ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə40/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   36   37   38   39   40   41   42   43   ...   186

SONRAKI ADDIMLAR


Qeyd etdik ki, ilk növbədə zehndə müəyyən suallar yaranmalıdır. Lakin suallar yarandıqdan sonra bu suallara müxtəlif münasibətlər müşahidə edilir. Bə`ziləri bu suallara ciddi yanaşıb cavab axta-rır, bə`ziləri isə “hələ ki, bundan da vacib işlərimiz var” deyərək bu məsələyə laqeyd yanaşırlar.

İlahi mərhəmətə nail olmaq üçün bu tip suallara ciddi münasibət göstərmək mühüm şərtdir. Allah-təala onun ne`mətlərinə ciddi yanaşanlar üçün bu ne`mətləri artırır. Bu, ilahi qanundur. “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər şükr etsəniz, hökmən ne`mətlərimi artıraram.” Peyğəmbərlərin göndərilməsi, onların zəruri suallar doğurması, eləcə də, həmin suallara cavab verməsi ilahi ne`mətlərdəndir. Bu ne`mətlərə ciddi yanaşanları Allah doğru yola hidayət edir. Amma bu ilahi ne`mətə e’tinasızlıq göstərənlərin haqqı ilahi əzabdır. E’tinasızlıq göstərənlər arasında da fərqlər var. Bə`ziləri məsələnin ciddiliyini anlayaraq diqqətsizlik göstərirlərsə, başqa biriləri məsələnin nə dərəcədə ciddi olduğunu anlamırlar. “Saffat” surəsinin 13-cü ayəsində buyurulur: “Onlara nəsihət verildiyi zaman ibrət alırlar.”

Hər hansı bir məsələyə məs’uliyyətlə yanaşıb onun barəsində dəqiq mə’lumat əldə etməyin də müxtəlif mərhələləri var: məsələnin surətinə diqqət, məsələyə ciddi yanaşaraq onu aydınlaş-dırma, yaranmış suallara cavabların qəbul edilməsi. Bə`ziləri bu yolda səhlənkarlıq ucbatından qənaətbəxş cavab tapmır, digərləri qənaətbəxş cavab tapdıqları halda tərslik göstərərək bunu izhar etmir, bir başqaları isə tapdıqları yanlış cavaba təslim olaraq azırlar. Üçüncü qism insanlara “mürəkkəb cahil” deyilir. Belə insanda iki cür cəhl var: biri məsələdən xəbərsizlik, digəri öz nadanlığından xəbərsiz-lik. “Bəsit cahil” isə bilmədiyindən xəbərdar olan şəxsə deyilir.

DİQQƏT!


Mə`lum oldu ki, hər bir kəsin Allah, qiyamət və nübüvvət məsələlərinə qarşı bəslədiyi münasibə-tində bir sıra xətərlər mövcuddur. İnsanın bu mövzulardan tam xəbərsizliyi və ya bu mövzulara ciddi yanaşmaması, bə`zən də həqiqəti bilərəkdən inkar etməsi onun aqibəti üçün çox qorxuludur. “Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq: “Allahın adı zikr olunarkən axirətə inan-mayanların qəlbi sıxılar.” Bəli, Allahın adından narahat olanlar da var. Maraqlıdır ki, bu narahatlıq insanların axirətə imansızlığından irəli gəlir. Görəsən, Allahla axirət inancı arasında hansı bağlılıq mövcuddur? Müasir dünyamızda özünü müsəlman, ziyalı, millətçi, hətta İslam mücahidi adlandırdığı halda sözünü Allahın adı ilə başlamaqdan çəkinənlər var. Cildlərlə kitab yazan müsəlman alimlərinə nədənsə öz kitablarını “Bismillahir-rəhmanir-rəhim”lə başlamaq ağır gəlir. Hətta bə`ziləri onlardan ötrü xoşagəlməz olan bu işə şər`i don geyindirmək üçün öz yazılarını “bismillah”sız başlamış “Tövbə” surəsi ilə müqayisə edirlər. Belə insanların azğınlığını Allah daha da artırır. Bu barədə Qur’anda belə buyurulur: “Onlar üz döndərdikdə Allah da onların qəlblərini döndərdi. Allah fasiq qövmü hidayət etməz. Açıq-aşkar dəlilləri gördükləri halda inad göstərənlərin qəlbi möhürlənər”1; “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə pərdə çəkmişdir.”2 Bu insanlar öz nəfslərinə itaət edənlərdirlər. Onlar Allaha pərəstiş etmək əvəzinə özlərinə pərəstiş edirlər. Qəlbi möhürlənmiş insanı isə kimsə hidayət edə bilməz; “Allahın azdırdığı kəsə bələdçi yoxdur.”3

Allahın hidayət etmək istəmədiyi insanlar da olur. “Kəhf” surəsinin 28-ci ayəsində buyurulur: “Qəlbini bizi yad etməkdən qəflətdə saxladığımız, nəfsinin istək-lərinə uyan və işində ifrata uğrayan kəslərə itaət etmə.” Bu sayaq qəlbi möhürlənənlər öz şəkk-şübhələri ilə fəxr edir. Hətta başqalarını da şəkkə salırlar. Onların nəzərində həqiqətə şübhə etmək nöqsan yox, hünərdir. Bəli, insan Allahın adını eşitməyə təhəmmül etməyəcək qədər alçala bilər. Bundan da böyük bədbəxtçilik ola bilərmi?! Bə`zən nahaq qanlar axıtmış daş ürəkli cinayətkar mühakimə zamanı üzünü hakimə və salondakılara tutub “mən sizin hamınıza nifrət edirəm” deyir. Bu, həqiqətə nifrətin bir misalıdır. Unutmayaq ki, bu günkü mövqeyimizdən asılı olmayaraq nəfsimizi özbaşına buraxsaq. Həmin təhlükə ilə üzləşə bilərik. Bəs özümüzü necə qoruyaq? Axı biz nəinki məsələnin surətini anlamışıq, bəlkə doğru cavab əldə edib bu cavaba iman da gətirmişik. Hansı amil bizi yenidən heyvan səviyyəsinə endirə bilər? Məgər Allaha, axirətə iman gətirmək insanlıq mərhələsinə çatmaq deyilmi? Bilməliyik ki, gözümüzü əbədi olaraq yumanadək bu günkü əqidədə qalacağımıza heç bir zəmanət yoxdur. Yeganə çıxış yolu bizi azdıra biləcək amilləri tanıyıb, bu amillərin qarşısını almaqdır.





Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin