ÅXëlxgghpxn nclplhkxn ncpxl


NAMAZ BARƏSİNDƏ OLAN RƏVAYƏTLƏR



Yüklə 3,76 Mb.
səhifə125/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   121   122   123   124   125   126   127   128   ...   186

NAMAZ BARƏSİNDƏ OLAN RƏVAYƏTLƏR


Dini rəvayətlərdə namazın əhəmiyyəti və faydala-rı haqqında kifayət qədər danışılmışdır. Hər birimizin eşitdiyi məşhur bir rəvayətdə İslam Peyğəmbəri (s) buyurur: “Namaz dinin sütunudur”.1 Ərəblər çadır qurarkən onun ortasında qaldırdıqları sütuna “əmud” deyirdilər. “Sütun” kimi tərcümə etdiyimiz söz hədisdə “əmud” kimi işlənilmişdir. Əgər çadırın ortasından əmud götürülərsə, çadır yerə çökər. Hədisdən mə`lum olur ki, əgər namaz hökmü dindən çıxarılarsa bu din məhv olar. Həmin hədisin davamında Həzrət Peyğəmbər (s) buyurur: “Əgər çadırın əmudu möhkəm olarsa, çadır da möhkəm olar. Əmud möhkəm olmazsa, iplər və mıxlar çadırı saxlaya bilməz”.

Həm İmam Baqir (ə) və həm də İmam Sadiqin (ə) buyurduğu bir hədis var: “Qiyamət günündə bəndədən soruşulacaq ilkin şey namazdır. Əgər namaz qəbul olarsa, digər əməllər də qəbul olar, əgər namaz qəbul olmazsa digər əməllər də qəbul olmaz”.2

Digər bir məşhur rəvayətdə İmam Sadiq (ə) buyurur: “Hər kəs namaza yüngül yanaşarsa, bizim şəfaətimizə nail olmaz”.3

Ayə və rəvayətlərdən mə`lum oldu ki, insanı Allaha yaxınlaşdıran ən mühüm əməl namazdır. Hər birimiz gün uzunu dəfələrlə namazda bu sözləri təkrar edirik: “Tələsin ən xeyirli işə”. Təəssüf ki, çoxumuz dediyimiz sözlərin mə`nasına varmırıq bir ömür bu sözləri təkrar edən insan dediyi sözlərə e’tina etmir. Namazda təkrar etdiyimiz “tələsin nicat tapmaq” sözləri barədə düşünürükmü? Bəli, lazımı qədər əhəmiyyət vermədiyimiz namaz insan üçün ən böyük xilas yoludur.

Tarixdə xoşgəlməz münasibətlərlə də qarşıla-şırıq. “Tələsin ən xeyirli işə” cümləsini azan və iqamədən çıxaran ikinci xəlifənin fikirincə bu şüar insanları cihad kimi bir işdən yayındırır. Olduqca yanlış fikirdir. Bəsirət gözü açıq olanlar gözəl bilir ki, insanı cihad səhnəsində canından keçməyə hazır edən məhz namazdır. Namaza biganə insan cihada əsla ciddi yanaşa bilməz.

Hər halda, milyonlarla insan namaz zamanı “tələsin ən xeyirli işə” şüarını təkrarlayırlar. Əsas problem namaza ciddi yanaşmamağımızdadır. Əgər namazda qəlb iştirak etmirsə bu namazın ruhu yoxdur və ruhsuz bir işdən lazımınca faydalanmaq qeyri-insani-mümkündür.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin