Xii fəSİl pul-kredit sistemi



Yüklə 52,78 Kb.
səhifə6/6
tarix25.11.2023
ölçüsü52,78 Kb.
#134354
1   2   3   4   5   6
İqtisadiyyat 12 fesil (seh 185-196)

Faktorinq - universal bank xidməti olub, xüsusi və hüquqi şəxslər, şirkətlər və birliklər tərəfindən on­la­rın öz debitor borcları­nın idarə edilməsi hüququnun banka veril­məsini nəzərdə tutur. Lazım olduqda, bank müştərisinin digər maliyyə öhdəlikləri və problem­lə­rinin maliyyləş­diril­məsini də öz üzərinə götürə bilir. Buraya mühasibat, informasiya, reklam, sığorta, kredit, audit, hüquqi məslə­hət kimi xidmətlər daxildir.
Farfeytinq - uzunmüddətli faktorinq olub, fiziki və hüquqi şəxslərin banka satılan borclarının 1 ildən 5 ilə qədər uzadılmış müddətə qaytarılmasını nəzərdə tu­tur.
Trast - müştərinin kapitalının (əmlakının) eti­bar­namə əsasın­da idarə olunması ilə bağlı əməliy­yat­ların bank tərəfindən aparıl­masını nəzərdə tutur.
Bankların vəsaitləri cəlb etmə sahəsində əməliyyatları passiv əməliyyat ad­la­nır. Toplanmış vəsaitlərin məqsədyönlü yerləşdiril­məsi sahəsindəki əməliyyatları isə aktiv əməliyyat adlanır. Bundan əlavə banklar vasitəçilik rolunda da çıxış edə bilər, əm­lakın idarə edilməsi, qiymətli kağızlara sərəncam verilməsi sahəsində də əmə­liy­yat­lar apara bilər.
Banklar üçün müddətli əmanətlərin (depozitlərin) cəlb edilmə­si sərfəlidir. Çünki bank bu əmanətə uzun müddət sərəncam ver­mək imkanında olur. Müd­dət­siz qoyulmuş əmanətləri sahibləri istədiyi vaxt geri götürə bilər.
Bankın fəaliyyəti onun üçün mənfəət gətirir, bankın mənfəəti bankın əmanətçilərinə verdiyi faizlə, verdiyi borca görə aldığı faizin fərqindən ibarətdir. Bankın gəlirinə bank mənfəətindən başqa, birja əməliyyatlarından əldə edilən mənfəət, innovasiyadan gəlir, kom­mis­sion haqları da daxildir. Banklar öz xərclərini öz gəlirləri hesa­bına ödəyirlər.
Banklar müstəqil təsərrüfat subyektləri, hüquq şəxslərdir. Ba­zar iqtisadiyyatı şəraitində onların öz maraqları, məqsədləri vardır. Onların başlıca məqsədi faiz me­xa­nizmi vasitəsilə mənfəət əldə etməkdir. Bank faizi demək olar ki, kreditin qiymətidir.
Fəaliyyətdə olan kapital sahibləri borc aldıqları kapitalı isteh­salda, yaxud xidmət sferasında istifadə edir və həmin kapitala görə mənfəət götürürlər. Onlar mənfəətin bir hissəsini borc aldıqları kapitalın istifadəsi üçün haqq kimi borc kapitalının sahibi­nə verirlər. Bu hissə borc faizidir. Borc kapitalına görə gəlirlərin məbləğinin borc verilmiş kapitalın məbləğinə nisbəti faiz norması adlanır. Azad rəqabət şəraitində faiz norması pul bazarında tələb ilə təklif arasındakı nisbətdən asılıdır. Burada riskin dərəcəsi də nəzərə alınır. Risk ondan ibarətdir ki, verilən borc vaxtında qaytarılmaya da bilər. Buna görə də risk üçün faiz müəyyən edilir və borc vaxtında qaytarılmadıqda borclu əlavə faiz ödəməli olur.
Mülkiyyət formasına görə banklar - xüsusi, səhmdar, koope­rativ, bələdiyyə, qarışıq, dövlət, dövlətlərarası banklar kimi təşkil olunub fəaliyyət göstərə bilirlər. Həyata keçirdikləri əməliy­yatların xarakterinə görə onlar universal (emissiya) və ixtisaslaşdı­rılmış (kommersiya) banklara; vəsaitlərin xarakterinə və verilən kreditlərin müddətinə görə fərqlənən banklara bölünürlər.





Yüklə 52,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin