ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə134/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   130   131   132   133   134   135   136   137   ...   186

GÖZƏ GÖRÜNMƏZ RİYA


Xalis ibadət o qədər dəyərlidir ki, bə`zən mələklər də onun qiymətini tə`yin edə bilmirlər. Amma əməlin niyyəti xalis deyilsə, bu əməl zəhərli qida tək öldürücüdür. İslam hökümlərinə görə bir damla qan bir qab şərbəti murdarlayır. İbadət də belədir. Bir damla riya min bir zəhmətlə yerinə yetirilmiş ibadəti puça çıxarır. Allah mələklərə göstəriş verir ki, bu əməli sahibinə qaytarın. Ona görə də ibadətin düzlüyündən əlavə, onun niyyətinin xalisliyinə də diqqətli olmaq lazımdır. Bu məsləyə biganəlik göstərsək ömrümüzün sonunda ibadət baxımından əliboş qala bilərik.

Həzrət Peyğəmbər (s) bir rəvayətdə riyanı şirk adlandırdıqdan sonra belə buyurur: “Şirk qaran-lıq gecənin dərinliyində qara daş üzərində olan qarışqadan da məxfidir”.1 İslam Peyğəmbəri (s) şirki elə bir şeylə müqayisə edir ki, bunun nə səsi eşidilər, nə də özü görünər. İnsanın qəlbindəki şirk bundan da məxfidir. Riya da şirkin bir növü olduğundan insan bə`zən özündəki riyakarlığı hiss etmir. İnsan həm Allahdan istəməli, həm də özü çalışmalıdır ki, etdiyi ibadətdə şirk və riya olmasın.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin