GÜNAH İMANIN DÜŞMƏNİDİR
Saleh əməl imanı gücləndirdiyi kimi, günah da öz növbəsində imanı puça çıxarır. İnsan üzünü Allahdan döndərən kimi doğru yoldan çıxır. Hər bir günah insanı imandan bir addım uzaqlaşdırıb küfrə yaxınlaşdırır. Adət şəklini almış günah insanı cəhənnəmə sürükləyir. İnsanı belə bir zəlalətdən yalnız həqiqi tövbə xilas edə bilər. İnsan birdən–birə kafir olmur. Onun tədricən batdığı günahlar küfr üçün şərait yaradır. Tövbə surəsinin 77-ci ayəsində oxuyuruq: “Allaha verdikləri və`dəyə xilaf çıxdıqlarına və yalan danışdıqları-na görə Allah da onların qəlbinə Ona qovuşacaqları günə qədər nifaq saldı”. Digər bir ayədə buyurulur: “Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha da pis oldu”.1 Bəli, günahın nəticəsi küfürdür. Günah üstündən günaha yol verən insan nəinki Allahdan üz döndərir, hətta ona qarşı qiyam qaldırır. Süquta uğramaq astanasında olan insan üçün iki rək`ət namaz qılmaq dağ tək ağır gəlir. Saatlarla mə`nasız söhbətlərə, kinofilmlərə həvəslə vaxt sərf edən insan namaz üçün iki dəqiqə vaxt ayıra bilmir. “Bəqərə” surəsinin 45-ci ayəsində oxuyu-ruq: “Doğrudan da bu iş (namaz) Allaha itaət edənlərdən başqa hamıya ağır gələr”. Bu hal insanın yol verdiyi günahlardan yaranır. Bir çox mö`minlər məhz günah səbəbindən imanını əldən verir. Zahirən imanlı görünən bir çox günahkarlar Allaha üz tutmağa güc tapmırlar. Bəli, elə insanlar var ki, gündə min dəfə ətrafındakılara boyun əydiyi halda bir dəfə Allaha boyun əyməyi özünə sığışdırmır. Bütün bu hallar günahdan doğur. Elə bilməyək ki, insan üçün ən alçaq mərtəbə Allah adını eşidərkən qəzəblənməkdir. Bundan da alçaq mərtəbə var. Bə`zi insanlar o qədər alçalır ki, hətta Allahı “simvolik bir məfhum” hesab etməkdən belə çəkinmir. Allahı inkar etdiyi halda Qur`anın gözəlliyindən dəm vuranlar da var. Bu ziddiyyətli fikirləri doğuran həmin insanların yol verdikləri günahlardır. İnsan günaha batdıqca onun qəlbini qaranlıq bürüyür, nəhayət elə bir an çatır ki, qəlbdə iman nurundan zərrə qədər də olsun nişanə qalmır. Belə zülmətə düşmüş insa-nın həqiqəti görməsi qeyri-insani-mümkündür.
Pərvərdigara, qəlbimizi iman nuru ilə işıqlandır və bizə günah qaranlığından nicat ver.
Dostları ilə paylaş: |