BƏNDƏLİK BUXOV DEYİL
İslam tə`limlərinə əsasən, bəndəlik buxov və məhdudiyyət demək deyil. Bəndəlik o deyil ki, insanın heç bir şəxsi nəzəri olmasın. Bəndəliyin müxtəlif mərtəbələri vardır. Həzrət Əli (ə) buyurur: “İbadət üç növdür: qulların ibadəti, tacirlərin ibadəti, azad insanların ibadəti. Bir qrup insan Allaha cəhənnəm əzabı qorxusundan ibadət edirlər—bu, qulların ibadəti-dir. Digər bir qrup Allaha behişt tamahı ilə ibadət edir—bu, tacirlərin ibadətidir. Bir qrup da var ki, Allaha pərəstişə layiq olduğu üçün ibadət edir—bu, azadların ibadətidir.”
İslam bu ibadətlərin heç birini rədd etmir. Əsas məsələ Allahın iradəsinə tabe olmaqdır. Əlbəttə ki, əsl bəndə Allahı ibadətə layiq bilərək azadanə ibadət etməlidir. Bir hədisdə buyurulduğu kimi, Allaha cəhənnəm qorxusu və behişt tamahı ilə yox, Onu ibadətə layiq bilərək pərəstiş etmək lazımdır. Belə abid əsl aşiqdir. Onu Allah qarşısında vadar edən mə`rifət və məhəbbətdir. Belə insan Allaha tərəf bir addım atdıqda, Allah ona on addım yaxınlaşır. Belə bəndə gecənin qaranlığı və gündüzün işığında Allahla ünsiyyətdən ayrılmır.
Dostları ilə paylaş: |