Xi mövzu: Sahə anlayışı. İxtiyari dördbucaqlının və dairənin hissələrinin sahələri Plan


Fiqurların sahəsinin ədədi qiymətinin xassələri



Yüklə 172,25 Kb.
səhifə2/10
tarix09.05.2022
ölçüsü172,25 Kb.
#115756
1   2   3   4   5   6   7   8   9   10
11-1. Sahə anlayışı. İxtiyadördbucaqlının və dairə

Fiqurların sahəsinin ədədi qiymətinin xassələri

Bütün kəmiyyətlər üçün doğru olan mühüm xüsusiyyət onların ölçülən olması və ölçmə nəticəsinin ədədlə ifadə olumasıdır. Ölçü üçün isə əsas olan ölçü vahidinin seçilməsidir. Yada salaq ki, ölçü üçün qəbul edilmiş vahid həmin kəmiyyətlə eyni cinsli olmalıdır. Sahələrin ölçülməsi də digər kəmiyyətlərə analoji aparılır. Belə ki, sahələri ölçmək üçün əvvəlcə sahə vahidi seçilir. Sahə vahidi olaraq tərəfinin uzunluğu vahidə (1e) bərabər olan kvadrat qəbul edilmişdir. Bu sahə vahidi – yəni tərəfi 1e olan kvadratın sahəsi 1e2, mm2, sm2, dm2 və s.. vahidlərindən biridir.

Müstəvi fiqurun sahəsini tapmaq üçün verilmiş sahə vahidi ilə ölçmə prosesi icra edilir, yəni verilmiş fiqur sahə vahidi ilə müqayisə edilir. Bu müsbət ədəd seçilmiş ölçü vahidinin (və ya onun hissələrinin) fiqur üzərində neçə dəfə yerləşdiyini göstərir. Məsələn, tutaq ki, 1sm2 kvadrat hər hansı çoxbucaqlının 5 dəfə yerləşir. Onda bu çoxbucaqlının sahəsi 5 sm2-dır. Ölçmə nəticəsində vahid kvadrat ölçülən fiquru tam örtməzsə, onda proses ölçmə vahidini xırdalanmaqla daha kiçik ölçü vahidi ilə davam etdirilir (parçaların ölçülməsində olduğu kimi). Deməli hər bir fiqurun sahəsinə qarçı müəyyən ölçü vahidi ilə bir həqiqi ədəd uyğun gəlir.

Sahələrin ölçülməsi, onların müqayisəsi və sahələr üzərində əməllər aparılması bütün skalyar kəmiyyətlərdə olduğu kimi ədədlər üzərində uyğun əməllərə gətirməyə imkan verir. Məlimdur ki, kəmiyyətlər, xüsisi halda sahələr üzərində aşağıdakı əməlləri aparmaq olar.

- Iki sahənin cəmini tapmaq olar, bu zaman onları eyni ölçü vahidi ilə ifadə edən ədədləri toplamaq lazımdır ;

- Iki sahənin fərqini (böyük sahədən kiçik sahəni çıxmaq) tapmaq olar, bu zaman onları eyni ölçü vahidi ilə ifadə edən ədədləri çıxmaq lazımdır;

- Sahəni həqiqi ədəd dəfə artırmaq olar, bu zaman sahəni ifadə edən ədədi həmin həqiqi ədədə vurmaq lazımdır;

- Sahəni həqiqi ədəd dəfə azaltmaq olar, bu zaman sahəni ifadə edən ədədi həmin həqiqi ədədə bölmək lazımdır;

- Iki sahənin nisbətini tapmaq olar, bu zaman onları eyni ölçü vahidi ilə ifadə edilən ədədlərdən birincisini ikinciyə bölmək lazımdır.

2. 1. İxtiyari dördbucaqlının və çoxbucaqlının sahəsi

Artıq dördbucaqlı və çoxbucaqlı anlayışları ilə tanışıq, onların növlərini və bir çox xassələrini bilirik.

Müstəvi fiquru sonlu sayda üçbucaqlara ayırmaq olarsa, onu sadə həndəsi fiqur adlandırırlar. Belə olduqda, əvvəlcə üçbucağın və bizə məlum bəzi fiqurunun sahə düsturlarını yada salaq və ya bu düsturları tapmağa çalışaq.

2.2. Üçbucaqların sahəsi üçün düstutlar:




Yüklə 172,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin