YEDDİNcİ DƏRS: İNSANİ ŞƏXSİYYƏT AXTARIŞINDA QƏFLƏT İNSANLIĞA ZİDDİR
Əvvəlki mövzularda qeyd etmişdik ki, insan özünü tərbiyələndirməkdə azaddır və ağac kimi bağbana möhtac deyil. Eyni zamanda insan tərbiyə yolunu özü seçir.
Fəlsəfədə sübut edilib ki, ixtiyari hərəkətin əsasını elm və agahlıq təşkil edir. Azad insan düşüncəsində təsəvvür və müəyyən olunmuş işi görür. Deməli, tərbiyə də elm və agahlıqdan asılıdır. İnsanın tərbiyə haqqında təsəvvürü yoxdursa onun tərbiyələnməsi də qeyri-mümkündür. Allaha yaxınlığa doğru təkamül fəaliyyətinə başlamaq üçün ilkin şərt agahlıq və bu işdə ilkin düşmən agahlığın ziddi olan qəflətdir. Qafil insan nəinki öz ilahi məqamından, hətta coğrafi mövqeyindən də xəbərsizdir. Məhz bu səbəbdən Qur`ani-kərim insanın bir çox məhru-miyyətlərinin səbəbini onun qəfləti ilə əlaqədar olmasını bildirir. “Ə`raf” surəsinin 179-cu ayəsində buyurulur: “Şübhəsiz ki, biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, amma anlamaz, gözləri var, amma görməz, qulaqları var, amma eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardır.” Ayədən göründüyü kimi, çoxlarının cəhənnəmə vasil olmasının üç xas səbəbi var: qəlbləri olduğu halda həqiqəti anlamırlar, göz-ləri olduğu halda həqiqəti görmürlər, qulaqları olduğu halda həqiqəti eşitmirlər. İslam dinində qəlb, göz və qulaq agahlıq, tanıma, mə`rifət vasitəsi hesab olunur. Demək, insanın bədbəxt-çiliyinin ən mühüm səbəblərindən biri bu vasitələrdən düzgün istifadə edilməməsidir. Bu duyğu üzvləri hər bir heyvanda da var. Sadəcə olaraq heyvani istəklər yolunda istifadə olunur. İnsanı heyvandan fərqləndirən onun daxilindəki kamillik meylidir. Əgər insan da heyvan kimi həmin üç alətdən kamillik yox, nəfsani istək-lərinə çatmaq üçün istifadə edərsə heyvandan heç bir fərqi olmaz. Belə insan, bəlkə, heyvandan da pisdir. Çünki onun əql kimi daxili peyğəmbəri var.
Dostları ilə paylaş: |