Sifarişçinin aşağıdakı vəzifələri vardır: Bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə Təmsilçidən göstərilmiş xidmətləri (onların nəticəsini) qəbul edərək dəyərini ödəmək;
Bu Müqavilənin 1-ci bəndində müəyyən olunmuş xidmətlərin vaxtında və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədilə Təmsilçi üçün zəruri şərait yaratmaq, lazımı sənədlərlə təmin etmək;
Təmsilçinin sorğularına yazılı və şifahi formada cavab vermək;
Bu Müqaviləyə hər hansı əlavə və ya dəyişiklik etmək istədikdə, bununla bağlı Təmsilçini 1 (bir) həftə əvvəldən məlumatlandırmaq və bu Müqavilədə nəzərdə tutulmuş qaydada əlavə və ya dəyişikliklər etmək;
Qanunvericilikdə nəzərdə tutulan elektron gömrük xidmətlərindən istifadə etməklə elektron gömrük bəyannamələrini Sifarişçinin asan imzası vasitəsilə və (və ya) Təmsilçinin öz asan imzası vasitəsilə(Sifarişçi ilə razılaşdırdığı halda) doldurmaq hüququnu Təmsilçiyə həvalə etmək.
Təmsilçinin aşağıdakı hüquqları vardır: Göstərdiyi xidmətlərin müqabilində Sifarişçidən xidmət haqqının ödənilməsini tələb etmək;
Zərurət yarandığı təqdirdə xidmətlərin göstərilməsinə üçüncü şəxsləri (ixtisaslaşdırılmış subpodrat təşkilatları) cəlb etmək;
Gömrük orqanlarında Sifarişçini təmsil etmək.
Təmsilçinin aşağıdakı vəzifələri vardır: Bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin vicdanla və vaxtında icra edilməsini təmin etmək;
Xidmətlərin göstərilməsinə üçüncü şəxsləri (ixtisaslaşdırılmış subpodrat təşkilatlarını) cəlb etdiyi təqdirdə xidmətlərin yüksək keyfiyyət və standartlara cavab verən şəkildə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri görmək;