ƏN XEYİRLİ ƏMƏL
Nə üçün namaz ən xeyirli əməl hesab olunur? Başqa əməllərlə müqayisədə daha sadə və daha asan olan namaz nə üçün daha əhəmiyyətli hesab olunur? Diqqət etsək görərik ki, cihadla müqayisədə namaz olduqca asandır. Cihadda aclıq, susuzluq, yorğun-luq, yaralanma, hətta ölüm kimi məhrumiyyətlər var. Bununla belə, bir sıra söz və hərəkətdən ibarət olan namaz cihaddan xeyirli bilinir.
Həqiqi ibadət odur ki, insan öz yaradanı qarşısında bütün varlığı ilə təslim olsun. Bizim təkamülümüzə mane olan əsas səbəb Allah qarşısında özümüzü ixtiyar sahibi kimi aparmağımızdır. Biz bunu dilimizlə izhar etməsək də, hərəkətlərimizdə bu yanlış xüsusiyyət özünü göstərir. Biz özümüzü qüdrət, iste`dad, sərvət sahibi kimi aparırıq. Böyük vəzifəyə çatmış insanlarda bu xüsusiyyət özünü daha çox biruzə verir. Elə bu səbəbdən də bə`zən nəfsimizin razılığını Allahın razılığından üstün tuturuq. “Casiyə” surəsinin 29-cu ayəsində buyurulur: “Nəfsini özünə tanrı edən gördün-mü?” Bəli, çoxlarımız Allah pərəstlik əvəzində özünə pərəstişə məşğuluq. Çox az insanları çıxmaq şərti ilə hər birimizdə hansısa dərəcədə özünəpərəstişi müşahidə edirik. “Yusuf” surəsinin 106-cı ayəsində oxuyuruq: “Onların çoxu Allaha şərik qoşmaqla iman gətirmir-lər”. Əksər insanlarda şirk əlaməti var, Allahpərəstlik özünəpərəstişlə çulğaşmışdır.
Namazın əsas fəlsəfəsi budur ki, özünəpərəs-tişliyi bir kənara qoyub bütün varlığımızla Allaha təslim olaq. Bəli, namaz Allah qarşısında təvazökarlıqla dayanmaq üçün vasitədir. Namaz varlığı Allaha təslim etmək üçün tə’lim meydanıdır. “Ən`am” surəsinin 162-ci ayəsində oxuyuruq: “De ki, həqiqətən, namazlarım, ibadət-lərim, diriliyim və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür”. Bəli namaz təslim olma tə’limidir.
İnsan öz varlığını, bütün iste`dad və qüvvələrini Allahın ixtiyarında olduğunu bilərsə namazda hal tapar. Namaz insanda bu halı gücləndirir və onu həm zahiri və həm də batini cəhətdən Allaha qarşı diqqətli edir. Elə bu səbəbdən də insana üzünü qibləyə tutmaq tapşırılır. Namazın əksər hərəkətləri bəndəlik göstəricisidir. Səbrlə qiyam halında durmaq, tə`zim, səcdə hər biri bəndəlik nişanələridir. Namazın əksər sözləri bəndənin öz ağası qarşısında özünün acizliyinin izharından ibarətdir. Namazdakı bütün hərəkətlər və zikrlər Allah qarşısında müt’i olmanı bariz şəkildə izhar edir. Əlbəttə ki, namazın batini keyfiyyətləri də olmalıdır.
Demək, namaza böyük əhəmiyyət verilməsinin sirri yaranış məqsədinin, yə`ni eqoizmin aradan qaldırılması və insanda bəndəlik ruhiyyəsinin yaradılmasında oynadığı mühüm rolla bağlıdır. Allahın həqiqi malikiyyətini və insan vücudunda bəndəliyin izharı üçün namaz ən tə`sirli vasitədir. Belə geniş tutum başqa ibadətlərdə yoxdur. Oruc da ibadətdir. Amma oruc yalnız bir sıra əməl və rəftarların tərkindən ibarətdir. Namazda olan zikrlər, bəndəliyin izharı başqa heç bir ibadətdə yoxdur. Namaz insanın bütün vücudunu bəndəliyə sövq edən kompleks ibadətdir. Bu ibadətdə bədənin əksər üzvləri, eləcə də, düşüncə və qəlb iştirak edir. Sadalanan səbəb-lərə görə namaz “ən xeyirli əməl” hesab olunur.
Dostları ilə paylaş: |