasına, sosial tədqiqatlarla və praktiki fəaliyyətlə məşğul olan alimlərin, mütəxəssislərin potensialının gücləndirilməsinə, dialoq və əməkdaşlığın genişləndirilməsinə yardım göstərir.

QTRM yarandığı 2003-cü ildən etibarən sosial elmlər üzrə mütəxəssislərə fundamental ədəbiyyatdan, məlumatlardan istifadə etmək imkanı yaratmaqla Cənubi Qafqazda sosial elmlər üzrə fəaliyyət göstərən mərkəzə çevrilmişdir.

Qafqaz Barometri (öncə Məlumat Təşəbbüsü kimi tanınan) demoqrafik, sosial və iqtisadi məsələlərə aid məlumat toplayan illik ailə sorğusu kimi 2004-cü ildə fəaliyyətə başladı. 2007-ci ildən başlayaraq hər ölkədən 2000-ə yaxın respondentdən reprezentativ seçmə yolu ilə müsahibə alınır və onlar ailə tərkibi, onun sosial və iqtisadi vəziyyəti, məşğulluq statusu, ölkələrdə sosial və siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırır.

2004-cü ildən Mərkəz Tədqiqat proqramına start verdi. Bu proqram iqtisadiyyat, sosiologiya, demoqrafiya və digər social elm sahələri üzrə tədqiqat işi aparan tədqiqatçılara dəstək olmaqla yerli tədqiqat bacarığını inkişaf etdirməyə yönəlmişdir.



Ətraf Mühitin Tədqiqi Mərkəzi

Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzi 2007-ci ildə Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionunun əhəmiyyətli ekoloji problemlərinə yönəlik tədqiqatların aparılması üçün yaradılmışdır. Mərkəzin məqsədi bu regionun təbii ehtiyatlarının mühafizəsi, bərpası və davamlı istifadəsi üçün obyektiv elmi informasiya ilə təmin olunmaqdır. Çayın bərpası, ətraf mühitin idarə edilməsi, fəlakət riskinin azaldılması, daşqının qarşısının alınması  və iqlim dəyişikliyinin öyrənilməsi mərkəzin əsas tədqiqat istiqamətlərindəndir.



Təhsil layihələri:

1. 2009-2010: Kurikulum İnkişafı Layihəsi: "Xəzər regionunda Ekoloji Təhlükəsizlik və Resursların İdarə Edilməsi". Macarıstanın Mərkəzi Avropa Universitetinin Tədris İnkişafı müsabiqəsinin qrantı.

Yeni kurs "Xəzər regionunda Ekoloji Təhlükəsizlik və Resurs idarə olunması" üçün nəzərdə tutulmuşdur. Bu eyni zamanda Xəzər Universiteti (Azərbaycan), Avrasiya Milli Universitetində (Qazaxıstan) tədris olunan regional qarşılıqlı-intizam fənnidir.  Ətraf mühitin idarə olunmasıının və təhlükəsizliyin əsas anlayışları və prinsipləri,  qlobal və regional ekoloji narahatlıq doğuran sahələr və səmərəli ekoloji idarəetmə strategiyaları fənnin əsas mövzusudur. 



2. 2008: Kurikulum İnkişafı Layihəsi: "Ətraf mühitin idarə olunması." Macarıstanın Mərkəzi Avropa Universitetinin Qrantı.

Ətraf Mühitin İdarə Edilməsi fənni ətraf mühitin idarə olunmasının biofiziki, ümumi və institusional komponentlərini əhatə edir. Bu fənn təbii ehtiyatların kəmiyyət və keyfiyyətinə nəzarət edən təbii və sosial proseslərinə xüsusi əhəmiyyət verir. 



3. 2007: Gənc elmi-işçi heyətinin inkişafı layihəsi Xəzər Dənizi Ekoloji Tədqiqatların kurrikulumun inkişafı layihəsidir. ABŞ-ın Demokratiya Komissiyasının qrantı.

Layihənin nəticəsi olaraq, müxtəlif tədris nümunələri hazırlanmışdır. Bu tədris nümunələrində məktəb şagirdlərinin təlimi üçün müxtəlif fikir və yanaşmalar verilmişdir. Bütün inkişaf etmiş tədris modelləri  Azərbaycan və Qazaxıstanda kompakt broşüralar (əlavə olunur) şəklində çap olunmuşdur. Bu broşura Azərbaycan və Qazaxıstanın 150 məktəb və kitabxanasına göndərilmişdir. Bu materiallar Azərbaycan və Qazaxıstan məktəblərində savadsızlıq problemini aradan qaldırır və uzun müddət ərzində istifadə oluna bilər. Orta təhsil ictimai məlumatlılığı artırmaq üçün əlverişli fürsətdir və bu dövrdə biliyin inkişaf etdirilməsi çox vacibdir. Bundan başqa, bu material gələcəkdə Xəzər ətrafında yaşayan xalqların müxtəlif ekoloji və sosial problemlərini həll edə bilən daha çox kurikulumların hazırlanması üçün model ola bilər



Tədqiqat layihələri:

1. Gələcəkdə Xəzər dənizinin səviyyəsində baş verəcək  dəyişikliklərin proqnozlaşdırılması.

Amerikanın Fulbrayt ittifaqı tərəfindən maliyyələşdirilir(2010-2011).

2. Azərbaycanda dağ sürüşməsinin  xarici təsirlərə qarşı həssaslığının məyyənləşdirilməsiAlman Akademik Mübadilə Xidməti, DAAD tərəfindən maliyyələşdirilir (2010).

3. Kür hövzəsində kiçik axınların suyunun çəkilməsinin qarşısının alınması üçün kəndarların tətbiqi. ABŞ-ın Gənc elmi-işçi heyətinin inkişafı layihəsi tərəindən maliyyələşib(2009).

4.Xəzər dənizinin ekoloji problemləri və yaxşı idarə etmə təcrübəsi istiqamətində gələcək seçimlər.Yaponiyanın  Beynəlxalq Göl Ekologiya Komitəsi tərəfindən maliyyələşdirilir(2008).

5. Kür çayının aşağı hissəsində iqlimə uyğun olmayan selin əmələgəlməsinin təhlili. Əsas mənbə Xəzər Universiteti (2008) .

  Hal hazırda departmentdə ətraf mühitin qorunması istiqamətində həyata keçirilən “Daşqınların proqnozlaşdırılmasında cari institusional mexanizmlər”, “Azərbaycanda Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin həyata keçirilməsi”, “Azərbaycanda daşqın və su ehtiyatlarının idarə edilməsində tələbatlarının və institusional potensialın müəyyənləşdirilməsi”, adlı tədqiqat işləri BMT-nin İnkişaf Proqramı tərəfindən və “Assesment of Freshwater Ecosystem Services in the Hydropower Sector in the Kur-Aras River Basin in Azerbaijan (Azərbaycanda Kür-Araz çayı hövzəsində su elektrik sektorunda təmiz su ekosistemi xidmətlərinin qiymətləndirilməsi)” “TEEB Scoping Study for the forestry sector of Azerbaijan” (Azərbaycan meşə sektorunun öyrənilməsi)”adlı layihələr isə WWF təşkilatı (World Wide Fund for Nature) tərəfindən dəstəklənir.



Hüquq Tədris Mərkəzi 

Hüquq Tədris Mərkəzi 2013-cü ilin yanvar ayında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və ABŞ İnkişaf Agentliyi (USAİD) dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.

   Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik  səviyyədə keçirilir. Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini  təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır.

 Mərkəzin məqsədi aşağıdakılardan ibarətdir:



  • İnsan hüquq və azadlıqları sahəsində biliklərin və məlumatların artırılması, cəmiyyətdə konstitusionalizm dəyərlərinin təbliği;

  • Gənc hüquqşünasların vəkillik üzrə imtahanlara hazırlanması;

  • Az təminatlı əhali qruplarına pulsuz hüquqi yardımların göstərilməsi;

  • İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatların nümayəndələrinin və üzvlərinin insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmlərində istifadə bacarığının artırılması üçün dövrü kursların təşkili;

  • Gənc hüquqşünasların və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Universitetlərin hüquq fakültəsi tələbələri ilə hüquq sahəsində tanınmış milli və beynəlxalq ekspertlərlə görüşlərin təşkili;

  • Vəkillər, praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar, hakimlər, insan hüquqlarını müdafiə edən təsisatlar və şəxslər üçün praktikumların, manualların, metodiki vəsaitlərin hazırlanması və mütəmadi sərgi təşkil etməklə onların satışının təşkili.

Hüququn ayrı-ayrı sahələrindəki boşluqları nəzərə alaraq yerli və beynəlxalq ekspertlərin dəstəyi əsasında Mərkəzdə İnzibati hüquq, Cinayət hüququ, Qanunvericilik texnologiyası,  Vəkillik imtahanına hazırlıq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququ, Ailə hüququ, Əmək hüququ, Hüquqi yazı və s. mövzularda təlimlər keçiriləcək.

Xəzər İnternet İnstitutu

Xəzər İnternet İnstitutu Xəzər Universitetində tələbə məlumat mərkəzi yaratmaq, sayta nəzarət etmək, web layihələr reallaşdırmaq məqsədi ilə 1 Oktyabr 2010 tarixində Xəzər Universitetinin Direktor və Qəyyumlar şurasının sədri Hamlet İsaxanlının əmri ilə yaradılıb.

İnternet İnstitutunun əsas məqsədləri aşağıdakılardır:


  • Xəzər Universitetində Tələbə məlumat sistemi qurmaq.

  • Xəzər Universitetinin nəzdində mobil proqramlaşdırma mövzusunda laboratoriya açmaq.

  • Xəzər Universitetinin tələbələri ilə müxtəlif web layihələr tapmaq və reallaşdırmaq.

  • Xəzər Universitetinin tanıtımı üçün müxtəlif, internetlə əlaqədar layihələr reallaşdırmaq.

  • Müxtəlif yarışmalar, müsabiqələr təşkil etmək.


Keyfiyyətin Təminatı Mərkəzi

Xəzər Universiteti Keyfiyyətin Təminatı Mərkəzi 1999-ci ildə  Nottinqem Trent Universiteti (Böyük Britaniya) və Haarlem Universitetinin (Hollandiya) birgə əməkdaşlığı ilə həyata keçirilən TEMPUS proqramının  "Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin inkişafı" layihəsi (1999-2001)  çərçivəsində yaradılmışdır.

2008-ci ildə TEMPUS proqramının "Azərbaycan universitetlərində təhsildə keyfiyyətin təminatı sistemlərinin yaradılması" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı mərkəzləri yaradılmaqla Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti genişləndi. Vinçester Universiteti (Böyük Britaniya), III Karlos Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq keyfiyyətin təminatında təlim, nəzarət və mütəxəssis dəstəyi ilə nəticələndi. Digər ali məktəblər (Harvard Universiteti, Kaliforniya / Los Ancels Universiteti, Princeton Universiteti, və s) və Xəzərin professor-müəllim heyəti arasında bu sahədə əməkdaşlıqlar, məsləhətləşmələr davam edir

Keyfiyyətin Təminatı Sisteminin Xəzər Universitetində yaradılmasının məqsədi, əsasən, aşağıdakılardır:



  • Tədrisın və tədqiqatın keyfiyyətinin yüksəldilməsi;

  • Yeniliyi tədbiqi və təhsil üçün imkanların və mənbələrin araşdırılması;

  • Ali təhsil müəssisələrində idarəetmənin səviyyəsini qaldırmaq;

  • Qiymətləndirmə sistemlərinin formalaşdırılması.

Keyfiyyət  göstəriciləri bunlardır:

  • Təhsil, dərs proqramları və tədris planları

  • Tələbələr və tələbələrə dəstək sistemi

  • Tədqiqat və müəllimlik fəaliyyəti

  • Təhsil siyasəti (ciddi tədris mühiti)

  • Maddi-texniki resurslar (binalar, otaqlar, laboratoriyalar, yeməkxana və s)

  • Kitabxana

  • Ali təhsil müəssisəsinin inkişafı və fəaliyyət planları 

Xəzər Universitetində Keyfiyyətin Təminatı Sistemi 2 aspekti əhatə edir:

  • Akademik keyfiyyəti: tədris və təlimin keyfiyyəti, tədris planlarının keyfiyyəti.

  • Infrastrukturun keyfiyyəti: qurğular, avadanlıqlar.

Təhsildə Keyfiyyətin Təminatı Mərkəzi 3 istiqamətdə fəaliyyət göstərir :

  • Kurrikulanın yoxlanılması və təhlili;

  • Tələbələrin öyrənilməsi, təlim və qiymətləndirmə;

  • Kadrların inkişafı və qiymətləndirilməsi.

 

Bu Xəzər Universitetinin  Avropa Birliyinin akademik standartlarına uyğun qurulmasına və tanınmasına imkan verir.



Tərcümə Araşdırmaları Mərkəzi

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi 27 aprel 2000-ci ildə yaradılmışdır. Mərkəzin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir. Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur. Mərkəz  tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.

Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir.  Mərkəz həmçinin   Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır.

Bu yaxınlarda Xəzər Universiteti Təzrcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə  ABŞ dövlətinin qismən maliyyələşdirdiyi tərcümə layihəsini həyata keçirtdi. Bu layihəyə tarixə, jurnalistikaya, və Kütləvi İnformasiya Vasitələrinə aid kitabların ingilis dilindən Azərbaycan dilinə tərcüməsi daxil idi.

Tərcümə Araşdırmaları Mərkəzi Universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq edir.

Distant Təhsil Mərkəzi

Distant təhsil termini bütün səviyyələrdə öyrənmənin müxtəlif formalarını əhatə edir ki, bu halda müəllimlərin tələbələrə mühazirə otaqlarında təqdim etdiklərinə davamedici, dərhal nəzarəti tələb olunmur.

E-öyrənmənin əsas faydası səfər xərclərini azaltmaq və vaxta qənaətdir.  E-öyrənmə veb- yönümlü öyrənmə, kompüter-yönümlü öyrənmə, virtual sinif və rəqəmsal əməkdaşlıq kimi geniş tətbiq və prosesləri əhatə edir. O materialların İnternet, intranet/extranet (LAN/WAN), audio və video vasitələr, peyk radiostansiyaları, interaktiv TV və CD-ROM vasitəsilə ötürülməsini özündə birləşdirir.

Sinxron öyrənmə halında müəllim treyninqi paylanmış veb-yönümlü mühitdə aparır. Bu halda müəllimlər tələbələrlə birbaşa müzakirələr, online forum və qabaqcadan planlaşdırılan treyninq vasitəsilə ünsiyyətdə olur. Asinxron öyrənmə tələbələrə özləri üçün uyğun vaxtda online mühitə daxil olmağa əsaslanır. Asinxron metod tələbələrə öz sürəti, qrafiki ilə, gün ərzində boş vaxt itirmədən işləməyə, avadanlıq, vasitə və müəllimlər xərclərini azaltmağa imkan verir.

Distant Təhsil Mərkəzi universitetin yeni mərkəzlərindəndir. Mərkəz universitetin Təhsil Strategiyası İnstitutu ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir və müəllimlərə aşağıdakı yardımları göstərir :


  • Online tədrisə hazırlıq;

  • Kurs materiallarının dizaynı;

  • Veb-yönümlü kursların təşkili;

  • Məsafədən tədris;

  • E-öyrənmə vasitələrinin və texnologiyalarının öyrənilməsi;

  • Online öyrənmənin aparılması;

  • Online tədris və tələbələrin online öyrənmə prosesini dəstəkləmək üçün yeni strategiyaların  əldə edilməsi.

Distant Təhsil mərkəzinin müdiri dosent Leyla Muradxanlı 2013-cü ilin Avqust-Sentyabr aylarında DAAD proqramı çərçivəsində Almaniyanın Beuth Hochschule Tətbiqi Elmlər Universitetinin (Berlin) distant təhsil mərkəzində olmuş və onlayn kursların dizaynı və tədrisi ilə məşğul olmuşdur.

2013-cü ilin Noyabrında elektron Təhsil mərkəzinin müdiri dosent Leyla Muradxanlı ELECTRA Erasmus-Mundus Proqramı çərçivəsində Jagiellonian Universitetinin (Krakov, Polşa) distant təhsil mərkəzində elektron təhsil sahəsində elmi-tədqiqat işi aparmışdır.  O onlayn kursların dizaynı sahəsində təcrübəsini universitetin elektron təhsil mərkəzi ilə bölüşmüşdür.

 

Layihələrin idarə olunması məktəbi 

Layihələrin idarə olunması məktəbi Azərbaycanda layihə idarə etmək təcrübəsinin və qabiliyyətinin inkişaf etdirilməsi məqsəilə BP və onun neft və qaz tərəfdaşları tərəfindən yaradılmış və Xəzər Universiteti və Amerikanın Beynəlxalq Təhsil Xidmətləri İnstitutu tərəfindən həyata keçirilir. Məktəb 2011-ci ilin 28 yanvarında fəaliyyətə başlayıb, aparıcı özəl, ictimai və beynəlxalq təşkilatların, eləcə də yerli biznes nümayəndələri  üçün açıqdır.

Layihələrin İdarə olunması Məktəbi bu təşkilatların bütün işçiləri üçün Beynəlxalq Təhsil Xidmətləri İnstitutunun dünya səviyyəli müəllimləri tərəfindən tədris edilən yeddi fəndən ibarət təlim proqramını təklif edir. Məktəbinin məqsədlərindən biri də məhz  xarici təcrübəli müəllimlərinin köməyi ilə gələcəkdə bu proqram üzrə nəzərdə tutulan fənləri tədris edə biləcək yerli kadrların hazırlanmasıdır.

Avrasiya Mədən Sənayesi Bilik mərkəzi

Xəzər Universiteti Avrasiya Hub - hasilat sənayesində bilik və bacarıqların artırmağa xidmət edən təlim - tədqiqat mərkəzidir. Mərkəz 2010-cu ildə ABŞ-nın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) dəstəyi ilə yaradılmışdır. Avrasiya Hub Bilik Mərkəzi Xəzər Universitetinin nəzdində yerləşir.



  • Vətəndaş cəmiyyəti (VC)  nümayəndələrinin bilik və bacarıqlarının artırılması;

  •  Dövlət strukturları və VC arasında etibarlılığın yüksəldilməsi;

  •  Hasilat sənayesi sahəsində effektiv və şəffaf idarə olunmanın inkişafı üçün xüsusi biliklərin verilməsi;

  •  Təbii ehtiyatlardan əldə olunan gəlirlərin optimal idarə edilməsində tərəflər arasında razılığın əldə olunması 

Təhsil siyasəti institutu

Təhsil Siyasəti İnstitutu tədrisin təkmilləşdirilməsi, təhsildə idarəetmə metodlarının inkişaf etdirilməsi məqsədi ilə tədqiqatlar aparır və treyninqlərin təşkili ilə məşğul olur. Təhsil siyasəti institutunun tədqiqat sahələri aşağıdakılardır:



Kurikulum və təlimat:

  • Kurikulum nəzəriyyəsi

  • Təlim nəzəriyyəsi

  • Kurikulumların təşkili

  • Təlimatların tərtibi (ibtidai, orta və ali təhsil səviyyələrində)

  • Təhsilin ümumi əsasları

Təhsil İdarəsi:

  • Təhsil İdarə olunmasının əsasları

  • Təhsildə idarəçilik (məktəb, kolleclərin peşəkar səviyyədə təşkili, idarə edilməsi və inkişaf etdirilməsi, təhsil müəssisələrində rəhbərlik və idarəetmə)

  • Azərbaycanda təhsil siyasəti və planlaşdırma (Təhsil Qanunu da daxil olmaqla)

  • Təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi

  • Ali təhsilin təşkili və idarə edilməsi

  • Tədrisin və kadrların müşahidəsi və qiymətləndirilməsi

Müqayisəli və Beynəlxalq Təhsil:

  • Müqayisəli Təhsilin tarixi inkişafı

  • Müqayisəli Təhsildə tədqiqat metodları

  • Təhsil sistemləri; ibtidai, orta və ali təhsil modelləri

Təhsilin tarixi və fəlsəfəsi:

  • Təhsilin fəlsəfi əsasları

  • Təhsilin Sosiologiyası

  • Təhsilin tarixi

  • Ali təhsilin tarixi

  • ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Yaponiyada təhsil

  • Inkişaf etməkdə olan ölkələrdə təhsil (Çin, Hindistan, Türkiyə, Azərbaycan) 

Təhsil psixologiyası:

  • Təhsilin psixoloji əsasları

  • Sosial Psixologiyanın (və İnsan İnkişafı) prinsipləri

  • Təlim və motivasiya

  • Fizikometrika

  • Kəmiyyət metodları (Eksperimental dizayn, statistik nəticə, korrelyasiya, reqressiya, Faktor təhlili, dəyişkən metodlar, keyfiyyət faktı)

  • Tədqiqat metodologiyası (Kompüter metodları, statistik modellər) 

Fənnə giriş və Sosial Qrup Təhsilinin prinsipləri

  • Xarici dil

  • Elm

  • Sağlamlıq və həyat haqqında elm

  • Xüsusi təhsil

  • Tək fənnin tədrisi

  • Bir neçə fənnin tədrisi

  • Dini təhsil

  • Milli azlıqların təhsili

Elm və sənət məclisi

Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclis. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları nəfis şəkildə çap olunur.

Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.



Məclislər

Elm və Sənət Məclisində edilmiş məruzələrdən seçmələr:



  1. Fəlsəfə və poeziya. Məruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -10 oktyabr 2006

  2. İslamda sufilik. Məruzəçilər: Professor Hamlet İsaxanlı və Professor Camal Mustafayev -31 oktyabr 2006

  3. Türk dünyası bu gün. Azsaylı türk soyları. MəruzəçiGüllü Yoloğlu -13 fevral 2007

  4. Hürufiliyin mahiyyəti və rəmzləri. MəruzəçiNəsib Göyüşov -27 fevral 2007

  5. Sovet-Amerika qarşıdurması: Azərbaycan böhranı və soyuq müharibə. Məruzəçi: Professor Cəmil Həsənli -13 mart 2007

  6. Etnogenezis və Azərbaycan tarixçiliyi. Məruzəçi: Professor Süleyman Əliyarlı -03 aprel 2007

  7. Nəsillərin mənəvi varisliyi. Məruzəçi: Professor Camal Mustafayev -22 may 2007

  8. Qloballaşan dünyada mənəvi ilişkilər. Məruzəçi: Professor Mustafa İslamoğlu (Türkiyə) -25 oktyabr 2007

  9. Avrasiyada hunlar. Tarix, mədəniyyət və kimlik. Məruzəçi: Professor Hamlet İsaxanlı -16 noyabr 2007

  10. Şəhər mədəniyyəti. Tarix, bu gün və gələcək. Məruzəçiİsmail Serageldin (Misir) -27 dekabr 2007

  11. Erməni genosidi adlandırılan problem haqqında. MəruzəçiNorman Stone -26 yanvar 2008

  12. Edvard Səid, oreantalism və postkolonial araşdırmalar. MəruzəçiTouraj Atabaki(Leiden Universiteti) -29 yanvar 2008

  13. Türkiyədə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin araşdırılması tarixi. MəruzəçiYavuz Akpınar(Türkiyə/Ege Uni.) -15 aprel 2008

  14. Azərbaycan-Alban tarixinə aid qədim yazıların oxunuşu. Məruzəçi: Professor Firudin Ağasıoğlu -20 may 2008

  15. Azərbaycan mədəniyyəti elektron məkanda. MəruzəçilərTariyel Məmmədov və Aydın Xan -10 iyun 2008

  16. Azərbaycanlılar Amasiyada və İstanbulda. Məruzəçi: Professor İbrahim Yıldırım -04 noyabr 2008

  17. F.Nitşe –tarixin ən çılğın filosofu. MəruzəçilərAğalar Məmmədov və Mail Yaqubov -25 noyabr 2008

  18. Siqmund Freud –psixoanalizin atası. MəruzəçiÜlkər İsayeva -16 dekabr 2008

  19. İbn Xaldun: böyük İslam filosofu və sosioloqu. Məruzəçi: Professor Ahmet Arslan -13 yanvar 2009

  20. İslam və modernləşmə. Məruzəçi: Profesoor Ahmet Arslan -15 yanvar 2009

  21. M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı. Məruzəçi: Professor Şirməmməd Hüseynov (BDU) -27 yanvar 2009

  22. Qədim Türk tarixinin problemləri. Məruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -10 fevral 2009

  23. Xəzərlilərin erkən tarixinin Asiya aspekti Məruzəçi: Professor S.Q.Klyaştornıy (Rusiya) -12 fevral 2009

  24. Qaraxanlı dövrü ədəbi dili və Oğuz Türkcəsi. Məruzəçi: Professor Dr. Ahmet Bican Ercilasun (Türkiyə, Qazi Uni.) -14 aprel 2009

  25. I Dünya müharibəsində Osmanlı İmeriyasının Qafqaz siyasəti. Məruzəçi: Professor Michael A. Reynolds (Princeton University) -28 aprel 2009

  26. Şumer –bəşəriyyətin ən qədim mədəniyətidir. Məruzəçi:Professor Veronika Afanasyeva (Rusiya) -3 noyabr 2009

  27. Qədim mədəniyyətlər və müasir dövr. Məruzəçi: Professor Veronika Afanasyeva (Rusiya) -05 noyabr 2009

  28. İslam və Qərb mədəniyyətinin müqayisəsi. Məruzəçi: Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009

  29. Qlobal perspektivdən İslam və müasirlik. Məruzəçi:Dr.Tahsin Görgün (Türkiyə) -10 noyabr 2009

  30. Əlçatmaz zirvələrə ayaq basanların gündəliyi. MəruzəçiHüseynqulu Bağırov (Ekologiya və Təbii Ehtiyatlar naziri)-04 may 2010

  31. İkinci Dünya müharibəsi illərində "Böyük Üçlüyün" ittifaq diplomatiyası. Məruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -28 sentyabr 2010

  32. SSRİ və ABŞ üçün İkinci Dünya müharibəsinin geosiyasi nəticələri. Məruzəçi: Professor Vladimir Peçatnov (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti) -30 sentyabr 2010

  33. Sözdə erməni soyqırımının mübahisəli arxiv qaynaqları haqqında. Məruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri) -26 oktyabr 2010

  34. Ermənilərlə bağlı yerdəyişdirmə siyasəti və Osmanlı qaynaqlarının əhəmiyyəti. Məruzəçi: Professor Kemal Çiçək (Türkiyə/Türk Tarix Qurumu Erməni masasının sədri)-27 oktyabr 2010

  35. İmperiyalar boşluğunda regional diplomatiya: İranın 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasına dair siyasəti. Məruzəçi: Dr. Oliver Bast (Mançestr Universiteti)-23 noyabr 2010

  36. Azərbaycanın ən məşhur romanı "Əli və Nino"nun müəllifi kimdir?. MəruzəçiBetty Blair ("Azerbaijan İnternational" jurnalının redaktoru) -10 dekabr 2010

  37. Faşizmə qarşı İtaliya Müqavimət Hərəkatı və onun azərbaycanlı iştirakçıları. MəruzəçiMixail Talalay (İtaliya, Tarix elmləri namizədi) -15 mart 2011

  38. İslam və Qərb siyasi düşüncəsi: Tarixin dərsləri varmı?. Məruzəçi: Professor Antony Black (Şotlandiya) -28 sentyabr 2011

  39. Texnologiya insan həyatının amili kimi. Məruzəçi: Professor Larry Hİckman (İllinois Universiteti, ABŞ) -1 noyabr 2011

  40. Epos və türk tarixi öncəsi (prehistoriya). Məruzəçi: Profesoor Süleyman Əliyarlı -27 dekabr 2011

  41. İşığın psixoloji effekti: bioloji saat və depressiya. Məruzəçi: Professor Reşit Canbeyli (Boğaziçi Universitəsi/Türkiyə); (Columbia University/ABŞ) -01 may 2012

  42. Azərbaycan mədəniyyəti və təhsilinin inkişafında Qori Seminariyasının rolu. Məruzəçi: Akademik Hüseyn Əhmədov(Azərbaycan Dövlət Pedaqoji Universiteti) -15 may 2012

Yüklə 442,61 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin