ÅXëlxgghpxn nclplhkxn ncpxl


QƏLB ZİKRİNİN BƏ`Zİ XÜSUSİYYƏTLƏRİ



Yüklə 3,76 Mb.
səhifə53/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   49   50   51   52   53   54   55   56   ...   186

QƏLB ZİKRİNİN BƏ`Zİ XÜSUSİYYƏTLƏRİ


Qəlb zikrinin müstəsna faydaları hamıya mə’lumdur. İnsanın mə`nəvi yüksəlişi, təkamülü-nün əsası Allahın qəlbən xatırlanmasıdır. Həcc zamanı Kə`bə evini təvaf edən (dolanan) insan üçün bu müqəddəs məkanı qəlbən təvaf etmək çox mühümdür. Əgər Kə`bə evini təvaf edən şəxsin fikri dünya işlərində, alverdə qalarsa bu ziyarətin dəyərindən danışmağa dəyməz. Ayə və rəvayətlərdə bir çox ibadətlərin qəbulu üçün qəlbin iştirakı zəruri şərt hesab olunur. “Biharul-ənvar”da gecə ibadətlərinə işarə ilə buyurulmuş belə bir hədis var: “Nə çoxdur gecəni oyaq qalıb oyaqlıqdan başqa bəhrə görməyənlər.”1 Həmin kitabın 96-cı cildində buyurulur: “Nə çoxdur oruc tutub, aclıq və susuzluqdan başqa bəhrə görməyənlər.”

Qəlb zikri haqqında birinci onu qeyd etməliyik ki, o, təkamül üçün əsas şərtdir. Qəlbinin iştirakı olmadan bir ömür dil zikri edən insan heç vəchlə kamala çata bilməz.

Qəlb zikrini dil zikrindən üstün edən xüsusiyyətlərdən biri onda riyanın olmamasıdır. Riyakarlıq insanın bütün zəhmətlərini puça çıxarmağa qadirdir. Zahirən görünməyən ibadət-lərdə riya mümkün deyil. Məsələn, insan qeyri ilahi niyyətlərlə, kiminsə xoşuna gəlmək üçün dilində zikr deyib, namaz qıla bilər. Amma qəlb zikri, oruc kimi ibadətlərdə riyakarlıq qeyri-mümkündür. Nə oruc, nə də qəlb zikri gözə görünmədiyindən bu ibadətlər vasitəsi ilə yalnız Allahı razı salmaq olar. Məsələn, ulduzlu səmanı seyr etməklə qəlbində Allaha həmd oxuyan insanın bu böyük ibadətini kim hiss edə bilər?! Bəli, qəlb zikri bu sayaq ilahi səmimiyyətə malikdir.

Allah-təala bütün qəlbləri Özünə sarı yönəltməkdədir. Hər kəs səmimi qəlblə ibadət yolunda bir addım atarsa Allah ona qat-qat yardım göstərər. Sadiq bəndələrə qəflət üz verdikdə, Allah Özü bir səbəblə bu qəfləti aradan qaldırır. Bə`zən belə bəndələr Allahın lütfü ilə başqalarını görmədiklərini görər və günahdan çəkinərlər. Bəli, məhbub həqiqi aşiqi qəflətdən oyadıb onun diqqətini özünə cəlb edər!



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin