ÅXëlxgghpxn nclplhkxn ncpxl


QƏLB ZİKRİNİN NÖVLƏRİ VƏ dərəcəLƏRİ



Yüklə 3,76 Mb.
səhifə54/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   50   51   52   53   54   55   56   57   ...   186

QƏLB ZİKRİNİN NÖVLƏRİ VƏ dərəcəLƏRİ


Dil zikri üçün konkret zaman, məkan və miqdar tə`yin olunmamışdır. Bu baxımdan xüsusi şəraitə malik dualar dua kitablarında nəql olunmuşdur. İnsan istədiyi vaxt istədiyi qədər zikr edə bilər. Həmçinin, xüsusi dualara müraciət edə bilər.

Amma qəlb zikri haqqında dərin mütaliə və araşdırmalara ehtiyac var. Bu sahədə övliyaların məsləhətləri çox faydalıdır. Bə`zi sufilər qəlb zikri sahəsində bir sıra ixtiralar etsələr də, bu ixtiralar şəriətlə uzlaşmır. Ona görə də ayə və rəvayətlərdən istifadə etməyi lazım bilirik.

Qəlb zikrinin üç mərhələsi vardır. Onun birinci mərhələsi vacibləri yerinə yetirib, haramları tərk etməklə gerçəkləşir. “Üsuli-kafi”nin 2-ci cildində belə bir hədis nəql olunur: “Allahı daim zikr etmək ardıcıl olaraq “Sübhanəllah”, “Əlhəmdulillah” sözlərini dilə gətirmək demək deyil. Məqsəd Allahın tə`yin etdiyi vacib və haramlara riayət etməkdir.” Qəlb zikrinin ikinci mərhələsi şübhəli və xoşagəlməz (məkruh) işləri tərk etməkdir. Demək, zikrin bu mərtəbəsində insan çalışmalıdır ki, Allahın iradəsinə zidd hərəkət etməsin. Əslində zikrin bu mərtəbəsi elə təqvadır. Yada salaq ki, təqva Allahı narazı salacaq işlərdən çəkinmək-dir. Təbii ki, hər bir işdə Allahın razılığını düşünmək elə onu xatırlamaqdır. Allahdan qəflətdə olan insan dini vəzifələrə lazımınca riayət etməkdə acizdir. Vacibə əməl edib haramdan çəkinmək ilahi zikrin başlanğıc mərhələsidir.

Qəlb zikrinin ikinci və üçüncü mərhələləri cənab Əbuzərin Həzrət peyğəmbərdən nəql etdiyi bir hədisdə bəyan olunur. Bu hədis həm şiə, həm də sünnü mənbə`lərində nəql edilmişdir. Bu hədisdə Əbuzər Həzrət Peyğəmbərdən ehsan haqqında soruşur. Sualı doğuran isə “Maidə” surəsinin 93-cü ayəsi olur: “İman gətirib saleh əməl edənlərə təqvalı olub, iman gətirərək saleh işlər görsələr, yenə təqvalı ikən iman gətirsələr və təqvalı ikən yaxşılıq etdikləri təqdirdər daddıqları (yeyib içdikləri) şeylərdən ötrü heç bir günah yoxdur. Allah yaxşı iş görənləri dost tutar.” Ayənin zahiri mə`nasından belə mə`lum olur ki, xeyirxahlar (möhsinlər) cərgəsinə qoşulmaq üçün əvvəlcə təqvalı olmaq lazımdır. Ayəni eşidən Əbuzər anladı ki, möhsinlik müttəqilikdən üstündür. Ona görə də Peyğəmbərdən (s) insanın möhsinlik sifəti olan ehsan haqqında soruşdu. Həzrət Peyğəmbər (s) buyurdu: “Ehsan odur ki, insan Allah xatirinə elə əməl etsin ki, sanki Onu görür. Sən Onu görmürsənsə də, O səni görür.”1

Hədisdən aydın olur ki, qəlb zikrinin digər bir mərtəbəsi Allahın hüzurunda olduğunu daim nəzərdə tutmaqdır. Bu mərhələyə çatmış insan özü üzərində daim Allahın nəzərini hiss edir. Elə şüşələr var ki, bir tərəfindən o biri tərəf görünsə də, o biri tərəfindən əks tərəf görünmür. İnsan özünü belə bir şüşə qarşısında hiss etməlidir; o, Allahı görməsə də, Allah onu görür. Həyatda belə bir şüşə qarşısında dayanmış insan hər bir an onu görə bilərlər deyə öz hərəkətlərinə nəzarət edir.

Qəlb zikrinin üçüncü mərtəbəsinə çatmış insan sanki Allahı görür. Bu hal insanda tez-tez təkrarlanarsa xarakter xüsusiyyətə çevrilər. Həzrət Əli (ə) “görmədiyimə ibadət edərəmmi” buyurur. Aydındır ki, söhbət bəsirət gözü ilə görməkdən gedir. Həzrət öz buyurduğuna əlavə edir: “Gözlər Onu aşkar görməz, amma qəlblər Onu iman nuru ilə dərk edər.” (“Nəhcül-bəlağə”)

Demək, qəlb zkrinin üç mərhələsi mə’lum oldu: Əməldə Allahı xatırlamaq, özünü daim Allahın hüzurunda hiss etmək, bəsirət gözü ilə Allahı görmək.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin