İyİrmİ doqquzuncu dərs: İtaətkarların namazı İTAƏTKARLIQ (XÜŞU) HƏQİQİ NAMAZA APARAN YOLDUR
Qeyd etdik ki, bizim qıldığımız namaz İslam dinində tələb olunan namazdan çox fərqlənir. Qıldığımız namazların əsas nöqsanı namazda qəlbimizin iştirak etməməsidir. Tələb olunan sözləri zikr edib, hərəkətləri yerinə yetirsək də, fikrimiz tamam başqa yerdə olur.
Namazda qəlbin iştirakına nail olmaq üçün Qur`ani–kərim ayələrindən, rəvayətlərdən və əxlaq alimlərinin buyuruqlarından faydalanmaq lazım gəlir. Bu göstərişlərdən istifadə edənlər namaz-dakı ruhiyyələrini dəyişib, övliyalara oxşaya bilərlər.
Namazın ruhunu dirçəltmək üçün Qur`ani-kərimin tə`kid etdiyi “xüşu” adlı xüsusiyyətinə yiyələnməliyik. “Mu`minun” surəsinin 1-2-ci ayələrində buyurulur: “Doğrudan da, mö`minlər nicat tapdılar. O mö`minlər ki, namazlarını xüşu ilə qılarlar.” “Bəqərə” surəsinin 45-ci ayəsində oxuyuruq: “Səbr və namazdan kömək alın. Doğrudan da, bu iş xüşu əhli istisna olmaqla hamıya ağır gəlir”.
Dostları ilə paylaş: |