ÅXëlxgghpxn nclplhkxn ncpxl


NİYYƏTİN TƏDRİCƏN SAFLAŞDIRILMASI



Yüklə 3,76 Mb.
səhifə141/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   137   138   139   140   141   142   143   144   ...   186

NİYYƏTİN TƏDRİCƏN SAFLAŞDIRILMASI


Müxtəlif qavrayış səviyyələrinə malik olan insanlar üçün niyyətin müxtəlif mərtəbələrinin olması bəyan olundu. Hər bir şəxs aşağı mərtəbədən başlayıb tədricən yuxarı mərtəbələrə qalxmalıdır. İlkin mərtəbə cəhənnəm qorxusudur. Mə`sum İmamların (ə) bir çox münacatları bu ruhiyyədədir. İmam Səccad (ə) belə dua edir: “Əgər bu halda qəbrə qoyulsam, məndən pis vəziyyətdə olan tanılarmı? Axı bu qəbri yatmaq üçün hazırlama-mış, ora saleh əməldən xalı döşəməmişəm! Başıma gələcək işləri bilmirəmsə, necə ağlamayım?! Nə üçün ağlamayım? Bədənimdən ruhun çıxması, qəbrimin qaranlığına görə ağlayıram. Nəkir və Münkərin sual verəcəyi anın qorxusun-dan ağlayıram. Məhşərdə qəbirdən üryan çıxacağım, günah yükümün ağırlıq edəcəyi saata görə ağlayıram!”

Əgər insan qəbirdən, qiyamətdən, əzablardan həqiqətən qorxarsa, daim Allahı xatırlayar, günaha yol verməz. Qur`ani-kərimdə bu əzablar təkrar–təkrar insana xatırladılır: “Onu tutub bağlayın, sonra cəhənnəmə atın, sonra onu uzunluğu yetmiş zər` olan zəncirlə bağlayın!”1 Odun istisindən təşnə olana içməyə nə verilir? “...Ona irinli sudan içirdiləcəkdir”.2

Biz bu məsələlərə ciddi yanaşmalı, bu barədə ətraflı düşünməliyik. “Biharul-ənvar”ın 8-ci cildində nəql olunmuş bir rəvayətə görə cəhənnəm içkisindən bir damla bu dünyaya düşərsə, onun üfunətindən bütün canlılar məhv olar. Əksinə, behişt içkilərindən bir damlası dünya sularına qatılsa, bütün sular ətirli olar. İnsan dünya əzablarını yox, axirət əzablarını daim düşün-məli və axirət qorxusunun insana göstərdiyi tə’sirindən faydalanmalıdır.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin