Tərcümə Araşdırmaları Mərkəzi
Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi 27 aprel 2000-ci ildə yaradılmışdır. Mərkəzin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir. Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur. Mərkəz tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.
Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir. Mərkəz həmçinin Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır.
Bu yaxınlarda Xəzər Universiteti Təzrcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə ABŞ dövlətinin qismən maliyyələşdirdiyi tərcümə layihəsini həyata keçirtdi. Bu layihəyə tarixə, jurnalistikaya, və Kütləvi İnformasiya Vasitələrinə aid kitabların ingilis dilindən Azərbaycan dilinə tərcüməsi daxil idi.
2015-ci ildə Tərcümə Araşdırmaları Mərkəzi Universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq etmişdir.
Dostları ilə paylaş: |