Dördüncü tə`sirli amil Allahın “camal sifətlərinə” diqqət yetirməkdir. Bu eşq və məhəb-bət yoludur. Allahın camal sifətləri haqqında düşünən insan Onun qarşısında itaətkarlığı özünə borc bilir. İnsan anlayır ki, yalnız Allah həqiqi məhəbbətə layiqdir və Ona yaxınlaşmaq üçün sə`y göstərir. İlahi məhəbbəti qazanmaq Allahın camal sifətlərini dərk etmədən mümkün deyil. Bu məhəbbəti dadan insan vüsala can atır və namaza öz məhbubu ilə görüş kimi baxır. Bu görüşə həvəs Allaha məhəbbətin dərəcəsindən asılıdır. Məhəbbət isə öz növbəsində camal sifətlərini tanıma dərəcəsindən asılıdır. İnsan namazda öz məhbubunu zahir gözü ilə görməsə də, bütün vücudunu eşq alovu bürüyür.
Məhəbbət və onun mə`rifətdən asılılığı çox geniş mövzudur. Biz bir neçə nöqtəyə toxunmaqla kifayətlənirik.