ÅXëlxgghpxn nclplhkxn ncpxl


İLAHİ MƏQAMA ÇATMAQDA BƏNDƏLİYİN ROLU



Yüklə 3,76 Mb.
səhifə22/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   18   19   20   21   22   23   24   25   ...   186

İLAHİ MƏQAMA ÇATMAQDA BƏNDƏLİYİN ROLU


Maraqlıdır ki, qeyd olunan məqama hansı yolla çatmaq olar? Ayə və rəvayətlərdən məlum olur ki, insan bu məqama yalnız ibadət yolu ilə çata bilər: “Cin və insanları Mənə ibadət etməklərindən ötrü yaratdım.”1 İnsan Allahın nəzərdə tutduğu ibadət vasitəsi ilə məqama nail ola bilər. Ayədə kamillik üçün ikinci yol göstərilməyib. Amma nəzərə almaq lazımdır ki, ayədə işlədilmiş ibadət kəlməsi fiqh elmində nəzərədə tutulmuş ibadətdən fərqlənir. Ayədə elə bir ibadətdən danışılır ki, bu ibadət Allahın razılığını qazanmaq məqsədi ilə görülmüş bütün işləri özündə birləşdirir. “Yasin” surəsinin 60-61-ci ayələində oxuyuruq: “Ey Adəm övladı, Məgər sizdən əhd almadımmı ki, şeytana ibadət etməyəsiniz? Axı o sizin açıq-aşkar düşmə-ninizdir! Mənə ibadət edin, doğru yol budur!” Bir sözlə, insan yalnız bir yolla kamala yetişə bilər və bu yol Allaha ibadətdir. Allaha ibadət sayılmayan bütün başqa işlər şeytana itaət hesab olunur. “Zariyat” surəsinin 56-cı ayəsində işlə-dilmiş “yalnız” kəlməsi bir daha göstərir ki, bəşəriyyət üçün hədəf və bu hədəfə aparan yol birdir.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin