2.1 Xidmətlər üçün Sifarişçinin İcraçıya ödəməli olduğu xidmət haqqı (bundan sonra “Xidmət Haqqı”) məktubun 1-ci Əlavəsində göstərilmişdir. Xidmət haqqına bütün vergilər daxildir, ancaq əgər İcraçı Xidmət Haqqının üzərində əlavə dəyər vergisi (ƏDV) hesablamalı olacaqsa, ƏDV üçün Sifarişçi məsuliyyət daşıyacaqdır.
2.2 Xidmətləri göstərən zaman İcraçı müəyyən xərclər çəkə bilər. Bu xərclərə, misal üçün, səyahət xərcləri (Azərbaycanın daxilində və onun xaricinə), tərcümə, sənədlərin surətlərinin çıxarılması, çap, kuryer və çatdırılma xərcləri daxildir (ancaq bunlarla məhdudlaşmaya bilər). Əgər Tərəflər yazılı şəkildə başqa cür razılaşmamışdırlarsa, o zaman bu xərclər Sifarişçinin öhdəliyinə daxildir.
3.1 Əgər Tərəflər arasında digər yazılı və ya şifahi razılaşma yoxdursa, hər təqvim ayı üçün göstərilən Xidmətlər üçün Xidmət Haqqını Sifarişçi həmin aydan sonrakı ayın 5-ci günündən gec olmayaraq ödəmək öhdəliyini üzərinə götürür. Xidmət Haqqı bu bank hesabına ödənilməlidir: [Leobank 4098 5844 6051 6196]
3.2 İcraçı bank hesabını dəyişə bilər. Bu zaman İcraçı ödəniş günündən əvvəl Sifarişçiyə yeni bank hesabı barədə məlumat verəcək və Sifarişçi Xidmət Haqqını bu yeni hesaba ödəməlidir.
3.3 Xidmət Haqqının ödənilməsi zamanı ödəniş edən bank tərəfindən hər hansı komissiya tutularsa, bu cür komissiyanı Sifarişçi ödəməlidir.
Konfidensiallıq
4.1 Xidmətlərin göstərilməsi zamanı İcraçının və Sifarişçinin qarşısında konfidensiallıq öhdəliyi vardır. İcraçı bununla
Xidmətlərə dair hər hansı və ya bütün məlumatları, o cümlədən özünün verdiyi məsləhətləri, Xidmətlərə dair hər hansı sənədləri və ya digər materialları (bundan sonra “Konfidensial Məlumat”) konfidensial saxlamağı öhdəsinə götürür. Bu məlumatlar və materiallar Sifarişçinin razılığı ilə digər şəxslərə açıqlana bilər.
4.2 İcraçı yerinə yetirdiyi xidmətin gizliliyini qorumağı və materialların hər hansı bir üsulla ( mexaniki, elektron) yayılmamasına dair zəmanət verir.