MƏHƏBBƏTlƏ XÜŞUNUN ƏLAQƏSİ
Məhbubundan uzaq düşmüş insan daim nigarandır. Bu nigarançılıq o zaman zirvə həd-dinə çatır ki, məhbubunu görə bilməyən insan bu məhbubun onu gördüyünü hiss edir. Buna oxşar halla “Nüdbə” duasında rastlaşa bilərik. Orada İmam Zamana (ə) müraciətlə belə deyilir: “Hamını görüb, Səni görə bilməməyim mənə çətin gəlir”. İmam Zaman (ə) elə məhbubdur ki, aşiqləri onu görə bilməsə də, o Həzrət (ə) öz aşiqlərini daim görür və eşidir. Bütün həftəni dünya işlərinə məşğul olub, yalnız cümə günü səhər çağı “Nüdbə” duası ilə İmam Zamana (ə) müraciət edən kəs öz həmsöhbətinə qarşı böyük sevgi duyur. “Ərəfə” duasında Həzrət Hüseyn (ə) öz Allahına belə ərz edir: “Kor olsun o gözlər ki, Səni qarşısında görmür!”
İnsanın namazda Allaha diqqət yetirmək olmaq imkanı var. İnsan ən üstün, ən gözəl dost qarşısında durduğunu unutmamalıdır.
Biz İmam Zamanı (ə) nə üçün sevirik? Cavab sadədir: çünki Həzrət (ə) əsl bəndə, əsl kamil insandır. İstər İmam Zaman (ə), istərsə də digər övliyalar, hər biri Allahın müqəddəs zatının camalından bir cilvədir. Onların hər biri o qədər sevimlidir ki, insan bir an görüş üçün canını belə fəda etməyə hazırdır. Əgər övliyalar bu qədər sevimlidirlərsə, görün onların yaradanı necə olar?! Əgər övliyaların məhəbbəti insanı bir belə təlatümə gətirirsə, görün yaradanın məhəbbətində hansı tə`sirlər var?!
Əvvəlcə, Allahı yaxşı tanıyıb, Ona münasibət-də mə`rifətimizi artırmalıyıq. Allahı daha yax-şı tanıdıqca Ona olan məhəbbət də güclənəsidir. Qəlbində ilahi məhəbbət möhkəmlənmiş insan Onunla görüşə can atır. Belə mö`minlər namaza durduqda qəlbləri xaşe, müt`i olur. Bəs bu halı necə əldə edək?
Dostları ilə paylaş: |