Xəzərlərin genləri nədən və kimlərdən xəbər verir?

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 45.15 Kb.
tarix21.10.2017
ölçüsü45.15 Kb.

Xəzərlərin genləri nədən və kimlərdən xəbər verir?


Xəzər dövləti  güclü olduğu dönəmlərdə onun hüdudları batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev və Kazan şəhərləri, doğuda Volqa çayının doğu sahilləri, güneydə Dağıstan və Qafqaz dağlarına qədər uzanırdı. Uzun müddət Azərbaycan da Xəzər dövlətinin tərkibində olmuş, hətta onunsiyasi, iqtisadi və mədəni mərkəzi rolunda çıxış etmişdir. Xəzərlərin hərbi potensialı o qədər güclü və qüvvətli idi ki, onlar bilavasitə tabeliklərində olmayan xalqlardan da bac alırdılar. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər Xaqanlığına vaxtaşırı xərac vermişlər. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəllərində yazmışdır:  «Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur».

Akademik B. Dorn Təbərinin verdiyi məlumatlara istinadən yazır: «İslamdan  öncə  Xəzər Dərbəndi  ifadəsi  Azərbaycanın güneyində Rey ilə İrak arasındakı şəhəri bildirir» (Tuncay B., 2012).

Kaşğarlı Mahmudun xəritəsindən belə görünür ki, Xəzər Dərbəndi bütün Güney və Quzey Qafqazı əhatə etmişdir. Xəzər xaqanı İosifin məktubundan belə anlaşılır ki, Ərdəbil də, yəni Güney Azərbaycanda bir müddət bu dövlətin tərkibində olub. Bu məlumat xəzərlərlə Ərdəbil ətrafında döyüşdüklərini bildirən erkən ərəb mənbələri tərəfindən də təsdiqlənir.

Təbəriyə görə, xəzərlərlə vuruşan Xosrov Ənuşirəvan onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən əl-Bəlazuri Ənuşirəvanın (531-579) vaxtında xəzər axınının Dinəvərə qədər uzandığını, Cürzan və Arranın (Albaniyanın) bu dönəmdə xəzərlərin əlində olduğunu söyləyərək, bu şahın xəzərlərlə qohumluq əlaqəsi qurduğunu bildirməkdədir (Tuncay B., 2012).

Hazırda xəzərlərin genetik mənsubiyyəti məsələsi alimlərin ciddi tədqiqat istiqamətlərinən birinə çevrilib və bu işdə hamıdan daha çox yəhudi alimləri səy göstərirlər. Onlar bu xalqın genlərində yəhudi izi tapmaqda çox maraqlıdırlar (Израильский генетик.., 2012; Eran Elhaik, 2012).

Tarix elminin çox zaman siyasətçilərin əlində alətə çevrildiyi və ondan gələcəyə yönəlik geosiyasi hədəflərin həyata keçirilməsi üçün təbliğati material kimi istifadə edildiyi məlumdur. Hazırda bəzi yəhudi qruplar «Xəzər layihəsi» adlanan yeni bir geosiyasi layihə üzərində çalışırlar. Bu layihəyə görə Ukraynanın cənub-şərqində, ilk mərhələdə Luqansk və Donetsk vilayətlərində «Böyük Yəhudi-Xəzər dövləti», yəni «İkinci İsrail» qurulmalı, sonrakı mərhələdə onun sərhədləri Krım yarımadası və Şimali Qafqaz ərazilərini də içinə alacaq bir şəkildə genişləndirilməlidir. Hazırda Ukrayna və Rusiya arasında yaşanan gərginlik, Krımın işğalı, Luqansk və Donetsk vilayətlərində gedən qanlı döyüşlər bu mənfur planın mühüm tərkib hissəsidir (Эдуард Ходос, 2006; Грачева Т. В., 2009; Проект новая Хазария.., 2016; Проект Хазария.., 2014).

Yəhudi dairələrin həyata keçirməkdə olduqları bu böyük geosiyasi layihənin mühüm tərkib hissələrindən biri də xəzərlərin yəhudi geninin daşıyıcıları olduqlarını «sübut etmək» idi. Bu səbəbdən də xəzər kurqanlarından tapılan skeletlərin DNT analiz testlərinin keçirilməsi vacib məsələ kimi qarşıda dururdu və tədqiqatların aparılması üçün yetərincə maddi resurs da ayrılmışdı. Lakin aparılan tədqiqatlar istənilən nəticəni vermədi. Xəzər genomlarında, zərrə qədər də olsa, yəhudi izinə rast gəlinmədi (Генетики: Ашкеназы.., 2014).

Bəs, xəzərlərin yəhudi olması barədə fərziyyə haradan doğub?

Məlum olduğu kimi bu xalqın elmdə qəbul edilmiş olan siyasi tarixi 650-965-ci illəri əhatə edən kiçik bir dövrlə məhdudlaşır. Bu dövr haqqında və ümumiyyətlə, xəzərlər haqqında indiyə qədər müxtəlif dillərdə çox sayda ədəbiyyat dərc edilsə də, nəşr edilmiş kitablar içərisində M. Artomonovun rus dilində qələmə aldığı «Xəzərlərin tarixi» (Артамонов М. И., 1962) və A. Köstlerin ingiliscə yazdığı «The Khazar Empire and its Heritage. Last Century Media» (Koestler A., 2001) adlı fundamental əsərini xüsusi qeyd etmək lazımdır. Bunlardan ikincisində müəyyən mübahisəli məqamlar olsa da, müəllif qarşıya qoyduğu məsələyə M. Artomonovdan fərqli olaraq, tam obyektiv və qərəzsiz yanaşma sərgiləməyə çalışmışdır. M. Artomonovun kitabına ön söz yazan və həmin yazısında A. Köstnerin kitabını başdan ayağa təhlil edən L. Qumilyov müəllifin bəzi mübahisəli fikirlərini tənqid atəşinə tutur və sonda da onun gəldiyi nəticənin, yəni xəzərlərin türk mənşəli xalq olduğu fikrinin önündə sual işarəsi qoyur və bununla da bir növ bu fikiri sual altına almağa, eynən M. Artomonov kimi xəzərlərin yəhudilərlə əlaqəsini xüsusi qabartmağa çalışır (Артамонов М. И., 1962). Görünür, sovet dövründə sözügedən mövzu ilə məşğul olan alimlər qarşısında belə bir vəzifə qoyulmuşdu. Bununla belə, yazılan bütün əsərlərdə xəzərlərin türk olduğu mütləq qeyd olunur və bu məsələdə alimlər arasında qətiyyən fikir ayrılığı yoxdur.



Xəzərləri siyasi məqsədlə «türklükdən uzaqlaşdırmaq» və «yəhudiləşdirmək» istiqamətində aparılan siyasəti və onun hədəflərini təhlil etmək bu məqalənin məqsədləri dışında olduğundan onun üzərində durmaq fikrimiz yoxdur. Sadəcə onu qeyd edək ki, hazırda «Böyük Yəhudi-Xəzər dövləti» layihəsini həyata keçirməkdə olan bəzi yəhudi dairələrin maliyyələşdirdiyi testlər xəzərlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olan qədim türk soylarından biri olduğunu göstərmişdir. Bu genin daşıyıcılarına Cənubi Sibirdən Qara dəniz sahillərinə qədər yayılan və türk ləhcə və şivələrində danışan bir çox xalqlar arasında, o cümlədən qaraçaylılar, balkarlar, tatarlar, başqırdlar, eləcə də digər iskit dairəsi xalqlarının varisləri arasında sıx-sıx rast gəlinir (Клесов А, 2016, с. 913-922).

Qeyd etmək lazımdır ki, qazıntı halnda tapılan sözügedən haploqrup xəzər kurqanlarından əldə edilmiş bir neçə skelet qalıqları üzərində aparılmış DNT analizləri nəticəsində aşkar edilmişdir.




1951-ci ildə M. Artamonovun rəhbərliyi ilə qazılmış Saltov yaşayış məskəni və Sarkel qalası

Hazırda elmə çox sayda, daha dəqiq desək, bir neçə yüz xəzər kurqanı məlumdur ki, onlar haqqında bəzi dəyərli məlumatları O. İvik və V. Klyuçnikovun «Xəzərlər» (Ивик О., Ключников В. Хазары) adlı kitabından əldə etmək mümkündür. Eyni sözləri L. Kleyn və başqalarının birlikdə qələmə aldıqları «İskit dövrünə aid katakomba və Saltov kurqanı» adlı əsər haqqında da söyləmək olar (Клейн Л. С. И др., 1972). Bu müəlliflərin hər biri xəzər kurqanlarının qazıntılarında bilavasitə iştirak etmişlər və təbii ki, bu barədə hər kəsdən daha çox məlumata sahibdirlər.

Sırf xəzərlərə aid kurqanların müəyyənləşdirilməsində, digər kurqanlardan fərqləndirilməsində M. Artamonovun rolu çox böyükdür və onun haqqında məlumat verdiyi Saltov kurqanı qazılmış ilk xəzər kurqanlarından biri hesab edilir. Ümumilikdə isə Saltov mədəniyyəti, o cümlədən eyni dövrə aid yaşayış məskəni xəzərələrə (VIII-X əsrlər) aid edilir.

Aşağı Don hövzəsinin xəndəkli kurqanlarının tədqiqində və onların xəzərlərə aid olduğunun təsbit edilməsində A. Semyonovun xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Bu kurqanlar VII-IX əsrlərə aid edilir.

Xəzər kurqanlarını digər kurqanlardan fərqləndirən əsas cəhətlər bunlardır:

Sözügedən kurqanların qəbir kameralarının ətrafında kvadrat formasında xəndək qazılıb;

Bu kurqanlarda ölülər tək dəfn edilib;

Onların paralellərinə Orta Asiyada aşkar edilmiş türk kurqanlarında da rast gəlinib (Плетнева С. А., 1999).

Beləliklə, orta əsrlərə aid xəndəkli kurqanlar xəzərlərə aid edilir və məhz həmin kurqanlardan əldə edilmiş gen nümunələri də xəzərlərin etnik göstəricisi hesab edilir. Onlara aid edilən mədəniyyət də «Saltov-Mayats mədəniyyəti» adlandırılır.

Saltov-Mayats mədəniyyətinə aid keramika nümunəsi

Üzərlərində genetik analizlər aparılmış xəzərlərə aid iki sümük nümunəsi iki fərqli xəndəkli kurqandandan tapılmış skeletlərdən götürülmüşdür. Bu məzar abidələrinin hər ikisi barədə yazı dərc edilmişdir və bu yazılarda dəfn edilənlərin antropoloji tipinə də toxunulmuşdur. Kurqanlardan biri Kuteynikov II, digəri Talovıy II məzarlığında yerləşir. Bu məzarlıqlar Rostov vilayətinin cənub-qərbində, Don çayının sol sahilində, Don və Manıç çayları arasındakı ərazidə aşkar ediliblər. Hər iki sümük nümunəsinin analizi dəfn edilənlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olduğunu üzə çıxarmışdır. Ümumilikdə isə aparılan tədqiqatlar nəticəsində xəzərlərin ümumi əcdaddan gələn iki nəsldən ibarət olduqlarını üzə çıxmışdır ki, sözügedən haploqrupu onlardan sadəcə biri daşımışdır. Bu haploqrup genetik sıralamada 1251 indeksi altında qeyd edilir. Digər nəsil isə 1986 indeksi ilə qeyd edilmiş R1a–Z280 haploqrupunun daşıyıcısı olub (Elhaik E., Tatarinova T. V., Klyosov A. A., Graur D., 2014, p. 18-37).



Görünür, bu halda söhbət tarixi mənbələrdə «ağ xəzərlər» və «qara xəzərlər» kimi tanınan iki xəzər soyundan getməlidir. Genetiklərin apardıqları hesablamalara görə, bu iki soyun ümumi əcdadı 2750-3590 il əvvəl, başqa sözlə, e. ə. II-I minilliklərdə yaşamışdır. Belə hesab edilir ki, R1a–Z93 kök nəsil olmuş, R1a–Z280 isə ondan ayrılmışdır, yəni onun fərqli bir qolu olmuşdur. Çünki R1a–Z93 daha qədimdir və kərtmə mədəniyyətini yaradan xalq da onun daşıyısı olmuşdur. Bu nəslin ən azı 5000 il yaşı olduğu, onun təqribən 8075 il öncə tarix səhnəsinə çıxan daha qədim nəsildən ayrıldığı hesab edilir (Клесов А, 2016, с. 913-922). Bu haploqrupa Potapov, Sintaşt, Andronovo, Karasuk mədəniyyətinin yaradıcılarının genlərində də rast gəlinib
Qaynaqça


  1. Elhaik E., Tatarinova T. V., Klyosov A. A., Graur D. The ‘extremely ancient’ chromosome that isn’t: a forensic bioinformatic investigation of Albert Perry’s X-degenerate portion of the Y chromosome // European Journal of Human Genetics September 2014, No. 1, p. 18-37.

  2. Eran Elhaik. The Missing Link of Jewish European Ancestry: Contrasting the Rhineland and the Khazarian Hypotheses // Oxford Academik. GBE Genome Biology and Evolution, 14. 12. 2012.

  3. Koestler A. The Khazar Empire and its Heritage. Last Century Media."Eurasia", St. Petersburg, 2001. 320 p.

  4. Tuncay B. X əsrə aid Xəzər mətnləri və onların dili haqqında (Əlyazma hüququnda). Bakı, 2012, 85 s.

  5. Артамонов М. И. История хазар. Изд. Гос. Эрмитажа, Л., 1962. 523 с.

  6. Генетики: Ашкеназы, хазары-евреи это ложь! // Livejeurnal, 26. 04. 2014.

  7. Грачева Т. В. Невидимая Хазария. «Зерна», М., 2009. 400 с.

  8. Ивик О., Ключников В. Хазары (http://www.hagahan-lib.ru/library/ivik-kluchnikov-hazari.html).

  9. Израильский генетик: ашкеназы — потомки хазар // İSRAELİNFO Израильские новости, 21. 12. 2012.

  10. Клейн Л. С. И др. Катакомба скифского и салтовский курган на Нижнем Дону // АО-1971. М., 1972.

  11. Клесов А. Анализ ДНК: Хазары не евреи // Вестник Академии ДНК-генеалогии, 2016, декабрь, том 9, № 6, стр. 913-922.

  12. Плетнева С. А. Очерки хазарской археологии / Научная редакция и послесловие В. Я. Петрухина.. М.: Мосты культуры, 1999. 375 с.

  13. Проект новая Хазария существует и успешно реализуется Хабадом // Политическое обозрение, 23. 01. 2016.

  14. Проект Хазария вступает в следующую фазу: хождение по пустыне // Livejeurnal, 24. 08. 2014.

  15. Ходос Э. У края могилы или дикие хазарские пляски. М., 2006.








Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə