Fiqurların sahəsi də aksiomlarla tənzimlənir. Bunun üçün həmin aksiomları yada salaq. Bu aksiomlar sadə fiqurların sahələrinin mühüm xassələrini ifadə edir.
Sahənin varlığı aksiomu: Hər bir sadə fiqurun seçilmiş ölçü vahidi ilə ifadə olunan müsbət sahəsi var.
Sahənin bərabərlik aksiomu: Bərabər fiqurların sahələri bərabərdir.
Sahənin toplanması aksiomu: Əgər sadə fiqur ortaq daxili nöqtəsi olmayan sonlu sayda sadə fiqurlardan ibarətdirsə, bu fiqurun sahəsi onun hissələrinin sahəsi cəminə bərabərdir.