3.9. Nəşr olunmuş elmi işlər və keçirilmiş elmi tədbirlər
Xəzər Universiteti xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirir. Universitet əməkdaşlarının elmi məqalələri universitet daxilində fəaliyyət göstərən “Xəzər Humanitar və Sosial Elmlər” (2015-ci ildə Tomson Röytersin indeksinə daxil edilmişdir), Azərbaycan arxeologiyası”, “Xəzər Təbiət Elmləri və Texnologiya” jurnalları və digər respublikadaxili jurnallardan başqa Amerika və Avropada nəşr olunan yüksək reytinqli elmi jurnallarda da dərc olunur. Son üç ildə, o cümlədən 2015 ci ildə, Xəzər əməkdaşlarının məqalələri Journal Boundary value Problems, Pilot tests results, Journal on Future Engineering and Technology, East European Politics, European Journal of Operational Research, Φιλοσοφία: International Journal of Philosophy və sair kimi impakt faktorlu jurnallarda çap olunmuşdur.
2015-ci ildə Xəzər Universiteti heyəti tərəfindən nəşr etdirilmiş yazıların sayı 80-ə çatır ki, onun da 38-i beynəlxalq nəşrlərdir.
Universitetdə elmi konfranslar və beynəlxalq toplantıların keçirilməsi üçün Bəşir Səfəroğlu 122 kampusunda yerləşən 285 yerlik "Dünya konsert salonu", Neftçilər kampusunda 190 yerlik “Mərmər” zal və konfrans salonu, universitetin Binəqədi kampusunda yerləşən təqribən 300 nəfərlik konfrans/konsert salonu mövcuddur. Bundan başqa universitetdə videokonfransların keçirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuş 50 nəfərlik konfrans zalı da istifadədədir. Universitetdə vaxtaşırı qonaq olan xarici universitetlərin nümayəndələri, professorlar məruzə və mühazirələrlə Xəzər universiteti tələbələri və işçi heyəti qarşısında çıxışlar edir. Həmçinin Xəzər Universiteti beynəlxalq konfrans və toplantılara təşkilatçılıq edir.
2015-ci ildə keçirilmiş elmi konfranslarla yanaşı Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı tələbələr üçün karyera sərgisi, Xəzər Universitetinin “Mərmər” zalında Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Çin mədəniyyətindən incilər” adlı tədbir, Xəzər Universiteti və Koreya Fondunun birgə təşkilatçılığı ilə Koreya ilə bağlı iki mühazirə, StrikePlagiarism şirkətinin əməkdaşları plagiatın qarşısının alınması üsulları haqqında universitetin müəllim və tədqiqatçılarına, eləcə də tələbələr üçün treyninq və seminarlar keçirilmişdir.
Dostları ilə paylaş: |