XiDMƏt göSTƏRİLMƏsi haqqinda müqaviLƏ № srb/ 001 Bakı şəhəri “ ” 202 -cu IL


MÜQAVİLƏNİN QİYMƏTİ VƏ ÖDƏMƏ ŞƏRTLƏRİ



Yüklə 69,9 Kb.
səhifə3/6
tarix26.05.2022
ölçüsü69,9 Kb.
#116244
1   2   3   4   5   6
Xidmət-müqaviləsi

MÜQAVİLƏNİN QİYMƏTİ VƏ ÖDƏMƏ ŞƏRTLƏRİ.

3.1. Bu Müqavilə üzrə xidmət haqqı Əlavədə qeyd olunan qiymətlər əsasında nağd və (və ya) bank vasitəsilə köçürmə yolu ilə ödənilir.
3.2. Tərəflər razılaşır ki, xidmət haqqı nağd ödəniləcəksə xidmətin sonunda dərhal həyata keçirilir, bank vasitəsilə köçürmə yolu ilə isə 5 (beş) bank günü ərzində edilir.



  1. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ.

    1. Bu Müqavilə imzalandığı və tərəflərin möhürləri ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam həcmdə yerinə yetirənə kimi qüvvədədir.

    2. Bu müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə Tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil.




  1. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ.

    1. Bu Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı yaxud bir Tərəfin digər Tərəfi 30 (otuz) gün əvvəlcədən yazılı şəkildə məlumatlandırması ilə xitam verilə bilər. Bu Müqaviləyə xitam verildikdə icrası başa çatmamış öhdəliklər müvafiq öhdəliklərin yerinə yetirməli olan Tərəf tərəfindən yerinə yetirilməlidir.

    2. Tərəflərdən hər hansı biri bu Müqavilə üzrə öhdəliklərini icra etməzsə digər Tərəf Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.




  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.

    1. Tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pоzulmasına, vəzifələrinin yеrinə yеtirilməməsinə, habelə öhdəliklərini yеrinə yеtirməməyə və ya lazımınca yеrinə yеtirməməyə görə məsuliyyət daşıyırlar.

    2. Sifarişçi Təmsilçiyə təqdim etdiyi sənədlərin və onda olan məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

    3. Təmsilçi Sifarişçiyə ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır.

    4. Təmsilçi tərəfindən tərtib edilmiş gömrük bəyannaməsi Təmsilçinin səhvi səbəbindən gömrük orqanı tərəfindən geri qaytarıldıqda həmin bəyannamə üçün əlavə ödənişi (elektron gömrük xidmət haqqı və elektron gömrük xidməti üzrə ƏDV) Sifarişçi Təmsilçidən tələb edə bilər.

    5. Təmsilçi tərəfindən tərtib edilmiş gömrük bəyannaməsi Təmsilçidən asılı olmayan səbəblərdən gömrük orqanı tərəfindən geri qaytarıldıqda Təmsilçi qaytarılmış bəyannaməyə yeni iş kimi baxa və Əlavəyə (Qiymət razılaşdırma protokolu) uyğun olaraq 1 əsas vərəq üçün nəzərdə tutulmuş məbləği Sifarişçidən əlavə ödəniş kimi tələb edə bilər.

    6. Sifarişçi tərəfindən təqdim edilmiş mal-müşayiət sənədləri əsasında Təmsilçi tərəfindən tərtib olunmuş və gömrük orqanları tərəfindən qəbul edilmiş bəyannamədəki gömrük yığımları ilə gömrük orqanlarının sonrakı audit yoxlamaları zamanı aşkarladıqları gömrük yığımları arasında yaranan əlavə (artıq) fərqin ödənilməsi Sifarişçinin öhdəliyinə düşür.

    7. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Sifarişçi hər bir gecikdirilmiş gün üçün Təmsilçiyə ödənilməmiş məbləğin 0,1%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə dəyərinin 10%-dən çox olmamalıdır;

    8. Təmsilçi müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirə bilmədiyi təqdirdə hər gecikmiş gün ücün müqavilə dəyərininin 0.1%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə dəyərinin 10%-dən çox olmamalıdır;

    9. Bir tərəf digər tərəfi ödəməli olduğu cərimələr, dəymiş zərərin əvəzi və onların miqdarı barədə həmin halların yarandığı gündən etibarən 3 (üç) iş günü müddətində xəbərdar edir;

    10. Müqavilənin şərtləri pozulduğu halda, yarana biləcək mübahisəli məsələlər danışıqlar yolu ilə həll olunur. 30 (otuz) gün ərzində qarşılıqlı danışıqlar nəticə vermədikdə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələr tərəfindən həll olunur.

    11. Qısa idxal bəyannaməsinin vaxtında tərtib edilməsini təmin etmək məqsədilə tərəflər razılaşır ki, malların sərhəd gömrük postuna çatmasına ən geci 1(bir) iş günü qalmış Təmsilçi üçün zəruri bütün sənədləri və məlumatları Sifarişçi Təmsilçiyə təqdim edir(elektron qaydada keyfiyyətli Scan versiyasını). Əks təqdirdə mallar daşıyıcı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə QİB tərtib edilmədən daxil olacaqsa İnzibati Xətalar haqqında qanunvericiliyə əsasən(485.2-ci maddəsinə əsasən) Sifarişçinin barəsində məsuliyyət tədbirlərinin görüləcəyi təqdirdə Təmsilçi məsuliyyət daşımayacaqdır.





  1. Yüklə 69,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin