ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə28/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   24   25   26   27   28   29   30   31   ...   186

ƏN DƏRİN SÜBUT


Əgər kamilliyin zirvə nöqtəsi hər şeyi Allahdan bilməkdirsə, süqutun son nöqtəsi insanın hər şeyi özündən bilməsidir. Yə`ni kamil insan üçün Allahın iradə və istəyi hər şeydən üstündürsə, naqis insan üçün hər şeydən üstün öz şəxsi iradə və istəyidir. Naqis insan hamını özünə tabe etməyə çalışır. O belə bir əqidədədir ki, kimsəyə təslim olmamalı, kimsənin sözünü dinləməməlidir. Bəli, hər addımda öz acizliyini görən insan elə bir həddə alçala bilər ki, bilərəkdən və ya bilməyərəkdən öz acizliyini inkar edər. Bəli, insan bə`zən günəşlə üzbəüz durduğu halda gözlərini yumub onu inkar edir. Hər an Allahın mərhəmətinə şahid olan bəndənin Onu inkar etməsi mümkündür. Bu nahaq inkarın əsl səbəbi eqoizm, özünəpərəstişdir. Əlbəttə ki, özünəpərəstişin də mərtəbələri vardır. Bu çirkin sifətin son həddinə alçalmış insan özünü Allah hesab edir. Nəfsinə uymuş Fir`on dedi: “Sizin ən böyük rəbbiniz mənəm.”1 Həzrət Musa (ə) Fir`onun yanına gedib ona Allaha iman gətirməyə də`vət edəndə Fir`on Allahın kimliyi və harada olduğu və Musanın peyğəmbərliyi barədə sual verdi. Musa (ə) buyurdu ki, Allah mənə mö`cüzələr verib. Sonra mö`cüzəli əsa və işıqlı əlini Fir`ona göstərdi. Əsanın əjdahaya çevrildiyini görən Fir`on dəhşətə gəldi və Musadan düşünmək üçün möhlət istədi. Sonra həqiqəti axtarırmış kimi uca bir bürc tikdirib həmin bürcdən səmada Allahı axtarmağa başladı. “Ğafir” surəsinin 36-37 surəsində oxuyuruq: “Ey Haman (vəzir), mənim üçün üstü açıq bir qəsr tik, bəlkə, o yollara yetişəm; göylərin yoluna və Musanın Allahına tərəf boylanıb baxam. Doğrusu, mən onu çox yalançı zənn edirəm.” Fir`on Allahı göydə axtarsa da tapa bilmədi və üzünü camaata tutub “özümdən başqa Allah tanımıram” dedi. Həzrət Musa (ə) Fir`ona xitabən buyurdu: “Yə`qin ki, sən bunların göylərin və yerin Rəbbi tərəfindən nazil olduğunu bilirsən.”1 Ayə diqqəti bu nöqtəyə yönəldir: Fir`on əmin idi ki, Allah var və Musa bir Allahın elçisidir. Bununla belə, həqiqəti inkar edir, Musanı yalançı adlandırırdı. Deyilənlər insanın nə dərəcədə alçala bildiyinə bir sübutdur. Bəli, insan həqiqəti bildiyi halda, öünəpərəstiş ucbatından bu həqiqəti inkar edə bilər. Əlbəttə ki, gözünü yummaqla günəşi inkar edənlər çox deyil. Amma Qur`an bildirir ki, belələri var və gələcəkdə Fir`ondan da artıq alçalanlar ola bilər.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin