ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə64/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   60   61   62   63   64   65   66   67   ...   186

ZİKRƏ DOĞRU BİR ADDIM


Yeganə çıxış yolu qəflətdən qurtulmaqdadır. Hər bir şəxsin agahlıq dərəcəsi onun öz nəfsini tanımasından asılıdır. Agahlıq insanın öz diqqətini haradan gəldiyinə, harada olduğuna və haraya gedəcəyinə yönəltməsidir. İnsan dünyanın bər-bəzəyinə aldanaraq bu uyğun məsələlərdən qəflətdə qaldıqca öz insani şəxsiyyətindən uzaqlaşır. Yalnız tövhid, nübüvvət və məad vasitəsi ilə kamilləşə biləcək insan qəflət doğuran səbəbləri tanımalıdır. “Ən`am” surəsinin 68-ci ayəsində qəflət amilləri belə tanıtdırılır: “Bizim ayələrimiz barəsində cəfəng danışan şəxsləri gördüyün zaman söhbət dəyişənədək onlardan üz çevir. Şeytan sənin yadından çıxarsa, yadına düşəndən sonra zülmkar qövmlə oturma.” Ayədən mə`lum olur ki, qəflət səbəblərindən biri şeytandır. Qur`an şeytan dedikdə İblisdən olanları nəzərdə tutur. İblis isə Adəmə səcdə etməkdən boyun qaçıran şeytandır. Amma Qur`ani-kərimdə bütün şər mənbələri, eləcə də, şər cinlər və şər insanlar şeytan adlandırılır. İnsanı təkamül, Allaha itaət yolundan sapdıran hər bir mövcud şeytandır. İblis bu şər qəbiləsinin rəisidir. Bütün şər qüvvələr onun məktəbində təhsil alır.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin