ÅXëlxgghpxn nclplhkxn ncpxl


“ZUMƏR” SURƏSİNDƏN İKİ AYƏ



Yüklə 3,76 Mb.
səhifə67/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   63   64   65   66   67   68   69   70   ...   186

“ZUMƏR” SURƏSİNDƏN İKİ AYƏ


Bə`zən yuxarıda qeyd etdiyimiz həqiqətlərə qarşı hətta Qur`an ayələrindən də istifadə edirlər. “Zumər” surəsinin 17-18-ci ayələrində buyurulur: “«O bəndələrimə müjdə ver ki, onlar sözü dinləyib, onun ən yaxşısına tabe olarlar.” İnsanları azdırmaq qəsdində olanlar bu ayələri dəlil gətirərək iddia edirlər ki, bütün sözləri dinləmək Qur`an əmridir. Sual olunur: Haqq sözlə batili seçmək qüdrətinə malik olmayan insana Qur`an hər sözü dinləmək göstərişi verərmi? Əgər Qur`an insanları doğru yola hidayət edirsə bu ayəni bütün adamlara aid etmək yanlışdır. Ayə haqqı batildən seçmək əzmində olan insanlara müraciət edir. Batil söhbətlər nadan və zəif əqidəli insanları bir anda çaşdırır. Ona görə də adi insanlar zəlalətə düçar olmamaq üçün belə söhbətlərdən qaçmalıdırlar. Qur`anda batil sözləri sadəcə dinləmək yox, bu sayaq söhbət edənlərlə yaxınlıq etməmək də tapşırılır. “Nisa” surəsinin əvvəldə qeyd etdiyimiz 140-cı ayəsinin sonunda buyurlur: “Allah münafiq və kafirlərin hamısını cəhənnəmdə toplayacaq.” Yə`ni bir qrup insan mö`min olduğunu güman etsə də azğın insanlarla yoldaşlıq etdiklərindən qiyamət səhnəsinə münafiq kimi gətiriləcəklər. Çünki, Allah və din haqqında deyilən batil sözlərə itaətkarlıqla qulaq asmaq mö`min sifəti deyil.

Bəs “Zumər” surəsinin uyğun ayələri kimi nəzərdə tutur? Bilməliyik ki, belə sözlərin qabağında yalnız güclü imana və dini savada malik şəxslər dayana bilər. Hər hansı batil sözə cavab vermək üçün iman və elmə ehtiyac var. Tutaq ki, Allaha, peyğəmbərə və məada iman gətirmiş bir şəxs şeytani məclisə düşür. Əgər o öz e`tiqadında tutarlı dəlillərə malikdirsə bu dəlillərə istinad etməklə özünü və olsun ki, bu məclisdəkilərin də bə`zilərini şəkk-şübhədən qurtaracaq. Amma qənaətbəxş dəlillərə malik olmayan şəxs üçün imanını itirmək qorxusu var. Müasir dövrdə kütləvi informasiya vasitələrin-dən dini həqiqətlər haqqında batil sözlərə yol verilir. Demək, sən şeytandan qaçsan da, o, məsələn, televiziya vasitəsi ilə sənin evinə daxil olur. Ona görə də hər bir müsəlman öz elmini artırmaqla özünü əks təbliğatlara qarşı hazır etməlidir.

Bəli, pis həmsöhbət və yoldaş insanı zəlalətə aparır. Həmsöhbətin təkcə e`tiqadı yox, əxlaqı da mühüm şərtdir. Günahkar insanlarla yoldaşlıq insanı dini çərçivədən çıxarır, azğınlığa sövq edir. İstər e`tiqad, istərsə də əxlaq baxımından azğın insanlardan uzaqlaşın!

Yarımın yarından var intizarım,

Dua gözləyirəm, min qınaq gəlir.

Qəfəsdəki xəstə bülbül barədə

Nə düşünür qızılquş? - maraq gəlir!
Çox deyiblər yarı gör, özün danış,

Peyk sözündə ifrat, təfrit, aldanış.

Sən ha yalvar sözçüyə “düzgün danış”,

Ağzın açdı, lap yaxın iraq gəlir.


Dərdimin dəvası dost dilindədi,

Deməsin hər nə var Yar əlindədi,

Səbəbkar da təbib məsəlindədi,

Yerə deyər, göylərdən soraq gələr.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin