ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə143/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   139   140   141   142   143   144   145   146   ...   186

İyİrmİ yeddİncİ dərs:

Namaz ruhİyyəsİ axtarışında (1)

HƏQİQİ NAMAZ


Son söhbətimiz namaz haqqında oldu. İslam mənbələrindən mə`lum oldu ki, Allaha yaxınlaşmaq üçün ən mühüm əməl namazdır. Həqiqi namazın səciyyəvi xüsusiyyətləri sadalandı. Bəli, hər gün beş dəfə azan və iqamədə təkrar etdiyimiz kimi, namaz ən xeyirli əməldir. “Namaz mö`minin me`racıdır”.

Təəssüf ki, qılıdığımız namazlardan lazımın-ca bəhrələnə bilmirik. Çoxlarımız namazdan ləzzət duymur, özümüzdə namazın tə`sirini hiss etmirik. Namaz, adətən, bizə ağır, çətin gəlir. Namazı qılıb qurtardıqda sanki çiynimizdən ağır bir yük götürülür. Ən uzağı on dəqiqə davam edən namaz bizim üçün sanki uzun saatlara başa gəlir. Namazı qurtaranda qəfəsdən azadlığa çıxmış quş tək rahatlanırıq. Namazın son cümləsini deyib qurtaran kimi tələsik dünya işlərinin ardınca qaçırıq. “Bəqərə” surəsinin 45–ci ayəsində buyurulur: “Doğrudan da Allahdan qorxanlar istisna olmaqla, namaz hamı üçün çətindir”. Sözsüz ki, dəyərsiz də olsa, namaz qılmaq qılmamaqdan üstündür. İnsan məs`uliyyət hiss edərək günün müəyyən vaxtını Allah hüzurunda namaz üçün dayanırsa, bu böyük işdir. Amma insan bilməlidir ki, qaydasınca qılınan namaz ən xeyirli əməldir. Həqiqi namazla bizim namazımız arasında olduqca böyük fərq var. Namazın faydalarından məhrum olmağımızın əsas səbəbi onun zahiri ilə kifayətlənib, ruhundan xəbərsiz qalmağımızdır. Əgər namaz qılan dediyi sözlərin, etdiyi hərəkətlərin mahiyyətinə varmırsa, namaz-dan ləzzət duya bilməz. Kor-koranə icra olunan namaz me`rac hesab edilə bilməz. Bəli, bir sıra sözlərin və hərəkətlərin nümayişindən ibarət olan bir əməl həqiqi namaz deyil.

Namazın uzun çəkməsi vacib deyil. Qəlbin iştirakı ilə qılınan qısa namaz mö`cüzələr yarada bilər. İnsan belə namazın tə`sirini özündə hökmən hiss edir. Məhz belə namaz haqqında buyurulur: “Doğrudan da namaz insanı pis və çirkin işlərdən uzaqlaşdırır”.1 Amma buna baxmayaraq, bir çoxları məsciddən çıxan kimi günah ardınca qaçır. Bəli, ruhsuz namaz insanı haramdan çəkindirmək iqtidarında deyil. Həqiqi namazqılan şəxs qeybətdən, yalandan, böhtandan və bir sıra başqa çirkin sifətlərdən uzaqdır. İslam Peyğəmbəri (s) buyurur: “Beş vaxt namaz qılan kəs evinin qarşısında axan çayda gündə beş dəfə yuyunan adam kimidir. Onda bir çirkinlik qalarmı?”2 Amma biz beş vaxt namaz qılsaq da çirkin sifətlərdən uzaqlaşa bilmirik. Çünki bizim qıldığımız namaz əsl namaz deyil!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin