ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə156/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   152   153   154   155   156   157   158   159   ...   186

“XÜŞU” NƏDİR?


“Xüşu” sözünü tam mə`nasında tərcümə etmək çətindir. Bu söz “özünü sındırma”, “təvazö”, bir sözlə, “itaətkarlıq” mə`nasını bildirir.

“Taha” surəsinin 108-ci ayəsində buyurulur: “Bütün səs-sədalar Rəhman (Allah) qarşısında xüşu halını alar, pıçıltıdan başqa bir səs eşitməssən.” Əksər tərcümələrdə bu söz “kəsilər” kimi göstərilir. Əlbəttə ki, burada daha dərin mə`na var. Qiyamət günü heybət və əzəməti zühur etmiş Allah qarşısında səslərdə ucalmaq gücü olmaz. Bir növ səs itaətkar hala düşər.

“Ğaşiyə” surəsinin 2-ci ayəsində oxuyuruq: “O gün bir çox üzlər xüşu halını alar”. Əlbəttə ki, qiyamət günü üzlər də əvvəlki halında qalmayacaq. Bə`zi tərcümələrdə “üzlər zəlil görkəm alacaq” buyurulur.

Əgər “xüşu” sözünün hansı halı ifadə etdiyini bilmək istəsək nəzərə almalıyıq ki, bu hal sün`i bir hal deyil əgər insan öz çöhrəsinə və səsinə itaətkar görkəm vermək istəsə, bu halı həqiqi xüşu hesab etmək olmaz. Həqiqi xüşu qəlbdən gəlir. Əvvəlcə qəlb itaətə gəlməli, sonra bu hal ə`zalarda görünməlidir. “Hədid” surəsinin 16-cı ayəsini yada salaq: “İman gətirənlər üçün o an yetmədimi ki, Allahı və həqiqəti xatırlamaq-la qəlbləri xüşu halını alsın?”



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin