ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə14/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   10   11   12   13   14   15   16   17   ...   186

NƏFSİN TƏkAMÜLÜ


Nə qədər ki insan özü nəfsin təkamül mərhələsinə çatmayıb bu işin həqiqi mə`nasını dərk edə bilməz. Anadan kor doğulmuş insana bir ömür rənglərdən danışsaq da heç nə anlada bilmərik. İnsana bir şeyi anlatmaq üçün o insanın idrakında zəif də olsa nümunə olmalıdır. Bu nümunə olmadan deyiləni təsəvvür etmək mümkün deyil. Nəfsin kamalını “dad-mamış”, ona “toxunmamış” insan nəfsin təkamülünü anlamaqda acizdir. İnsana tanımadığı bir meyvəni tə`rif edəndə həmin şəxs bu meyvənin turş və ya şirin olması barədə sual verir. Onun təsəvvüründə “turş” və “şirin” anlayışları olduğundan bu anlayışlar vasitəsi ilə deyiləni dərk etmək istəyir. Bəs bu dadlardan xəbərsiz olan insana danışmağa dəyərmi?! Bütün bu ləzzətlərdən xəbərsiz insana mə`lumat verməklə təşviq etmək olar. Nəfsin kamilliyini anlatmaqda ayə və hədislər bu işi görür.

Bəli, adi insanlar üçün ibadət və duanın ləzzəti anlaşılmazdır. Amma bu ləzzəti cüz`i də olsa dadanlar “Xəmsi-əşərə” duasında zikr olunduğu kimi belə deyəcək: “İlahi, Sənin zikrinin ləzzətindən başqa olan bütün ləzzətlərdən tövbə edirəm.”

Əlbəttə ki, ləzzət ümumi məfhumdur və onun müxtəlif nümunələri vardır. Biz ləzzət məfhumunu anlasaq da onun bə`zi nümunələrindən xəbərsizik. Bir çox insanlar Allahla ünsiyyətin ləzzətindən tam xəbərsizdir. Belələrinə ləzzət məfhumunu anlatmaq olmasa da bu ləzzətin dəyərini izah edib təşviq etmək mümkündür. Hər bir insanın nəzərinə çatdırılmalıdır ki, cismani ləzzətlərdən daha üstün ruhani ləzzətlər vardır. Qur`ani-kərimdə insanları behişt ne`mətlərinə çatmaq üçün təşviq edərkən bu üsullardan istifadə olunur. Məsələn, insanlar dünyadakı şərabdan xəbərdar olduğu üçün Qur`an buyurur: «Təqvalılara və`də verilən rəngi və qoxusu dəyişməyən sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və baldan arxlar...»1 Dünyadakı şərab insanın əqlini başından çıxarıb onu dərdə düçar etdiyi halda, behişt şərabı tamamilə zərərsizdir. “Vaqiə” surəsinin 19-cu ayəsində oxuyuruq: “Onu içəndə başları ağrımaz və ağılları azalmaz.” Əgər dünyadakı süd və bal bir müddətdən sonra dadını dəyişirsə, behiştdəki bal və süd heç zaman tamını itirmir. Qur`an insanlara tanış mə`nalardan istifadə etməklə onları axirət həyatına həvəsləndirir.

ALLAHA YAXıNLıQ


“Allaha yaxınlıq” ifadəsinin mə’nasını daha aydın dərk etmək üçün bə`zi maddi və hissi anlayışlardan istifadə etmək olar. Yaxınlıq iki mə`nada işlənir. Birinci mə`naya qaşla gözün yaxınlığını misal göstərmək olar. İkinci mə`naya misal olaraq isə biri Kərbəla, digəri Məşhəddə yaşayan iki dostun qəlbən yaxınlığını göstərə bilərik. Əgər birinci mə`nada məkan yaxınlığı nəzərdə tutulursa, ikinci mə`nada mə`nəvi yaxınlıqdan söhbət gedir.

İnsan böyük şəxsiyyələrlə mə`nəvi yaxınlıqdan zövq alır. Məsələn, ölkə başçısı televiziya vasitəsi ilə hər hansı qəsəbə əhlinə öz məhəbbətini bildirirsə həmin bu qəsəbə əhli bundan mə’nəvi yaxınlıq hissi keçirərək qürur duyur. Amma elə insanlar da var ki, onlar yalnız Allahla yaxınlıqdan ləzzət duyurlar. Necə ola bilər ki, gec-tez torpaq əsiri olacaq insanla yaxınlıqdan ləzzət alan şəxs varlıq aləmini bir “ol” deməklə ən gözəl şəkildə yaratmış mərhəmətli Allahla ünsiyyətdən ləzzət duymasın?! Əsl iftixar bəşəriyyətin səadətini tə`min etmək qüdrətində olan böyük Yaradana yaxın olmaqdır. Həqiqi səadət odur ki, qüdrətli mə`bud insana nəzər salıb onu öz mərhəmətinə qərq etsin.

Tövhid maarifinin mehvəri Allaha yaxın-lıqdır. Bütün peyğəmbərlərin tə`limləri bu mehvər ətrafında toplanmışdır. Hətta bütpərəs-tlər də Allahla yaxınlığa can atmışlar. “Zumər” surəsinin 3-cü ayəsində buyurulur: “Biz bütlərə yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik.” Ayə Məkkə müşriklərinin dilindən deyilir. Demək, hətta yolunu azanlar da bu yaxınlığa can atır. Həzrət Əli (ə) buyurur: “Görmədiyim Allaha ibadət etməzdim.”1 Əlbəttə, söhbət adi göz yox, bəsirət gözü ilə görməkdən gedir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də bu məsələyə toxunur: “Gözlər Onu aşkar dərk etməz, amma qəlblər Onu iman həqiqəti vasitəsi ilə anlayar.”


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin