TANIŞLIĞIN MÜQƏDDİMƏSİ DÜŞÜNcƏDİR
Aksiomdan başqa heç bir bilik öz-özünə əldə olunmur. Tövhid, Allahın sifətləri və işləri, məad kimi biliklərə yiyələnmək üçün düşüncə və araşdırmalara ehtiyac var. Söz yox ki, məntiq və fəlsəfədə bütün nəzəri biliklərin aksiom üzərində qurulduğu bildirilir. Məntiqdə düşüncə məchulu əldə etmək üçün mə`lumlara doğru düzüm verməkdir. Demək, Allahı tanımaq üçün də təfəkkürə ehtiyac var.
Görəsən, Qur`an və rəvayətlərdə təfəkkür haqqında bir bu qədər danışılmasının sirri nədir? Qeyd etməliyik ki, düşüncə insanlığın açarıdır. Düşünməyən insan heç vəchlə öz şəxsiyyətini tanıya bilməz. İnsani şəxsiyyətdən xəbərsiz insan isə kamala çatmaqda acizdir. İslamda düşüncəyə necə üstün bir qiymət verildiyini anlamaq üçün rəvayətə nəzər salaq: “Bir saat təfəkkür etmək bir ilin ibadətindən üstündür.”1 Əlbəttə ki, söhbət hər hansı şeytani və batil bir məsələ ətrafında yox, insani şəxsiyyət haqqında düşünməkdən gedir. Belə bir düşüncə bir saat davam edərsə insanın həyata baxışını dəyişə bilər. Bir il davam edən düşüncəsiz ibadət isə insanın təkamülündə heç bir müsbət rol oynamaz. Amma mə`rifət əldə etmiş və agahlığa çatmış insanın bir il ibadəti nadan halda min il davam edən ibadətdən tə`sirlidir. Biz qəflət haqqında danışarkən hər növ qəfləti nəzərdə tutmamışdıq. İnsanı bədbəxt edən tövhid, nübüvvət və məaddan olan qəflətdir. Düşünmək də belədir. Allah, axirət və dini vəzifələri haqqında düşünən insan xoşbəxt ola bilər. Çünki bu düşüncələr qəfləti aradan aparır.
Dostları ilə paylaş: |