ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə118/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   114   115   116   117   118   119   120   121   ...   186

GÜNAHIN AXIRI KÜFÜRDÜR


Qeyd etdik ki qarşımızda iki yol var: küfr və iman. Küfr şeytana itaətdir və insanı cəhənnəmə doğru çəkir. İman isə Allaha itaətdir və insanı behiştə aparır. Bəs iman yolunu seçib, bu yolda iman dərəcəsini artırmaq üçün nə etməliyik? Eləcə də küfrə aparan səbəbləri öyrənib, ehtiyatlı olmağımız lazım gəlir.

Qeyd etdik ki, insanı imandan uzaqlaşdırıb küfrə sürükləyən səbəb günahdır. Bu günahla küfr arasında hansı əlaqə var? Əxlaq alimləri belə hesab edirlər ki, insanı günaha sövq edən şəhvət və qəzəbdir. İnsan bu hisslərin tə`siri altında ilk dəfə günah etdikdə bir müddət sonra şəhvət və qəzəb sönür və insan adi halına qayıdır. Adi hala qayıtmış insan peşman olur və gördüyü işə görə özünü danlayır. Belə insanlar, adətən, tövbə edir, Allah da onları bağışlayır. Rəvayətlərdə buyuru-lur ki, mö`min günah etdikdə Allah bu günahı qeyd edən mələkləri yeddi saat yubatmaqla mö`mindən tövbə gözləyir. Allah-təala istəmir ki, mö`minin əməl dəftərinə günah yazılsın. Bu müddət ərzində peşman olub səmimi qəlbdən tövbə edən insan günah etməmiş kimidir.1

Amma birinci günahdan sonra tövbə edilməsə şeytan insanı təkrar–təkrar bu günaha qaytarır. Günah təkrarlandıqca adət şəklini alır və peşmanlıq hissi ləzzət hissinə çevrilir. Bu zaman nəfsdə ziddiyyət yaranır və insanın daxilində çarpışma gedir. Yol verdiyi günahın haramlığını bilən insan Allaha qarşı çıxdığını anlasa da adət səbəbindən günahdan uzaqlaşa bilmir. Özünü inam və əməlin mübarizə meydanında görən insan “doğrudanmı, mən pis insanam?” deyə düşünür. Sonra anlayır ki, inandığı həqiqətlərə əməl etməyib. Özünə belə cavab verir: “Bəli, mən pis insanam ki, bu qədər günaha yol vermişəm”. Amma insan xaraktercə özünüsevən olduğundan pis insan olmasını asanlıqla qəbul etmir. Əksər günahkarlar pis iş gördüklərini anlasalar da bunu e`tiraf etməkdən çəkinirlər. Hər halda imanlı insanın günah etməsi ziddiyyətli məsələ olsa da, həqiqətdir. Belə insan ruhi narahatlığını aradan qaldırmaq üçün çalışır. Bu zaman şeytan üçün fürsət yaranır və o, meydana girib insanın qulağına pıçıldayır: “Haradan bilirsən ki, gördüyün işlər günahdır?” Şeytanın vəsvəsəsinə əql və fitrət cavab verir ki, Qur`an bu əməlləri günah sayır. Şeytan şübhə toxumu səpməkdə davam edir: “Əvvəla, Qur`an Allah sözü yox, peyğəmbər sözüdür. Peyğəmbər isə adi bəşərdir və səhv edə bilər. Lap elə tutaq ki, Qur`an Allah sözüdür. Məgər Allah səhv edə bilməz?!” Bəli, şeytan bu sözləri deməyə qadirdir. Bu gün insanlar arasında özünü ziyalı adlan-dıran, əslində zülmətə bələnmiş adamlar var ki, şeytanın bu sözlərini təkrarlayırlar. Belə şeytansifət hiyləgərlərdən Allah pənah aparaq!

Bəli, günah insanı tədricən küfrə aparır. İnsanın daxilində yaranmış mübarizəni öz xeyrinə həll etmək üçün şeytan min bir üsula əl atır. İnsanı bu vəziyyətə gətirən isə təkrar-təkrar günaha yol verməsidir. Əbədi əzabdan qorxan insan günahdan qaçır. Günaha getmək küfrə getməkdir. Günaha tələsən insan küfrə tez çatar. Əlbəttə, ola bilər ki, günahkar insan Allahın lütfü ilə hansısa bir nəsihətdən ayılıb tövbə edərək imana qayıtsın.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin