ÅXëlxgghpxn nclplhkxn ncpxl


Pis dostlardan uzaqlaşmaq



Yüklə 3,76 Mb.
səhifə122/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   118   119   120   121   122   123   124   125   ...   186
3. Pis dostlardan uzaqlaşmaq

İmanı qorumaqda ən əsas iş pis dostlardan uzaqlaşmaqdır. Xüsusi ilə gənclər çox asanlıqla dostun tə`siri altına düşüb, onun xasiyyətini götürürlər. Valideyn və tərbiyəçi özlərinin himayəsi altında olan cavanlara yaxşı dost seçməyi tövsiyə etməlidirlər. İnsan dostun tə`siri ilə həm behişt, həm də cəhənnəmə gedə bilər. Əgər öz müsbət xüsusiyyətlərimiz haqqında yaxşıca düşünsək, bu xüsusiyyətləri kimdən qazandığımızı yada sala bilərik. İnsanı namaza, məscidə sövq edən də dostdur, əyri yola çəkən də. Yaxşı dost səni məscidə də`vət edən zaman sənin bəhanələrinə baxmadan israr edir. Onun tə`siri altında saleh əməl səndə xasiyyətə çevrilir. Əksinə, pis dost insanda pis adətlər, çirkin xasiyyətlər doğurur. Aparılan sorğular göstərir ki, narkotik maddələrə qurşanmış gənclərin əksəriyyəti bu yola pis dostun təhriki ilə düşmüşlər. Əvvəlcədən yaxşı dost seçmək, eləcə də pis dostdan uzaqlaşmaq çətin deyil amma dostun tə`siri altında pis vərdişlər qazandıqdan sonra bu dostdan asanlıqla ayrılmaq olmur. İnsan dosta öyrəşir və ondan asanlıqla ayrıla bilmir. Dostun danışıq tərzinə, yerişinə, geyiminə və digər xüsusiyyətlərinə adət edən şəxs onun tə`sirindən çıxmaqda çətinlik çəkir. Dostun danışdığı xüsusi lətifələrdən ləzzət alan insan çox vaxt hiss etmir ki, bu lətifələr onu günaha çəkir. Pis dostun verdiyi kitabların, audio və video kasetlərin tə`siri altında azğınlığa düçar olanlar az deyil.

Diqqətli olun! Dost seçərkən onun xüsusiyyət-lərini diqqətlə nəzərdən keçirin. Unutmayın ki, pis dost sizi cəhənnəmə apara bilər. Görün dostun tə`siri altında cəhənnəmə düşənlər nə deyir: “Vay olsun mənə! Ey kaş filan kəsi özümə dost tutmayaydım”.1


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin