Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə39/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   33   34   35   36   37   38   39   40   41

Məryəm Zareİ Əqdəm

(Əlyzamalar İnstİtutu)
İslamda İctİmaİ təkamülün əsas cəhətlərİ
İnsanın təkamülü iki şəkildə gerçəkləşir: fərdi və ictimai; fərdi hə­yat­da insan öz qabiliyyət və istedadının müəyyən bir qismini reallaşdıra bilir, həmin istedadın başqa bir qismi isə başqaları ilə rəftar və mü­na­si­bətində aşkar olur. Deməli, insanın tam və gerçək təkamülü ictimai hə­yat səhnəsində, başqaları ilə qurulan münasibətlər müstəvisində müm­kündür.

İslam təlimi bu baxımdan öz əhatəliyi, üstünlüyü və yeniliyi ilə se­çi­lir. Bəzilərinin iddialarının əksinə olaraq, islam qanunları heç də köh­nəl­məmişdir, burada irəli sürülən prinsiplər çağdaş dövrdə də öz əhə­miy­yətini saxlamaqdadır. İslamın zahirinə baxanlar adətən onun barə­sin­də yanlış mülahizələr söyləyirlər. Onun dərinliklərini araşdıranlar baş­qa fikirdədirlər və fransız filosofu Valterin etiraf etdiyi kimi, Mə­həm­mədin təlimi xristianlıqdan üstündür və burada insan Allahla bəra­bər tutulmur, Məryəm isə Allahın anası hesab edilmir, Allah üçləşmir, əsl təkallahlıq Məhəmmədin dinindədir (1.s.193).

İslamda irəli sürülən tovhid prinsipi insan təkamülünün bir təzahü­rüdür və onun böyük ictimai məzmunu vardır, belə ki, cəmiyyətdə vəh­dət ruhiyyəsinin genişlənməsi bu prinsipdən qaynaqlanır. Çağdaş dün­yada gedən bir sıra ictimai proseslərin tənzimlənməsi islamda irəli sürü­lən vəhdət ideyasından bəhrələnir (2.s.46). Bir çox Avropa mütəfək­kir­ləri islamın ictimai məsələlərə münasibətində olan vəhdət prinsipini yük­sək dəyərləndirmişlər (2.s.143).

Məsələ burasındadır ki, bir çox təlimlər müəyyən dövr, zaman və məkan üçün mühüm rol oynamışlar. Ancaq islam heç vaxt müvəqqəti və kiçik hədəflərin ardınca getmir, bir müddətdən sonra öz əhəmiy­yə­tini itirən məsələləri təbliğ etmir. Çünki başqa təlimlərdə bir-birini rədd edən, bir-birilə təzad təşkil edən məqamlar çoxdur. Mütəhhəri bu barə­də belə deyir: “Müəyyən cüzi hədəf üzərində yaranan hərəkat həmin hə­dəf gündəmdən çıxmaqla yox olur. Dünyada baş verən bir çox hərə­katlar müəyyən dövrdən sonra sönüb getmişlər. Ancaq qeyri-məhdud hədəflər üzərində qurulan təlim həmişə yaşamağa qabildir. Qur’anda deyilir: “(Ya Məhəmməd!) söylə ki: “Ey kitab əhli, sizinlə bizim ara­mız­da eyni olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki:) “Allahdan başqasına ibadət etməyək! Ona şərik qoşmayaq və Allahı qoyub bir-bi­ri­mizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz dön­də­rərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, mü­səl­manlarıq.” (Ali-İmran:64). İslam 1400 ildən sonra yenə də qeyri-məh­dud hədəflərin ardınca olaraq öz yeniliyini və həyatiliyini saxla­maqdadır (3.s.73-76).

İslam öz geniş tutumlu dünyagörüşü ilə yeni bir baxış sistemi irəli sürərək bəşərin kainat və varlıq aləmi haqqında görüşlərini islah etdi. Bununla bəşər öz varlıq hikmətini və dünya ilə ilkin başlanğıc arasın­dakı əlaqənin mahiyyətini dərk etməyə müvəffəq oldu, həyat fəlsəfəsinə yeni nəfəs verdi. Qur’ani-Kərim cəhalət yerinə elm, qaranlıq əvəzinə nur, zülm qarşısına ədalət gətirdi. Ən önəmlisi isə, insanlar arasındakı rəftarın, başqa sözlə desək, ictimai münasibətlərin islah edilməsi zəru­rətini ortaya qoydu: təcavüz əvəzinə bir-birinə yaxşılıq, zorakılıq yerinə lütf, daş bütlərə pərəstiş əvəzinə təkallahlıq etiqadını irəli sürdü. Bütün dünyada bəşərin vahid ümmətdən ibarət olduğunu təsdiq etdi. Səba surəsi, 28-ci ayədə deyildiyi kimi: “(Ya Məhəmməd!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə cənnətlə) müjdə verən, (kafirləri isə cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bunu bilməz.”

Doğrudan da islamda irəli sürülən insani və ictimai prinsiplər bu gün də öz aktuallığını saxlayır. Hətta dünya texnologiya və elm sahə­sin­də nə qədər inkişaf etsə də bütpərəstlik müxtəlif şəkillərdə davam edir, insanların cəmiyyətdə formalaşan münasibətlərində zülm, haqsız­lıq, istismar və s neqativ hallar azalmaq bilmir və bütün bunlar bəşərin vəhy ilə gələn təlimə ehtiyac duyduğuna dəlalət edir. Viktor Hüqonun sözləri gerçək olaraq qalmaqdadır: “Biz istər qanunverici olaq, istər ya­zı­çı, istər keşiş – bütün ictimai qüvvələri sosial böhranların yüngülləş­di­­rilməsinə sərf etməli, onları mənəvi göy aləminə yönəltməli və gələ­cəyə ümidvar etməliyik” (4.s.17).

Təkamül məfhumunun məna çevrəsinə diqqət yetirsək və bu sözün kökü kamil deməkdir, təkamül isə tamamlanmaq, yavaş-yavaş son həd­də – kamal həddinə yetişmək deməkdir (5.c.1.s.432). Təkamül tədricən və ardıcıl olaraq kamala yetişməkdir (6.c.1.s.214). Kamillik eyni za­manda qüsur və nöqsandan uzaq olmaq mənası bildirir.

Sivilizasiya və təkamülün fərqi.

Ərəb dilində “təməddün” (sivilizasiya) “mədən”, “mədəniyyət” kö­kün­dən olub şəhər, şəhər həyatı mənası daşıyır, yəni bəşər şəhərdə bir­gə yaşayışın mədəni formasını yaradır. Avropa dillərində işlənən “civi­li­za­tion” sözü “civil” kökündən olub “vəhşi” müqabilində mədəni həyat tər­zi deməkdir.

Sosiologiya elmi baxımından sivilizasiya millətlərin elmi-texnoloji, ictimai-mədəni inkişafının yüksək inkişaf mərhələsi sayılır. Təkamül hə­mişə sivilizasiya ilə bağlı olsa da, ikinci məfhum mədəni inkişafın bütün tərəflərini əhatə edir. Elm və texnologiyanın modernləşməsi heç də sivilizasiyanın bütöv şəkildə gerçəkləşməsi anlamına gəlmir, çünki si­vi­lizasiya həm də cəmiyyətdə əxlaqi-mənəvi və insani dəyərlərin hökm­­ranlığı deməkdir. Texnologiya ən yüksək təkamül mərhələsinə yetiş­sə belə, əgər cəmiyyətdə həmin dəyərlər süquta uğramışsa bunu si­vilizasiya adlandırmaq olmaz (7.s.220).

Başqa bir yandan təkamül və inkişaf arasında fərq vardır; bəzən belə güman edirlər ki, harada inkişaf varsa orada təkamül də vardır. Mü­təhhərinin fikrinə görə, hər bir təkamüldə inkişaf vardır, lakin hər bir in­kişaf təkamül deyildir. Məsələn, əsgərlərin hərbi yürüşdə uğuru, xəstəliklərin inkişafı təkamül deyildir. İrəliləyiş və inkişaf üfiqi və şa­quli hərəkət olaraq daha çox səthi və zahiri məna daşıyır, ancaq təka­mül həmişə yüksəliş xətti ilə gerçəkləşən və keyfiyyətcə dəyişən hərə­kətdir (8.c.15.s.119).

Qeyd etmək lazımdır ki, islam mədəniyyətində anlaşılan təkamül və yüksəliş vəhy maarifindən qaynaqlanır, ona görə Qərb təfəkküründə yer alan inkişaf məfhumundan fərqlənir. Yəni islamda təkamül mənəvi bir prosesdir, əlbəttə, onun maddi və dünyəvi əhəmiyyəti də vardır. İslam ta­rixin müəyyən mərhələsində öz elmi-mədəni potensialı ilə necə bir zəngin sivilizasiya yaratdığını göstərmişdir və bunu ətraflı açıqlamağa lüzum yoxdur.

Təkamülün meyarları:

Öncə təkamül məfhumunun mənasının dərkində yol verilən yanlış­lıq­dan qaçmaq üçün həmin məfhumu iki qismə ayırırıq: həqiqi və mə­cazi. Həqiqi təkamül naqislikdən kamilliyə doğru yönələn hərəkət və dəyişiklikdir. Məs, toxumun cücərib böyüyərək külə çevrilməsi. Məcazi təkamül isə qüsurlu bir şeyin məhv olması, onun yerinə daha mükəm­məl bir şeyin gəlməsi deməkdir. Məs, köhnə model təyyarənin yenisi ilə əvəzlənməsi (8.c.1.s.517-518).

İslamda həqiqi təkamül nəzərdə tutulur, belə ki, Qur’ana görə elm, texnologiya, sənaye, iqtisadiyyat, fəlsəfə, hüquq və sosiologiya naqis­lik­dən kamilliyə doğru hərəkət etməlidir. Bu səbəbdən təqribən 500 il ərzində müsəlmanlar sivilizasiyanın bütün cəhətləri baxımından avro­pa­lılardan qabağa düşdülər. “Müsəlmanlar öz elm və əxlaqı ilə onları cə­halətdən qurtardılar, islam dünyasının intellektual potensialı, fəlsəfə və başqa elm sahəsindəki uğurları Avropaya nüfuz etdi. Müsəlmanlar 600 ilə yaxın avropalıların müllimi oldular” (1.s.751-754).

İnsanların təkamül haqqındakı baxışları təbiidir ki, müxtəlifdir və buna görə onun başqa təsnifatını vermək mümkündür, bəzən də bu yön­də təzadlı mövqelərə rast gəlmək olur. Ustad Mütəhhəri həmin möv­zuya işarə edərək göstərir ki, alimlər insan üçün adətən iki növ təka­mül­dən bəhs edirlər: birincisi, canlı aləmə xas təbii təkamül prosesi və bu prosesdə insanın öz müdaxiləsi yoxdur, ancaq ikinci növ təkamül ic­timai xarakter daşıyır və həmin prosesdə təbiətin müdaxiləsi olmur. İkin­ci növ təkamül insanın öz səyi, təlim və tərbiyə ilə əldə edilir, nəsil­dən nəsilə, dövrdən dövrə keçir. Bu təkamül təbii təkamüldən fərqli ola­raq irsi qaydada keçmir. Əqli təkamül ilk növbədə yazı ilə başlayır və Qur’an da bu cəhətə görə qələm və yazıya and içir (Qələm:1-2). Əqli-mənəvi və ictimai təkamül insana xas bir prosesdir (Təka­mül.Müt.s.9-10). Bu ümumi məlumatdan sonra təkamülün meyarlarını araş­dırmağa çalışaq:

1. Güc baxımdan təkamül.

Söhbət insanın təbiət üzərində hökmranlığını təsdiq edən gücdən ge­dir və həmin gücün təkamülü elmin köməyi ilə baş verir. Əlbəttə, bəzən texnologiyanın insanın özünün üzərində hökmranlığı problemi ilə üzləşirik. Bir sıra hallarda insanın mahiyyətinin düşüncə, əxlaq və mə­nə­viy­yatda əks olunması unudulur, o, iradə və düşüncəsiz halda texno­lo­giyanın xidmətçisinə çevrilir, fövqəltexnika düşərgəsində mütiləşir. Bəzən modernləşmə insanın özünü qorxuya salır, onun tarixi və insani-mənəvi yaddaşı texniki yaddaşa çevrilir. Texnoloji gücün insanları duy­ğu və hisslərdən məhrum etməsi təhlükəsi diqqəti cəlb edir. Texno­lo­giya bütün hallarda insanlara və ən önəmlisi isə insanlığa xidmət et­mə­lidir, ancaq bəzən o, texnoloji gücün qarşısında acizləşir, iradəsizləşir, duyğulardan məhrum olur. A. Hakseli maşın əsrinin insana tabe olması fikrini belə ifadə edir: “Maşınlar hərəkətdədir və həmişə çalışmalıdır, onların dayanması ölüm kimi təsəvvür edilir, təkərlər fasiləsiz fırlan­ma­lıdır, ancaq onlar nəzarətsiz qala bilməz, onları ağıllı insanlar təhlükəsiz işlədə bilərlər” (1.s.64).

Amerikan sosioloqu N. Petsmen insanın texnologiyaya əsir olmasını bəşər üçün təhlükə hesab edərək göstərir ki, “indi müasir insan modern texnologiyanın qurbanı olmaqla duyğusuz və əxlaqsız predmetə çevri­lir. Buna insan və icma demək olmaz, bu əslində cəmiyyəti öz tələb­lərinin əsirinə çevirmiş maşındır. Bəşərin öz düşüncə, əxlaq, duyğu, mədəniyyət və hətta mənəviyyatını maşının inhisarında qoyması nə de­məkdir” (1.s.13). O, belə davam edir: “Həmin əsarətin pəncəsində qalan insan öz mədəni varlığını sərsəm həddə çatdırılmış informasiya axını­nın qarşısında müdafiə edə bilmir, texnologiyanın və kompyüterin tüğ­yanı onun bütün təbii duyğularını və varlığını məhv edir, taleyini öz əli­nə alır, onu kimliyi olmayan robota çevirir” (Həmin.s.14).

Qur’anın şahidlyinə görə keçmişdə bəzi güclü xalqlar və mədəniy­yətlər mövcud olmuş, onlar böyük imkanlara və qüdrətə yiyələnmişlər. Bir ayədə deyilir: “(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad qövmünə?! Sütunlar sahibi İrəm ca­maatına?! Elə bir qövm ki, məmləkətlər arasında onun kimisi yaradıl­ma­mışdı (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları oyan Səmud qövmünə?! (Fəcr:6-9). Bu ayələr keçmişdə bəzi xalqların texniki gücünə dəlalət edir. Belə bir sual ortaya çıxır: insanlar belə bir güc və üstünlüyə malik olduqları halda nə üçün tarixin ayrı-ayrı mərhə­lələrində istedad cəhətdən təkamül tapmamışlar? Bu sualın cavabını tapmaq üçün təkamülün başqa bir meyarını açıqlamaq lazım gəlir.

2. Agahlıq baxımından təkamül meyarı.

Bu növ təkamül insanın özü, təbiət və tarixi proseslər haqqında fi­kirlərinin aydınlaşmasını nəzərdə tutur. İslam mədəniyyətinə aid yazıl­mış çoxsaylı kitabları mütaliə edərkən belə bir qənaətə gəlmək olur, həmin sivilizasiya öz çiçəklənmə zirvəsində həqiqətən əqli-mənəvi tə­ka­mülə yetişmişdi.

Eyni zamanda, bu təkamül öz ruhu ilə cəmiyyətin bütün sahələrinə və qurumlarına nüfuz etməklə, sonrakı dövrlərdə uzun əsrlər boyu onu öz təsiri altında saxlaya bildi. Əlbəttə, bu gerçəkliyi təkcə müsəlman müəlliflər deyil, qeyri-müsəlman alimlər Cürci Zeydan, Vil Durant, Qus­tav Loban, Fostel Dekulanj, M Qradi və s mədəniyyət tarixçiləri qeyd etmişlər. Z. Hunko “İslam mədəniyyəti” kitabında yazır: “9-12-ci əsrlərdə Mərkəzi Avropada 95 faiz əhali savadsız olmuş, Böyük Karl yazmağı çətin peşə kimi öyrənmək istəmiş, Avropa əyanları yazıb-oxumağı bacarmadıqlarına görə fəxr etmişlər, kilisədə bir neçə nəfər yazı yaza bilirmiş. O zaman islam ölkələrində 7-11 yaşında qızlar və oğ­lanlar mədrəsələrdə dərs oxuyur, savad alırdılar. Minlərlə mədrəsə müsəlmanları öz dinini elmi şəkildə mənimsəməsi məqsədi ilə təsis olunurdu” (1.s.399-400).

Elmə və bilgiyə yiyələnmək həvəsinin kökü Qur’ani-Kərimlə bağ­lıdır, belə ki, bu səmavi kitab insanı ağıl və düşüncəyə dəvət edirdi (Ələq:5; Mücadilə:11; Zumər:9). Ümumiyyətlə Qur’anda hər bir mə­sələ üzərində düşünmək və təfəkkürə dalmaq tövsiyə olunur. Kainatın nizamlı düzəni, göy aləmi, ulduzlar və planetlər, yer üzərindəki dağlar, dənizlər, bitki və heyvanat aləminin müxtəlifliyi, təbiət hadisələri – bütün bunlar insan üçün düşüncə obyektidir. Eyni zamanda insanın özü­nün xilqəti və bioloji təkamülü, tarixi keçmişdə olan xalqlar və onların aqibəti düşünmək üçün predmetdir. İnsan bütün təbii və ictimai prosesləri araşdırmaqla təkamülün mahiyyətini daha dərindən başa düşə bilir.

3. Azadlıq baxımından təkamülün meyarı.

Burada bir neçə cəhət diqqəti cəlb edir: İnsanın təbiətin məhdudlu­ğun­dan azad olması, insanın xudbinlikdən azadlığı, insanın başqalarının əsarətindən azadlığı.

İlahi dinlər, xüsusilə islam insanın azadlığı ideyasını irəli sürməklə onun dini etiqad məsələsində də ixtiyar sahibi olduğunu bəyan etmişlər. Qur’ani-Kərim bu barədə belə buyurur: “Peyğmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (və anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi ba­ğış­la (axırda) sənin dərgahına qayıdacağıq” (Bəqərə:285).

Əslində bəşərin düşüncə qüvvəsi onu rasionalizmə və məntiqə yö­nəltmək üçündür. Düşüncənin əsas hədəflərindən biri insanın azadlıq məsələsini anlatmaqdır. İngilis şairi Milton bu barədə belə deyir: “Dü­şün­cə azadlığı insan azadlığının ən önəmli tərəfidir, onun bilik qazan­maq, söz söyləmək haqqı da buradan başlayır. İslam varlıq üfüqlərinin qapılarını insan düşüncəsinin üzərinə açdı, onu qurtuluşa, şadlığa və çalışmağa dəvət etdi (9.s.35).

Azadlığın təkamülündə həssas nöqtələrdən biri insanın öz-özünə hakim ola bilməsidir, yəni insan azadlığı onun öz daxili stimul və istək­lərinin ağıl ilə tənzimlənməsi ilə bağlıdır. İlahi dinlər və islam baxımın­dan insanın azadlığı onun əqli və mənəvi azadlığı, nəfsi istəklərin əsa­rətindən qurtuluşudur. Əlbəttə, insanın başqalarının əsarətindən qurtu­lu­şu da azadlığın mühüm tərəflərindən biridir. Azadlığın təkamülü fiziki mənada deyil, əqli-mənəvi və ictimai-sosial müstəvidə təkamülü daha əhəmiyyətlidir. Qədim insanlardan fərqli olaraq, sonrakı nəsillər təd­ricən təbiətdən asılılığa son qoydular və nəhayət elmin və texno­logiyanın köməyi ilə təbiətə hakim oldular. Lakin bəşər nəfsdən və ictimai əsarətdən hələ də qurtara bilməmişdir. Deməli, onun mənəvi və ictimai yönlərdə azadlığı hələ də naqisdir. Bu proseslər arasında insan azadlığının həqiqi təkamülü onun qurtuluşunu təmin edən həlledici amil mənəvi cəhətdir. Bu amil təkamülün başqa tərəflərini də əhatə edir. Qur’ana görə insan kamalının son zirvəsi və onun əsl məqsədi başqa var­lıqlardan fərqlidir və onlardan keyfiyyətcə tam seçilir. İnsanın ka­ma­lı onda mövcud olan potensial istedadların gerçəkləşməsi və təzahü­rüdür. Ötəri və səbatsız qabiliyyətlər, nəfsi ləzzətlərlə bağlı olan xüsu­siyyətlər insanın həqiqi mahiyyəti ilə bir səviyyədə deyildir. Həmin ma­hiyyət ötəri və məhdud deyildir, fənaya uğramır və əbədi olaraq qalır.

Bilmək lazımdır ki, insanın kamillik istəyi onun həyatının əsl ma­hiy­yəti ilə üst-üstə düşərək dünya və axirətdə ona nicat verən bir güc­dür. Qur’ani-Kərim həmin kamilliyin son mərhələsini insanın Allahla yaxınlığında görür. Bir ayədə bu barədə belə deyilr: “Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaq­san!” (İnşiqaq:6). İnsan kamalının başqa tərəfləri onun həqiqi təkamülü üçün zəmin rolu oynayır və Qur’an onun əsl kamalını insaniyyətdə gö­rür. Yenə başqa ayələrdə belə deyilir: “Şübhəsiz ki, təqva sahibləri cən­nət bağlarında və çaylar kənarında; (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdar Allahın hüzurunda olacaqlar” (Qəmər:54-55): “Ey insanlar! (Bu Məhəmməd) sizə Rəbbi­niz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Qur’an) endirdik” (Nisa:174).

Qur’an baxımından azadlıq düşüncəsinin təkamülü insanın yalnız Haqq qarşısında bəndəliyi, başqa kimsənin iradəsinə təslim olmaması deməkdir. Bu təkamül iman işığında və saleh əməl sayəsində gerçək­lə­şir. İnsan azadlığın təkamül yolunda iman və təqva ilə öz varlığını də­yərləndirərək yüksəliş tapır, Allaha itaət etməklə mənəvi kamilliyə ye­tişir. Qur’an ayəsində deyilir: “Hər kəs Allaha və peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar” (Əhzab:71).

Təkamül ayrıca və geniş bir araşdırma mövzusudur, lakin bizim təd­qiqat işinin predmeti ilə əlaqədar bəzi ümumi məqamlara toxunmaq lazım gəlir. Sosiologiya elmində cəmiyyətlərin inkişaf məsələləri ilə bağlı bir sıra nəzəri konsepsiyalar yaranmışdır ki, bunlar arasında iki müasir baxış sistemini ayırd etmək olar:

a. Sikl və ya dövri nəzəriyyə. Həmin nəzəriyyəyə əsasən cəmiyyət həyatı müəyyən zamandan başlayır, inkişaf edir və zirvəyə yetişir, sonra yenidən süquta uğrayır, bir müddət sonra isə bir daha hərəkətə gə­lərək yeni təkamül mərhələləri keçir, bu mərhələlər elə əvvəlki kimi cərəyan edir. Həmin nəzəriyyənin əsasını İbn Xəldun qoymuş, P. Sarokin və A. Taynobi kimi müasir sosioloqlar həmin fikrin tərəfdarları kimi çıxış edirlər (3.s.98-100).

b. Xətti nəzəriyyə əvvəlkinin əksinədir və təkamülü yüksəliş və inkişaf istiqamətində başa düşür. Həmin ideyaya görə, cəmiyyətlər sadə və ibtidai vəziyyətdən daha mükəmməl mərhələlərə doğru irəliləyir.

c. Antik fəlsəfədən qaynaqlanan ictimai təkamül nəzəriyyəsi Empo­dokl­dan başlayır və sonra Avqustin tərəfindən xristianlıq ideyaları ilə dəyişikliyə uğrayaraq yeni istiqamətdə davam edir. Onun əqidəsinə görə dünyanın və o cümlədən cəmiyyətin təkamülü Allahın iradəsi al­tın­da baş verir. Dünyanın tədrici təkamülü haqqında fikirlər İbn Xəldun və “İxvanüs-səfa”-nın risalələrində yer almışdır. Sonralar dünyada baş verən dəyişikliklər və təkamül barədə İ.Kant və V. Hegel kimi məşhur alman filosofları bəhs etmişlər (10.s.81,87).

Sosiologiya elmində ictimai təkamül nəzəriyyələri cəmiyyət tari­xində baş verən sosial və ictimai prosesləri müxtəlif yönlərdən araşdır­mışlar. Bəziləri məsələyə bioloji yöndən yanaşaraq cəmiyyəti bir sıra mərhələlərdən ibarət təbii proses kimi inkişaf və təkamüldə görmüşlər. Onlar ictimai dəyişikliyi müəyyən zaman çərçivəsində baş verən hadisə kimi qiymətləndirmiş, onun daha yüksək mərhələyə yetişməsi zərurəti­ni ortaya qoymuşlar..

İctimai təkamül nəzəriyyəsi Renesansdan sonra daha çox maddi cə­həti diqqət mərkəzində saxladı. Maarifçilik və klassik alman fəlsəfəsi istisna olmaqla, Avropada yaranan yeni ictimai təkamül nəzəriyyələri in­sa­nın mənəvi təkamülünə az diqqət yetirmişdir. Azadlıq baxımdan təkamülün meyarı isə daha çox sosial xarakter daşımış, insanın nəfsdən və eqoizmdən azad olması gündəmə gəlməmişdir. Ancaq bununla belə müasir dövrdə bir çox ziyalılar sosiologiya sahəsində inkişaf və təka­mül­dən bəhs edərkən həmin prosesi insani və mənəvi dəyərlər əsasında araşdırmağa səy göstərmişlər və göstərirlər. Onların fikrincə, cəmiyyə­tin inkişaf və təkamülünün əsas şərtlərindən biri əxlaqi-insani də­yər­lərin bərqərar olmasıdır. İslam mədəniyyətində isə kamilliyin əsası mə­lə­kuta doğru ruhi yüksəliş məfhumu ilə ifadə olunur. Həmin kamilliyin yolu Qur’anda göstərilir:

“Axır dönüş Allaha tərəfdir” (Ali-İmran:28). “Həqiqətən, axır dönüş sənin Rəbbinə doğrudur” (Nəcm:42).

Yəni Qur’ani-Kərimə görə, bəşərin təkamül yolu onun Allaha yaxın olmasındadır. İnsanın belə bir təkamülü daha yüksək məqama yüksəl­mək, öz əsl fitrət və həqiqətinə yetişmək üçündür. Onun fərdi və ictimai təkamülü belə bir mənəvi dayaq üzərində qurularsa heç vaxt sarsılmaz.
Ədəbİyyat:


1.

تمدن اسلام از زبان بیگانگان ، صرفی ، محمدتقی ، قم ، دفتر نشر برگزیده ، 76

2.

علل پیشرفت و انحطاط مسلمین ، قربانی ، زین العابدین ، تهران ، دفتر نشر فرهنگ اسلامی ، 1374

3.

خاتمیت ، مطهری ، مرتضی ، تهران ، صدرا ، 1376

4.

نقش پیامبران در تمدن بشر ، حجازی ، فخرالدین ، تهران ، بعثت ، بی تا

5.

فرهنگ لاروس ، جر ، خلیل ، احمد طبیبیان ، تهران ، امیرکبیر ، بی تا ، ج 1

6.

فرهنگ معین ، معین ، محمد ، تهران ، امیرکبیر ، 1371 ، چاپ هشتم ، ج 1

7.

توسعه و مبانی تمدن غرب ، آوینی ، مرتضی ، تهران ، نشر ساقی ، 1381

8.

مجموعه آثار ، مطهری ، مرتضی ، تهران ، صدرا ، 1383

9.

تمدن قدیم ، دوکولانژ ، فوستل ، نصرالله فلسفی ، کیهان ، 1309

10.

نظریه های جامعه شناسی ، تنهایی ابوالحسن ، مشهد ، مرندیز ، 1387


Faizə Müslİhİ

(Əlyazmalar İnstİtutu)
İslamda sosİal ehtİyacların

rasİonal tənzİmləmə üsulu
Hər bir fəlsəfi və sosioloji məktəbin dünya və insanın yaradılışı haq­qında baxışa iqtisadi-sosial sistemin tənzimlənməsində mühüm rola ma­likdir. İslam iqtisadi sistemi vəhydən dogan bir təlimə əsaslanaraq in­sanı ağıl, iradə, ixtiyar və məsuliyyət sahibi kimi tanıyır. Həmin keyfiy­yətlər insana öz iqtisadi fəaliyyətində və təbii sərvətlərdən istifadədə düzgün və rasional seçim etməyə imkan verir. Hər bir fərdin mülkiyyət sa­hibi olmaq istəyi onun təbiətindən doğur və həmin meyl insanı təbii sərvətlərdən daha səmərəli faydalanmağa sövq edir.

İslam həmin istək və meyli düzgün istiqamətə yönəldir. İslam bilik sa­hibi olmaqla həm də seçim haqqına malikdir və bu cəhətdən o, ilahi xilafət məqamına yetişməyə qabildir. Ona mülkiyyət hüququ verilir və de­məli, o, olduğu sərvətdən maddi və mənəvi tələbatını ödəmək üçün ya­rarlana bilir (1.s.75). Məsələyə bir qədər dərindən yanaşdıqda, islam mal və sərvəti ilahi nemət sayır, insanı isə yer üzərində xəlifə edərək ona bütün təbii sərvətlərdən bəhrələnmək haqqı verir. İnsan eyni za­man­da dünyanı abadlaşdırmağa borcludur. (Mumin:62; Bəqərə:255).

İslam sosial ədalət tərəfdarı kimi təbii nemətlərdən faydalanmağa hamı üçün eyni bilir, burada kimsə başqasından üstün deyil, yalnız təq­va baxımından insanlar bir-birindən üstün ola bilərlər (2.c.3.s.239). İslam insana gerçək dəyər vermək üçün gəlmişdir və bu təlim onun şəxsiz ictimai və sosial-iqtisadi həyatını dəyişdirməyə imkan verir, onu ruhi zənginliyə qovuşdurur. İslamın sosial qanunları insanın ehtiyac və tələbatına daha doğru cavab verir, onun rəftarını təkmilləşdirir (3.s.7).

Rəvayətə görə bütün nemət və sərvətlər bəndələr üçün Allahın əma­nəti sayılır. Insanlar ondan orta həddə yeməli, orta həddə içməli, orta həddə geyməli, qalanını isə ehtiyac olanlara verməlidir. (3.s.229). Həd­dən artıq istifadə haram və qeyri-rasional sayılır.

Təbiidir ki, insan malik olduğu şeydən istədiyi kimi istifadə edə bi­lər, lakin burada mühüm bir məqam vardır: məsrəfin həddi və ölçüsü ol­malıdır. Malikiyyət baxımından burada məhdudiyyət yoxdur, yəni hər kəs sahib olduğu şeydən faydalana bilər. Lakin əxlaq və rasional dü­şün­cə baxımından müəyyən hədd vardır, belə ki, insan məsrəfləri orta həd­də və məntiqli şəkildə tənzimləməli və israfa yol verməməlidir (4.s.44).

Bu baxımdan islam sosial-iqtisadi sistemi bir yandan israfa qarşı çıxırsa, o biri yandan başqalarına ehsan və yardım prinsipinə əsaslanır. Birinci tərəf məhsulun istehsal və məsrəfində minimum istifadəni və lüzumluluq meyarını nəzərdə tutursa, ikinci tərəf şükür və yaxşılıq (eh­san) nməfhumu ilə bağlı olaraq əxlaqi-mənəvi dəyər kəsb edir (1.s.91). Deməli, burada sosial tənzimləmə iki əsasa dayanır: rasional münasibət və əxlaqi davranış.

İslam sosial-iqtisadi düzənində istehlak və məsrəf sərbəstliyi vardır, çünki insanların zəruri həyati ehtiyaclarının təminatı təbii məsələdir və islam rifah içində yaşamağı onların təbii haqqı sayır (6.s.1340; 7.c.15.s. 249). İslam heç vaxt firavanlıq və bolluq içində yaşamağı rədd etmir, sadəcə ifrata icazə vermir. İnsan həyatının sağlam və normal davamı və orqanizmin zəruri tələbatının ödənilməsi üçün Allah tərəfindən təmiz nemətlər halal buyurulmuşdur (Maidə: 87-88).

Bütün nemətlər Allah tərəfindən insan üçün yaradılmışdır və hamı onlardan öz ehtiyaclarına uyğun faydalana bilər. Eyni zamanda məsrəf­lərin hüdudları və miqdarı normal haldan çıxmalı deyil (8. c.6.s.444).

Vacib məsrəflərlə yanaşı, ibadət baxımından vacib olan işlər – Həcc, zəkat, xüms və s. eyni zamanda ailənin rifahı, yaxınlara kömək, eh­tiyac içində olanlara yardım kimi məsrəflər vardır.

Bütün hallarda məsrəflər üçün müəyyən məhdudiyyətlər və ölçülər qoyulur. İnsan hər hansı bir şeyin məsrəfində həmin ölçülərdən kənara çı­xarsa, bu israf sayılar. Əlbəttə, israfın nisbəti inkişaf və rifah səviy­yə­sin­dən asılı olaraq müxtəlif cəmiyyətlərdə fərqli olur. Burada rasional ölçü olaraq orta hədd götürülür.

İslamda bədxərclik də haramdır və israf kəmiyyət baxımından mal itkisi sayılırsa, bərxərclik keyfiyyət nöqteyi-nəzərdən itki hesab edilir. Bərxərclik də mahiyyətcə israfdır və malın boş boşuna və qeyri-rasional sərf edilməsi deməkdir ki, bu da haram sayılır (9. c.75.s.302).

Məsərfin stimulları vardır və bunları belə ümumiləşdirmək olar:

1. Həyati ehtiyacların ödənilməsi.

İnsan doğulandan öz yaşamını davam etdirmək üçün müxtəlif mal­lara, məhsullaravə xidmətlərə ehtiyac duyur. Onun təmin edilməsi üçün sərf edilən imkanat vacib və təbiidir. İslam baxımından cəmiyyət bütün insanların ehtiyaclarını ödəməyi öz öhdəsinə götürür (7.c.6.s.365). Bu­rada gerçəkləşən məsrəflər fərdi xarakter daşımır və cəmiyyətin bütün üzvlərini – ailədən başlayaraq, qohumlar, yaxınlar və bütün zümrələri əhatə edir. Başqa sözlə desək, islam icmasinda yaşayan hər bir fərd in­sa­nın layiq olduğu şərafətə uyğun öz həyatını davam etdirmək üçün lazım olan mal və xidmətlərdən bəhrələnmək haqqına malikdir. Eyni zamanda hər bir müsəlman öz imkanatından asılı olaraq öz qohum­la­rı­nın və yaxınlarının, eyni zamanda, cəmiyyətin ümumi ehtiyaclarının ödə­nilməsi üçün səy göstərməlidir.

2. İlahi nemətlərdən faydalanmaq.

İslam baxımından hər bir müsəlman fərdin məsrəfləri dar çərçivədə məhdudlaşa bilməz. Qaynaqlara görə ilahi nemətlərdən faydalanmaq və həyatdan öz payını götürmək və rifah içində yaşamaq hər bir insanın təbii haqqıdır. Başqa yandan, onu həmin nemətlərdən məhrum etmək haram sayılır. Bir rəvayətdə deyilir: “Allah gözəlliyi və camalı sevir, özü­nü kasıb göstərməyi xoşlamır. Bəndəsinə bir nemət bəxş edəndə onun xoş təsirini bəndənin üzündə görmək istəyir” (7. c.2.s.341).

Deməli, islama görə, insanın ilahi nemətlərdən faydalanması təbii və halal sayılır, lakin onun madiyyata hərisliyinin qarşısını almaq və sosial həyatını rasional şəkildə tənzimləmək üçün izafi məsrəfləri haram bilmiş, bir sıra hallarda məhdudiyyətlər qoymuşdur.

Haram məsrəflər nədir? Bu tip məsrəflər cəmiyyətin və fərdin ümu­mi mənafeyinə zidd olan şeylərə şamil edilir. Bu yöndə bir neçə mə­qama diqqət yetirmək lazım gəlir.

1. Haram sayılan şeylər.

İslam şəriətində bəzi şeylərin məsrəfi haram sayılır. Məsələn, spirtli içkilər, əti haram bilinən heyvanlar, şəriətə uyğun kəsiləməyən heyvan­ların əti, natəmiz paltar, qızıl və gümüş qab-qacaq, kişilər üçün xalis ipək­dən paltar, qumar və fasadlı əyləncə vasitələri və s.

Şübhəsiz bütün şəriət hökmləri insanın maddi və mənəvi maraq­la­rının təminatı və ona yetişə biləcək zərərin qarşısını almaq üçündür. Bir sözlə, bunlar rasional məqsəd daşıyır.

Allahın haram buyurduğu şeylər dəlilsiz deyildir və bunların hər bi­rinin insan üçün zərəri vardır. Rəvayətlərə görə, Allah şərab, donuz əti və murdar qanı elm əsasında haram buyurmuşdur.

İmam Sadiqdən nəql olunan rəvayətdə şərabın fəsadları rasional əsas­larla izah olunur: “şərab fəsad və pisliklərin qaynağıdır və şərab içən şəxs ağlını itirir, Allahı tanımır və günahdan çəkinmir, kimsənin haq­qına ehtiram bəsləmir, imandan uzaqlaşır, Allahı, mələkləri və pey­ğəmbərləri unudur. Qiyamət günü onun üzü qara olur” (3. c.16.s.646).

Bir sıra şeylərin mahiyyətində haram yoxdur, ancaq onlar ictimai əxlaq və psixoloji amillərə görə haram sayılır. Qızıl-gümüş qab-qacaq və ya kişi üçün ipək paltar bu qəbildəndir. Bəzən isə yerli istehsala ma­ne olan xarici malların yersiz idxalı qeyri-rasional sayılır. Ümu­miy­yətlə, islam insanın sağlamlığına və həyatına birbaşa dolayı ilə zərər ye­tirən malların işlənməsini yasaqlayır.

3. Haram niyyətlə məsrəf olunan meylər.

Bəzən mal mahiyyətcə haram deyildir və insana da heç bir zərəri yoxdur. Lakin fərd onu qərəzli və haram məqsədlə işlədir. İslam baxı­mın­dan bu cür məsrəflər haram sayılır:

Bəzən fərd və ya bir dəstə insan islama zidd olan mədəniyyətə xas mal­ları işlədir və onun məqsədi müsəlmanların dini və əxlaqi dəyər­lə­rini hörmətdən salmaqdır. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur:

“Mənim düşmənlərimin geyimini geyməsin, onların yeməyindən ye­məyin, onlar kimi rəftar etməyin ki, mənim düşmənlərim ola bilərsiniz” (7. c.3.s. 279).

b. İftixar və qürrələnmə.

Birinci fəsildə qeyd edildiyi kimi, təmtəraqlı həyat tərzi israf amillə­rindən biridir. Bu cür məsrəflər qürrələnmək məqsədilə edilir, belə ki, bəzi şəxslər və ailələr öz var-dövlətini başqalarına nümayiş etdirmək üçün zəruri olmayan və qeyri-rasional xərclərə yol verirlər. Həmin məs­rəflər eyni zamanda ayrı-ayrı fərdlər və zümrələr arasında qeyri-sağlam rəqabət motivinə çevrilir. İslam insan nəfsinin lüzumsuz istək­lərini tənzimləmək və fərdlər arasında gedən qeyri-sağlam rəqabətin qar­şısını almaq üçün qeyri-rasional məsrəfləri qadağan etmişdir. Pey­ğəmbər (s) nəql edilən rəvayətdə deyilir: “Hər kim geyindiyi paltarla qür­rələnərsə, Allah onu həmin libasla cəhənnəmin ağzına atır” (2. s.429).

Haram sayılan məsrəflərin mahiyyətinə diqqət yetirsək, onların qa­da­ğası cəmiyyətin sosial-iqtisadi həyatında üç müsbət təsirə malikdir:

1. Cəmiyyət bu cür qeyri-rasional məsrəflərdən azad olur və onun im­kanları mühüm ehtiyaclarının ödənilməsinə sərf olunur;

2. Cəmiyyət bir çox hallarda iqtisadi asılılıqdan azad olur;

3. Lüzumsuz malların istehsalına sərf edilən işçi qüvvəsi və xərclər faydalı və zəruri sosial tələbatın ödənilməsinə yönəlir.

Bütövlükdə, islamın iqtisadi doktrinası cəmiyyətin təkcə sosial həyatını deyil, həm də onun əxlaqi-mənəvi dayaqlarının möhkəmlən­mə­sini nəzərdə tutur.

Fövqəladə hallarda məsrəflərin halal-haram olması şəraiti fərqlənir və bəzən haram şeylər halal və mübah sayılır.

Mərhum Təbrəsi yazır: “Bir sıra hallarda, məsələn, aclığın şiddət­lən­diyi anda insan dözümsüz olur və başqa carə tapa bilmir” (1. s. 257). Bəzən isə xəstəlik zamanı həkimin göstərişi ilə halal sayılmayan şey­lərin məsrəfi qaçılmaz olur. Qurani-Kərim həmin zəruri hallara işarə edə­rək buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, do­nuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq öl­müş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi hey­van­lar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininiz­dən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorx­mayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl et­mək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Maidə:3).

Məsrəflərin məhdudlaşdırılması.

İslam haram məsrəflərin qarşısını almaqla yanaşı, cəmiyyətin sosial ehtiyaclarının rasional şəkildə təmin edilməsi məqsədilə məsrəflər üçün kəmiyyət və keyfiyyət baxımından müəyyən qaydalar nəzərdə tutur ki, onları bu cür ümumiləşdirmək olar:

1. Gəlirin tənzimlənməsi.

İstehlakçı adətən məsrəfləri gəlirə uyğun tənzimləyir və bununla lüzumsuz borcların yığılmasının qarşısını alır. Həzrəti Əli (ə) buyurur: “Lüzumsuz yerə borca girməyin, çünki borc gecənin qəm-qüssəsi və gündüzün zillətidir” (7. c.12.s.77). Əlbəttə, dini mətnlərdə borc daha çox gündəlik məsrəflərin qarşılanması ilə bağlı ortaya çıxır. Müasir iq­tisadi sistemdə isə borc daha çox istehsal sahələrinin dinamik inkişa­fı­nın təmin edilməsi üçün gündəmə gəlir.

2. Cəmiyyətin ümumi mənafeyinin qorunması islamda sosial ədalət prinsipi önəmli yer tutur və məsrəflərin tənzimlənməsində bu amilə bö­yük əhəmiyyət verilir. Ona görə məsrəflərin ölçü və miqdarı tək-tək fərd­lərin firavan yaşaması ilə deyil, cəmiyyət üzvlərinin ümumi mə­nafeyi və hamının normal həyatı nəzərə alınmaqla müəyyən edilir. Cə­miyyətin böyük bir qismi iqtisadi-sosial problemlə üzləşdiyi bir şəraitdə bir zümrənin harın həyatı və israfçılığı məqbul sayılmır.

Mədinədə qıtlıq baş verərkən İmam Cəfər Sadiq (ə) öz köməkçisinə ambarda olan buğdanı bazara çıxarmasını əmr edir və buyurur: “Ək­sə­riy­yət qıtlıq içində keçinirkən bizim buğda çörəyi yeməyimiz, qalan camaatın isə pis çörək yeməyə məcbur olması bəyənilən iş deyil”.

Bütövlükdə islam sosiologiyası istər sərvət və gəlirlərin, istərsə də məsrəflərin rasional şəkildə tənzimlənməsinə böyük önəm verir. Burada tarazlıq və balans pozularsa cəmiyyətin ümumi rifahına xələl yetişər. İs­lama görə bütün insanların mövcud imkanlardan bərabər səviyyədə bəhrələnmək haqqı vardır.

İslam ayrıseçkiliyə qarşı olmaqla yanaşı, fəzilətli toplum tərəfdarıdır və həmin toplumda rasional bərabərlik prinsipi diqqət mərkəzində da­yanır. Burada imtiyazlar güclülərə deyil, hamıya şamil edilir. Mütəhhəri həmin məsələyə işarə edərək yazır: “Rasional bərabərlik odur ki, möv­cud imkanlar ümumi qaydada hər kəsin ixtiyarına qoyulur, zülmə əsas­lanan imtiyazlar isə ləğv edilir” (10. s.123).

Beləliklə, islam mədəniyyətində qarşılıqlı əməkdaşlıq və yardıma, ictimai ədalət və qardaşlıq prinsiplərinə əsaslanan sosial münasibətlər mövcud imkan və sərvətlərdən rasional istofadəyə önəm verir. Belə ol­duq­da cəmiyyətdə ümumi mənafe və hüquqlar qorunur, israfçılığın və lüzumsuz məsrəflərin qarşısı alınır.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin