ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə51/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   47   48   49   50   51   52   53   54   ...   186

QƏLB, YOXSA DİL ZİKRİ


Sual oluna bilər ki, zikrin sözləri insanın diqqətini Allaha yönəldə bilərmi? Yoxsa həqiqi zikr dil yox, qəlb zikridir? İlk nəzərdən belə görünə bilər ki, əsl zikr qəlb zikridir və dil zikri qəlb zikrinə yol tapmaq üçün bir vasitədir. Amma bu müxtəsər cavab qənaətbəxş deyil. Əgər dil zikri faydasızdırsa, bu məsələyə tə`kid edən ayə və hədislərdə məqsəd nədir? Daim Allahı xatırlayan insanın dil zikrinə ehtiyacı yoxdurmu?

Sufilər arasında istər qəlb, istərsə də dil zikrində ifrata varma halları müşahidə edilir. Onlar dairəvi əyləşərək “zikr dairəsi” deyilən mərasim keçirirlər. Xüsusi avaz və hərəkətlərlə, uca səslə bir neçə saat ardıcıl eyni zikri təkrarlayırlar. Onlar bu zikri aşkar zikr adlandırırlar. Digər bir sufi firqəsi yalnız qəlb zikri ilə kifayətlənir. Namazın əvvəlindən axırınadək azca da olsa dillərini tərpətmirlər. Onlar iddia edirlər ki, dil zikri qəlb zikrini oyatmaq üçündür və insan qəlbən zikr edirsə, dil zikrinə ehtiyacı yoxdur.

Əhli-beyt maarifi nəzərindən yuxarıda qeyd olunmuş hər iki nəzəriyyə yanlışdır. Çünki ayə və rəvayətlərdə xüsusi zikrlər buyurulmuşdur. Bu zikrləri artırıb-əskiltmədən demək lazımdır. Mərhum Əllamə Məclisi “Bihar” kitabında imam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: “Tezliklə elə günlər (gecələr) gələr ki, aranızda sizi hidayət edəcək imam olmaz. Əgər “ğəriq” duası oxumasanız, o günlərin qaranlığından qurtul-mazsınız.

Əbdullah ibni Sinan imamdan soruşur ki, bu hansı duadır? Həzrət buyurur: Dua belədir: Ya Əllahu, ya rəhmanu ya rəhimu ya muqəllibəl-qulubi səbbit qəlbi əla dinik.

Əbdullah ibni Sinan deyir ki, mən duanı təkrar edərkən “ya muqəllibəl-qulubi vəl-əbsar” dedim. İmam məni saxlayıb “necə dedimsə, elə də təkrar et” buyurdu.”

Hədisdən aydın olur ki, xüsusi dualarda bir kəlmə də olsun belə yerbəyer etmək olmaz. Namazda həmd və surəni dillə demək də dini zərurətlərdəndir. Namazda yalnız qəlb zikrini kafi bilmək yanlış düşüncədir. Cəmiyyətdə geniş yayılmış cahil bir fikir var: “Təki qəlb pak olsun, namaz əsas deyil.” Hicaba münasibətdə də həmin cahil ideya ilə üzləşirik. Bir çox xanımlar “hicab əsas deyil, təki qəlb düz olsun” deyirlər. Bu nadanları bir sualla oyatmaq istərdik: Ey dini əmrlərə qarşı çıxanlar! Doğrudanmı siz özünüzü qadir Allahdan elmli sayırsınız?!

İnsan! Sənin özündən din ixtira etmək haqqın yoxdur. Biz Qur`an və rəvayətlərə müraciət edərək əməl yolunu öyrənməliyik. Eləcə də Allahı xatırlama, zikr mövzusunda adı gedən mənbə`lər-dən göstəriş almalıyıq. İmam Sadiq (ə) buyurur: “Atam çox zikr edərdi. Yolda getdiyi zaman, hətta camaatla ünsiyyətdə olduğu vaxt mən onun daim “la ilahə illəllah” dediyini eşidirdim.” Məgər bütün rəvayətləri qulaqardına vurmaq olarmı?! Əgər o böyük şəxsiyyətlər dildə zikr etmişlərsə, dil zikrini faydasız adlandırmaq olarmı?! Unutmayaq ki, xeyrli aqibətə çatmaq üçün Əhli-beytə iqtidadan savayı yolumuz yoxdur.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin