ÅXëlxgghpxn nclplhkxn ncpxl


ŞƏXSİYYƏT SAHİBİ OLMAQDA AXİRƏT İNANcININ ROLU



Yüklə 3,76 Mb.
səhifə36/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   32   33   34   35   36   37   38   39   ...   186

ŞƏXSİYYƏT SAHİBİ OLMAQDA AXİRƏT İNANcININ ROLU


Həyatı yalnız maddi və heyvani istəklərin tə`min edilməsindən ibarət olmasını hesab edən insan yalnız həmin məsələlərə diqqət göstərir və öz insani şəxsiyyətindən qəflətdə qalır. Hansı ki, insanı heyvandan fərqləndirən ondakı ilahi ruhun mövcudluğudur. Bu ruha əhəmiyyət verən insan heyvanlıqdan uzaqlaşır. İnsan öz şəxsiyyətini anlamaq üçün daxilindəki ilahi yönümü araşdırmalıdır. Həzrət Əli (ə) buyurmuşdur: “Allah rəhmət etsin haradan gəldi-yini, harada olduğunu və haraya gedəcəyini bilən insana.”2 Bu üç suala cavab tapan insan özünü dərk edər. Əslində bu sualların cavabı dinin əsasını üsulid-din təşkil edir: tövhid, nübüvvət və məad.

Din insanın səadətini tə`min etmək üçün göndərilmişdir. Xoşbəxt olmaq istəyən kəs həmin suallara cavab tapmalıdır. Allahla rabitəsi olmayan insan özünü tanıya bilməz. Əslində insanlıq Allahın fe`li, Allahdan asılılıq, vücudən Ona bağlılıq deməkdir. Əlbəttə ki, bu məsələləri dərk etmək üçün dərin fəlsəfi mövzu-ları araşdırmaq lazım gəlir. Allahı tanıdıqdan, Onun fe`li olduğumuzu bildikdən və Ondan xilqətə gəldiyimizi anladıqdan sonra belə bir sual yaranır ki, varlıq aləminin yaradılmasında məqsəd nədir? Bu sualın cavabı məad mövzusunu araya gətirir. Demək, iki suala cavab tapılmalıdır: başlanğıcımız haradandır və yaranışda məqsəd nədir? Qur`ani-kərimdə Allaha və qiyamət gününə (məad) e`tiqad yanaşı zikr olunur: “Yaxşılıq odur ki, bir şəxs Allaha və axirət gününə iman gətirsin.”1; “Allaha və axirət gününə iman gətirib, saleh əməl edənlər üçün heç bir qorxu yoxdur.”2; “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər abad edə bilərlər.”3; “Elə bir qövm tapa bilməzsən ki, Allaha və qiyamət gününə inandıqları halda Allahın müxalifləri ilə dostluq edələr.”4

Varlıq aləminin başlanğıcı Allah, son məqsəd isə qiyamət günüdür. Bəs son məqsəd olan qiyamət haradır? Qur`ani-kərimə görə qiyamət elə bir yerdir ki, onun behişt və cəhənnəmi var. Həm Allahla görüş, həm də əbədi əzaba çatacaq yerdir. Bəs insan cəhənnəm və əzabdan qurtulub, behişt və Allahla görüşə nail olmaq üçün nə etməlidir? Başlanğıc və son arasında insana hansı həyat proqramı təqdim olunur? Bu suallara cavab tapmaq üçün yeganə yol dinə müraciət etməkdir. Peyğəmbərlərin göndərilməsində də məqsəd insana doğru yolu göstərməkdir. Din Allahın peyğəm-bərlər vasitəsi ilə insanlara təqdim etdiyi həyat proqramıdır.

İslam peyğəmbərinin birinci vəsisi Həzrət Əli (ə) “Nəhcül-bəlağə” kitabında dünya həqiqətini insanlara anlatmağa sə`y göstərir. Həzrət (ə) buyurur: “Dünya keçid yeridir”; “Agah olun ki, dünya qalacaq yer deyil və nə də siz onun üçün xəlq olunmusunuz.”

Qeyd etdiyimiz kimi, insanın özünü tanıması üçün dinin üç əsasını - tövhid, nübüvvət və məadı tanıması zəruridir. Bu üç əsasdan xəbərdar olmaq insanı qəflətə düçar edir. Hətta insan bu həqiqətlərin biri barəsində kifayət qədər mə’lumatı olmazsa küfrə düşə bilər. “Yunis” surəsinin 7-8-ci ayələrində buyurulur: “Bizimlə qarşılaşacaqlarına ümidvar olmayan, dünya həyatına bel bağlayıb ayələrimizdən qafil olanların düşəcəkləri yer oddur.” “Qaf” surəsinin 22-ci ayəsində oxuyuruq: “Sən bundan qafil idin. Daha bu gün (qiyamət günü) pərdəni gözündən götürdük. Bu gün sənin gözün sərrast görür.”

Bəli, insan öz fəaliyyətini Allaha doğru istiqamətləndirmək üçün mə’lumata ehtiyacı var. Bu mə’lumat və agahlıq üç həqiqətin dərk olunmasından ibarətdir: Allah, qiyamət günü və qurtuluş yolu.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin