XiDMƏt göSTƏRİLMƏsi haqqinda müqaviLƏ № srb/ 001 Bakı şəhəri “ ” 202 -cu IL



Yüklə 69,9 Kb.
səhifə5/6
tarix26.05.2022
ölçüsü69,9 Kb.
#116244
1   2   3   4   5   6
Xidmət-müqaviləsi

YEKUN MÜDDƏALAR

  1. Bu Müqavilənin hər hansı müddəasının, o cümlədən yeni normativ-hüquqi aktların qəbul edilməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlukdə Müqavilənin etibarsızlığına gətirib çıxarmır.

  2. Bu Müqavilə üzrə Tərəflərə göndərilən bütün xəbərdarlıqlar, bildirişlər və ya tələblər (bundan sonra birlikdə tək sayda «bildiriş», cəm sayda isə «bildirişlər» adlandırılacaq) yazılı şəkildə tərtib edilməli və bir Tərəfdən digər Tərəfə kuryer vasitəsilə, sifarişli məktub və ya digər qeydiyyata alınan poçt göndərişi ilə bu Müqavilədə göstərilən ünvan üzrə göndərilməlidir.

  3. Bu Müqavilənin 9.2-ci yarımbəndində göstərilən bildirişlər aşağıdakı anda ünvan sahibi Tərəfindən alınmış hesab edilir:

    1. kuryerlə çatdırıldığı andan. Bu hal bildirişin ünvanlandığı Tərəfin nümayəndəsinin bildirişin Tərəfə çatdırılmasına dair müvafiq qəbzdə imza atması ilə təsdiq edilir;

    2. sifarişli məktubun və ya digər qeydiyyata alınan poçt göndərişinin çatdırıldığı andan. Bu hal bildirişin ünvanlandığı Tərəfin nümayəndəsinin sifarişli məktubun və ya digər qeydiyyata alınan poçt göndərişinin Tərəfə çatdırılmasına dair müvafiq qəbzdə və ya digər xəbərnamədə imza atması ilə təsdiq edilir;

  4. Hər bir Tərəf onun olduğu yer və ya hüquqi/poçt ünvanı, bank rekvizitləri, telefon nömrələri, E-mail ünvanı dəyişildiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 10 (on) iş günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyini daşıyır.

  5. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ – hüquqi aktları ilə tənzimlənir.

  6. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir. Müqavilənin 1 (bir) nüsxəsi Sifarişçidə, 1 (bir) nüsxəsi isə Təmsilçidə saxlanılır.




  1. TƏRƏFLƏRİN HÜQUQU ÜNVAN VƏ REKVİZİTLƏRİ.




Sifarişçi”:



Yüklə 69,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin