ÅXëlxgghpxn nclplhkxn ncpxl


DÜNYA QƏFLƏT, YOXSA TƏ:AMÜL VASİTƏSİDİR?



Yüklə 3,76 Mb.
səhifə43/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   39   40   41   42   43   44   45   46   ...   186

DÜNYA QƏFLƏT, YOXSA TƏ:AMÜL VASİTƏSİDİR?


Qeyd etdik ki, dünyaya baxış iki cürdür. İnsan dünyaya elə baxa bilər ki, daha da kamilləşər. Amma elə baxış da var ki, insanı qəflətdə saxlayar. Qur`ani-kərimdə dünyanın cazibədarlığı fitnə adlandırılır. “Fitnə” “imtahan” deməkdir. İmtahanın isə iki nəticəsi ola bilər: məqbul və ya qeyri-məqbul. “Ənfal” surəsinin 28-ci ayəsində buyurulur: “Bilin ki, var-dövlət və övladlarınız sizin üçün ancaq bir imtahan-dır.” Bu imtahanda vəzifəsini layiqincə yerinə yetirən şəxs Allaha yaxınlaşır, qəflətdə qalan isə uçuruma yuvarlanır. Qur`an xəbərdarlıq edir ki, dünya sizi aldatmasın: “Dünya həyatı sizi aldatmasın.”1 Qur`an əmr etmir ki, dünya ne`mətlərindən uzaqlaşaq. Sadəcə, xəbərdarlıq olunur ki, dünya hədəf yox, vasitədir. Həzrət Əli (ə) buyurur: “Dünya ona ibrət gözü ilə baxanları bəsirət sahibi, onun zinətlərinə aldananları isə kor etdi.”2

Demək, dünya həm bəsirət gözünü aça bilər, həm də kor edə bilər. Dünyaya vasitə kimi baxanların bəsirət gözü açılar. Dünyanı özünə qiblə edənlərin isə bəsirət gözü tutular. Dünya eynək kimidir. Eynəkdən baxan həqiqəti, eynəyə baxan onun şüşəsini görür. Bu insan (eynəyə baxan) üçün eynək kömək yox, pərdədir. Əgər insan dünya və onda olanları Allahın ne`məti kimi qəbul etsə, onlara nəzər saldıqda Allahı xatırlayacaq. Allahı xatırlayan insan isə halal-harama diqqət yetirib olub, vəzifələrinə lazımınca əməl edəcək. “Ali-İmran” surəsinin 92-ci ayəsində oxuyuruq: “Sevdiyiniz şeylərdən haqq yolunda sərf etməyincə yaxşılığa nail olmayacaqsınız.” İnsan Allah yolunda sevdiyi şeylərdən sədəqə verməklə dünya malına məhəbbətdən yaxa qurtarmalıdır. İnsan var-dövlətə o qədər hərisdir ki, sədəqə verəndə də əzik, cırıq manatları verir. Təmiz və şax pulları sədəqə etməklə dünyaya olan qorxulu bağlılıqdan xilas olun. Əks təqdirdə dünyapərəstlikdən qurtulmaq çətin olacaq.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin