ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə127/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   123   124   125   126   127   128   129   130   ...   186

HALSIZ NAMAZ


Əgər namaz ən xeyirli əməldirsə və insanın mə`nəvi təkamülündə böyük tə`sirə malikdirsə, nə üçün namaz qılan müsəlmanlarda bu tə`sir bir o qədər də müşahidə olunmur? Rəvayətlərdə buyurulur ki, “namaz mö`minin me`racıdır”.1 Nə üçün uzun illər namaz qılmış şəxs bir dəfə də olsa bu me`racı hiss etmir? “Ənkəbut” surəsinin 45-ci ayəsini xatırlayaq: “Namaz (insanları) pis və çirkin işlərdən uzaqlaşdırır”. Bəs nə üçün bir ömür namaz qılan insan yenə də günaha yol verir? Ayə və rəvayətlərdə zikr olunmuş bir çox xüsusiyyətlərin namaz qılanlarda müşahidə edilməməsi sual doğurur.

Cavab budur ki, bizim qıldığımız namaz əsl namazın zahiri formasının oxşarıdır. Çoxumuz yalnız namazın son cümləsində xatırlayırıq ki, namaz qılırmışıq. Çox vaxt yadımıza düşməyən işlər namazda yadımıza düşür və namaz boyu bu işləri götür-qoy edirik. Məsələn, namazdan sonra dərsimiz varsa, namazda dərs mütaliə edirik. Ticarətlə məşğul olanlar namaz zamanı alacaq-ları və verəcəkləri haqqında düşünür. Namaz adlandırdığımız bu əməli namaz hesab etmək olarmı?!

Bəli, bu sayaq namazlardan əslində tövbə etmək lazımdır. Günahlar bir yana dursun, yerinə yetirdiyimiz naqis ibadətlərdən tövbə etməyin yeri var. Əgər bir şəxs fikri tamam başqa yerdə olduğu halda sizə tə`rif və təşəkkür edərsə bu diqqətsizlik sizə xoş gələrmi? Biri ilə danışarkən yan-yörəyə baxıb, başqa şey haqqında düşünmək hörmətsizlik deyilmi? Əgər diqqətsiz-liyi hörmətsizlik hesab ediriksə, qıldığımız namazlar ibadətdir yoxsa istehza?! Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur ki, namazı diqqətsiz qılan şəxs Allahın onu ulağa çevirməyindən qorxmurmu?1

“Allahu əkbər” deyən şəxs şəhadət verir ki, Allahdan böyük olan yoxdur. Dildə bu sözləri deyərkən qəlbdə bir başqasına ümid etməyin mə`nası odur ki, insan üçün Allahdan da böyük kimsə var. Dildə bir söz deyib qəlbdə başqa bir şey fikirləşmək Allahı məsxərə etmək deyilmi? Əgər bir şəxs bizi tə`riflədiyi halda qəlbən tamam başqa münasibətdədirsə və əsl münasibətdən xəbərdarıqsa bu sözləri özümüz üçün məsxərə hesab etmirikmi? Allah namaz qılan şəxsin qəlbindən xəbərdardır. Üzü Allaha, qəlbi isə dünyaya tərəf durmuş insan öz hərəkətindən nə gözləyə bilər? Adi insanla danışarkən diqqətsizliyi qəbahət biliriksə, hansı cür`ətlə namazda diqqətsiz olu-ruq? Doğrudan da belə diqqətsizliklə qılınmış namazlara tövbə etmək lazımdır. “Nisa” surəsinin 43-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Nə dediyinizi başa düşəsiniz deyə məst halda namaz qılmayın”. Məstlikdən ağlı düz işləməyən insanın sözləri puç və mə`nasızdır. Belə insanın tə`rif və təşəkkürünü dəyərli hesab etmək olmaz. Ayədə yalnız şərabdan məst olanlar nəzərdə tutulmur. İstənilən bir səbəbdən qəflət halında olan insana namaza durmamaq tapşırılır. Çünki məst insan nə danışdığını bilmir. Qəflətdə olan insanlar da öz dediklərinə diqqətsiz olurlar. Bəli, namazdan bəhrələnməməyimizin əsl səbəbi həqiqi namaz qılmamağımızdır. Biz sadəcə öhdəmizə düşən vəzifəni yerinə yetirib, qəbr və qiyamət əzabından xilas olmaq istəyirik. Böyük əksəriyyət belə düşünür ki, həqiqi mö`min olmaq üçün təcvid qaydalarına əməl edib, namazı gözəl avazla qılmaq lazımdır. Guya mö`minlik ərəb hərflərini düzgün tələffüz etməkdən ibarət imiş. Hansı ki, namazın zahiri göstəricilərinin onun ruhuna heç bir dəxli yoxdur. İnsanı Allaha yaxınlaşdıran qəlb halətidir. Zahiri gözəllik yalnız batini gözəlliyi tamamlamaq üçündür. Namazın ruhu isə qəlbin iştirakından ibarətdir.

Namaz kimi dəyərli bir gövhər ixtiyarımızda-dır. Namazı lazımınca dəyərləndirməməyimiz təəssüf doğurur. Kamilləşmək istəyənlərin çoxu qapı-qapı düşüb kamillik sirrini axtarırlar. Hansı ki, kamilliyə çatmaq üçün namazdan tə`sirli bir əməl olsaydı, Allah o əməli gizləməzdi. Axı aləmlərə rəhmət olan Qur`ani-kərimdən başqa çarə nə ola bilər? Əgər namazdan tə`sirli bir vasitə olsaydı hökmən Qur`anda bu barədə mə`lumat verilərdi. Nə üçün Həzrət Əli (ə) namaza daha çox əhəmiyyət verirdi? Yoxsa o nədənsə xəbərsiz idi? Həzrət (ə) gündə min rək`ət namaz qılırdı. Əgər namazdan tə`sirli ikinci bir əməl var idisə, nə üçün müttəqilər ağası Əli (ə) məhz namaza bu qədər vaxt sərf edirdi? Həzrət (ə) yol gedərkən, şum vurarkən, quyu qazarkən Allahın zikrindən ayrılmazdı. Vacib namazda olan bir çox şərtlər müstəhəb namazda yoxdur. Mümkündür ki, Həzrət Əli (ə) gün uzunu müstəhəb namazlardan ayrılma-mışdır. Müəllif özü böyük alimlərin yol gedərkən namaz qılmasının şahidi olub. Mərhum Əllamə Təbatəbai yol boyu nafilə namazlarını qılardı. Mərhum Şeyx Qulamriza evdən məscidə, məsciddən evə yol boyu müstəhəb namaza məşğul olardı.

Xülasə, əgər namazın əhəmiyyətini bilsəydik, namaza ciddi yanaşar və onun faydalarından məh-rum olmazdıq. Həqiqi namazqılanlar bu ibadətin dünya və axirət faydalarını gözəl tanıyır.

Pərvərdigara, bizi həqiqi namazqılanlardan buyur.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin