Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti


Biomüxtəliflik nədir və əhəmiyyəti nədən ibarətdir?



Yüklə 0,57 Mb.
səhifə6/55
tarix17.02.2022
ölçüsü0,57 Mb.
#114414
1   2   3   4   5   6   7   8   9   ...   55
Biomüxtəliflik nədir və əhəmiyyəti nədən ibarətdir?

Başlanğıcda həyat çox sadə olmuşdur. Mövcud olan varlıqlar atmosfer havası, su və günəş işığından (fotosintez) istifadə edərək öz qidasını istehsal edən birhüceyrəli canlılardan ibarət idi.

Bu varlıqlar sonradan hannibala çevriləcək digər canlılarla qidalanmağa başladılar. Bu isə yeni həyat formalarının (növlərin) yaranması və bioloji müxtəlifliyin artması ilə nəticələndi. Bəzi canlılar müxtəlif həyat şəraitinə çox gec uyğunlaşaraq su mühitində müxtəlif yerləri tutdular. Daha sonra həyat quruya çıxdı və yeni uyğunlaşma prosesi yeni heyvan və bitki növlərinin yaranmasına səbəb oldu. Canlılar arasında qarşılıqlı münasibət “nə ilə qidalanacaqdır?” prinsip üzrə qurulduğuna görə təkamül prosesi zəncirvarı reaksiya formasında həyatın piramidasını yaratdı.

Bu piramida növlərin mürəkkəbliyini və onların bioloji kütləsi arasında əlaqəni əks etdirir. Həyat forması nə qədər mürəkkəbdirsə, piramidanın zirvəsinə bir o qədər yaxındır. Həyat forması nə qədər sadədirsə və çoxdursa bir o qədər piramidanın özülünə yaxınlaşır. Külli miqdarda müxtəlif sadə həyat formaları (bakteriyalar, fitoplankton, zooplankton və s.) piramidanın aşağı pillələrində yerləşir. Onlar nəinki biri-birinin, həm də daha yüksək səviyyədə duran canlıların qidasını təşkil edir. Başqa sözlə desək adı həyat formalarının əksəriyyəti daha yüksək pillədə yerləşmiş mürəkkəb növlərin qidasını təşkil edir. Bu cür asılılıq zirvəyə doğru davam edir, lakin buradakı mürəkkəb varlıqların sayı və biomüxtəlifliyi nisbətən izdir (bax: diaqram).

Həyat piramidası.

Bu qaydadan müəyyən istisna halları da vardır və ən mürəkkəb növlər, ən sadə həyat formaları ilə qidalanır. Məsələn, nəhəng balina planktonla qidalanır. Nəzərə almaq lazımdır ki, müxtəlif tipli ekoloji sistemlərdə yaşayan bütün növlər nəinki biri-birindən, həm də ətraf mühitin sabitliyindən də asılıdır. Qidaya görə digər növlərdən asılılıq “qida zəncisi” və ya “qida toru” adlanır. Yanı, bütün növlər yaşamaq üçün qida zəncirinin halqaları və yaxud qida torunun seqmenti kimi bu və ya digər formada bir-birindən asılıdır.

Bunu belə də təsəvvür etmək olar. Müəyyən bir zaman dövründə mümkün olan qida əsasında yeni növlər yaranaraq özləri də ətraf mühitinin qida mənbəyinə çevrilirdilər. Bu dövrü

proses milyon illər ərzində davam edərək, yer üzərində həyatın müxtəlifliyini yaratdı. Yeni yaranan növlər artıq ekosistemlərdə mövcud olan yerləri tutaraq qida uğrunda yarışa qoşuldular. Təkamül prosesi zəifləyərək, yaşayış uğrunda mübarizə həyatın əsas tərkib hissəsinə çevrildi.

Hazırda bizim tanıdığımız həyat formaları mürəkkəb təkamül prosesinin nəticəsi olaraq yaranmışdır. Milyon illər ərzində yerli, regional və qlobal dəyişikliklərin baş verdiyi ətraf mühitdə bütün varlıqlar tarazlıqla yaşayır. Mikro və ya makro ekosistemləri təşkil edən elementlərin (bioloji və ya fiziki) istənilən dəyişikliyi (az, müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) ətraf mühitə birbaşa zəncirvarı təsirlərin artmasına səbəb olur. Bu təsirlər qısa, orta və uzun müddətli olmaqla bir çox hallarda neqativ, hətta təhlükəli forma alır.

İnsanın qidası praktiki olaraq müxtəlif bioloji mənbələrdən, yəni bitkilər, heyvanlar və bəzi minerallardan asılıdır. Məhz buna görə də yer üzərində həyatın təbii tarazlıqda davam etməsi üçün insan bioloji müxtəlifliyi müdafiə etməlidir. Sadə və ya mürəkkəb olmasından asılı olmayaraq istənilən növ bəzən bizim anlaya bilmədiyimiz tərzdə belə təbii tarazlığın saxlanmasında mühüm rol oynayır. Təbiətdə tarazlığın pozulması bizi əhatə edən mühitdə naməlum, çox vaxt gözlənilmədən, dəhşətli fəlakətlərə gətirib çıxara bilər.

İnsan ətraf mühiti çirkləndirməklə, təbii ehtiyatları istismar etməklə, gen səviyyəsində təhlükəli oyunlara girişməklə biomüxtəlifliyə böyük zərər verir və təbiətdə tarazlığı pozur. Artıq ətraf mühitə xeyli ziyan dəysə də, alimlər inanırlar ki, öz davranışımızı dəyişməklə və harmonik həyat tərzinə keçməklə, biz bəlkə də hazırkı dağılma prosesini geriyə çevirməklə yer üzərində həyatı, o cümlədən öz həyatımızı xilas edə bilərik.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin