ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə102/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   98   99   100   101   102   103   104   105   ...   186

ELM İMANA YARDIMÇIDIR


İmanı güclənirmək yollarından biri elm və biliyin artırılmasıdır. Dedik ki, imanın mərtəbələri var və insan öz imanını artıra bilər. İmanın yaranmasına kömək olan səbəblər gücləndirilərsə, iman da güclənər. Heç nə səbəbsiz yaranmır və imanın da yaranma səbəbi var. İnsan heç bir istəyə zəhmətsiz çata bilmir və bu zəhmət istəyin dəyərindən asılıdır. Yə`ni böyük məqsədlərə çatmaq üçün böyük çətinlikləri adlamaq lazım gəlir. İman isə ən böyük məqsəd, ən dəyərli ne`mətdir.

İmanı gücləndirmək üçün onun amillərini tanıyıb sadədən mürəkkəbə doğru bu amilləri gücləndirmək lazımdır. Qeyd etmişdik ki, imanın ən azı iki əsas amili var: elm və istək. İman gücləndirmək üçün bu iki amilə diqqət yetirmək lazımdır.

İmanın ilk iki şərtindən biri olan elm və mə`rifət əldə etmək üçün əsasən iki istiqamətdə fəaliyyət göstərmək olar:

1.Əvvəla, iman gətirdiyimiz həqiqətlərin hər biri üçün yetərli dəlillər toplayıb bu dəlilləri öyrənməliyik. Allahşünaslıq, axirətşünaslıq kimi elmlər imanı gücləndirən vasitələrdir. Məhz bu səbəbdən elm və alimə böyük qiymət verilmişdir. Bir daha qeyd edək ki, iman üçün elm mütləq şərt deyil. Çünki bir çox alimləri cəhənnəmə aparan onların elmi olur. Yalnız o elm faydalıdır ki, insanın mə`nəvi yüksəlişinə xidmət edir. Elm insanı şübhə burulğanından keçirir və onun əqidəsini sabit edir.

2.İkinci mühüm məsələ insanın əldə etdiyi elm və mə`rifəti ardıcıl şəkildə xatırlamasıdır. Əgər insan istəyirsə ki, qazandığı elm və mə`rifətdən bəhrə götürsün onları diri saxlamalıdır. Bir növ “sandıqda saxlanan” elm çətin anlarda insanın əlindən tuta bilmir. İnsan yalnız diqqət mərkəzində saxladığı elmlərdən faydalanır. İnsan “Əllahu əkbər” sözləri haq-qında yalnız ilk dəfə eşitdiyi zaman maraqlanıb sonra ömür boyu bu sözü kor-koranə təkrar edərsə yetərincə faydalana bilməz. Amma hər dəfə “Əllahu əkbər” deyərkən Allahın böyüklüyü barədə düşünən insan öz imanını gücləndirir. Gün uzunu namazlarda bu sözlərin deyilməsinin vacib buyurulması insanın təkamülü ilə əlaqədardır.

İnsan zehni daimən dəyişkən haldadır. Zehnin qəbul etdiyi hər bir mə`lumat özündən əvvəlki mə`lumatı ikinci plana keçirir. Öz biliklərini təkrar etməyən insan həmin biliklərdən istifadə etmək gücündə deyil. Vacib buyurulmuş beş vaxt namazın fəlsəfəsi də daimi olaraq insana Allahı xatırlatmaqdır. Bir biliyin təkrarı həmin biliyin insan zehnində daha fəal mövqe tutmağına səbəb olur.

“Ali-İmran” surəsinin 191-ci ayəsində insan üçün mümkün olan üç hal zikr olunur. İnsan ya oturur, ya durur, ya da uzanır. Ayədə insanın nəzərinə çatdırılır ki, insan bütün vəziyyətlərdə Allahı zikr etməlidir.

Demək, imanın ilk ünsürünü gücləndirmək üçün iki iş görmək lazımdır: yetərli dəlillərə malik olmaq və bu mə`rifəti diri saxlamaq. Şübhə bazarının gur olduğu dövrümüzdə elmi dəlillərin əhəmiyyəti çox böyükdür. Dünyada insanları dini əqidədən uzaqlaşdırmaq missiyası daşıyan nəhəng təşkilatlar fəaliyyət göstərir. Əqidəsi bünöv-rəsiz olan savadsız insanlar Allah eləməmiş bu təşkilatların hədəfinə çevrilərsə bir anda imanını itirər. Yetərli dəlillərə malik olanlar üçün isə belə bir təhlükə yoxdur.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin