ÅXëlxgghpxn nclplhkxn ncpxl


NƏFSİN İNkİŞAFıNıN AMİLLƏRİ VƏ ONUN QARŞISINI ALAN MANEƏLƏRİ



Yüklə 3,76 Mb.
səhifə12/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   8   9   10   11   12   13   14   15   ...   186

NƏFSİN İNkİŞAFıNıN AMİLLƏRİ VƏ ONUN QARŞISINI ALAN MANEƏLƏRİ


Konkret olaraq qeyd etmək olar ki, nəfsin bəlası günah, xoşbəxtliyi isə Allahı yad etməkdir. “Ənfal” surəsinin 24-cü ayəsində buyurulur: “Ey iman gətirənlər, sizə həyat verəcək şeyə də`vət edən Allahın və peyğəmbərin də`vətini qəbul edin”. Amma bu də`vətlər yalnız diri qəlblərə tə`sir edir. “Yasin” surəsinin 11-ci ayəsində buyurulur: “Sən yalnız o kəsi qorxuda bilərsən ki, qəlbində Allah qorxusu olsun.” Bəli, ruhən diri olmayan insana nəsihətin heç bir tə`siri yoxdur. Allah qorxusu olmayan qəlb ölüdür və peyğəmbərin «nəsihət dəvası» onu dirildə bilməz.

Nəfsin təzkiyəsi o qədər əhəmiyyətlidir ki, Allah bunu bəyan etməkdən ötrü on bir dəfə and içir. Qur`ani-kərimdə heç bir məsələnin bəyanında bu qədər and içilməyib: “And olsun günəşə və onun işığına; and olsun günəşin dalınca getməkdə olan aya; and olsun onu (yeri) cilvələndirən gündüzə; and olsun onu örtən gecəyə; and olsun göyə və onun binasını qoyana; and olsun yerə və onu döşəyənə; and olsun nəfsə və onu nizama salana; sonra da ona xeyrini və zərərini ilham edənə!”1

Ey insan, əgər sən qurtuluş və səadətə nail olmaq istəyirsənsə, bil ki, bu iş yalnız nəfsi tərbiyələndirmək yolu ilə mümkündür. Əvvəlcə onu bəlalardan uzaqlaşdır, sonra isə gücləndir! Nəfsi güclənməsinə səbəb olan ən mühüm amillərdən biri Allahı çox zikr etməkdir. Gün ərzində bir yox, beş dəfə namaz qılmağın vacibliyi təkrar zikrin faydası ilə əlaqəlidir. “Taha” surəsinin 14-cü ayəsində oxuyuruq: “Məni yad etmək üçün namaza dur.” Məqsədə çatmaq istəyən insan üçün Allahı təkrar-təkrar zikr etmək ümumi bir üsuldur. Məsələn, dünya çempionu olmaq istəyən pəhləvan öz arzusu miqdarında məşq edir. Kamilliyə çatmaq istəyən insan da bu sayaq «tər tökməlidir». Qəlbin iştirak etdiyi ibadət və zikr insan nəfsini paklaşdırır. Əlbəttə, qəlbin iştirak etmədiyi dil ibadəti və əyilib-düzəlmələrin heç bir faydası yoxdur.

İnsanı təzkiyə dirildir. Təzkiyə isə Allahı xatırlayıb günahdan uzaqlaşmaqla əldə edilir. Nəfsin tərbiyəsi və ruhun təkamül yolu Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə ixtiyarımızda qoyulmuşdur. Bu yolu tanıyıb məqsədə doğru hərəkət etmək üçün Allahdan yardım alacağımıza ümid edirik.





Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin