ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə138/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   134   135   136   137   138   139   140   141   ...   186

NİYYƏTİN NÖVLƏRİ


İbadətdə niyyətin bir mə`nası da budur ki, insan əməl zamanı bu əməlin ilahi mahiyyətinə diqqət yetirsin. Bəs necə ola bilər ki, müəyyən bir əməl niyyətsiz yerinə yetirilsin? Əlbəttə, normal insan niyyətsiz iş görmür. Amma müəyyən hallarda insanın fikri yayına bilər. Məsələn, yuxulu insan gördüyü işə bir o qədər də fikir vermir. Bu halda qılınan namazı da düzgün saymaq olmaz. Çünki yuxulu insan hansı niyyətlə iş gördüyündən xəbərsiz olur. Niyyətsiz namaz isə batildir.

İnsan dünyəvi məqsədlərinə çatmaq üçün də ibadət edə bilər. Peyğəmbər dövründəki münafiq-lər məhz bu niyyətlə namaz qılırdılar. Onlar öz canlarını, mallarını qorumaq üçün dinin zahiri hökümlərini yerinə yetirirdilər. Əlbəttə ki, bu məqsədlə qılınan namazlar batil olur.

Aydın olur ki, hər hansı bir işdə insanın niyyəti fayda götürmək və zərərdən qaçmaqdır. Amma fayda və zərəri hərə bir şeydə görür. Bəşəriyyətin bir hissəsi dini faydalı hesab edirsə, digər bir hissəsi zərərli olmasından danışır. Deməli, insanları firqələrə bölən də onların xeyir və şər barəsində yürütdükləri nəzəriyyələrdir. Amma insan nəyin xeyir, nəyin şər olduğunu Allahdan öyrənməlidir. Allahın buyuruqları isə yalnız iman gətirənlər üçün əhəmiyyət daşıyır. Demək, mö`minlər ibadəti faydalı bilir və bu istiqamətdə çalışırlar. Əlbəttə ki, bu istiqamətdə də niyyətlər fərqlənir. Bə`ziləri ibadət edərkən axirət dünyasını fikirləşirlərsə, bir başqaları ibadət vasitəsi ilə dünya səadətinə çatmaq istəyirlər. Namaz qılmaqla bərəkətə, sədəqə verməklə bəladan uzaqlaşmağa çalışanlar var. Beləcə, əksər namaz qılanlar Allahın əmrinə itaət etməklə yanaşı behişt arzusunda olur, cəhənnəm əzabından nicat tapmaq istəyirlər. Əgər cəhənnəm olmasaydı, şəksiz ki, çoxları namaz qılmazdı. Qur`ani-kərimdə buyurulur: “Vay olsun öz namazından qəflətdə olan namaz qılanlara”1; “Günahkar-lardan soruşarlar ki, sizi oda salan nə oldu? Cavab verər ki, biz namaz qılanlardan deyildik”.2 Bu ayələr insanı namaza sövq edir. Bəli, Allahın əzabı olmasaydı, çoxları namazdan çəkinərdi. Görən, bu niyyətlə qılınan namaz qəbuldurmu?

Bə`ziləri isə behişt ne`mətlərinə görə namaz qılır. Onlar bilirlər ki, Allah–təala Ona ibadət edən bəndələri üçün misilsiz ne`mətlər hazırlamışdır. Onlar bu ne`mətlərdən məhrum olmamaq üçün namaz qılırlar. Bu sayaq ibadəti düzgün saymaq olarmı? Sadalanan bu məqsədlər namazın niyyətinə tə`sir etmirmi?

Əlbəttə övliyaların ibadəti adi insanların ibadətindən fərqlənir. Övliyalar Allaha behişt və cəhənnəmə görə yox, Onu ibadətə layiq bildikləri üçün ibadət edirlər. Mə`sumlar (ə) Allaha belə dua edirlər: “Pərvərdigara, başımı-za bəla yağdırsan da Sənə ibadətdən əl çəkməyəcəyik!” Biz də Allahdan istəməliyik ki, bu sayaq ibadəti bizə də nəsib etsin.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin