ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə73/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   69   70   71   72   73   74   75   76   ...   186

ÖZÜN HAQQINDA DÜŞÜN!


Qur`ani-kərimin təfəkkürə də`vət edən bir sıra ayələrində insanın özünə diqqətindən danışılır. İnsan necə yarandığı, necə inkişaf etdiyini, necə tərbiyə olunduğu, həyat çətinliklərindən necə qurtulduğu barədə düşünməlidir. “Ali-İmran” surəsinin 13-cü ayəsində buyurulur: “Həqiqətən, iki dəstənin üz-üzə durması sizin üçün bir nişanə idi. Bir dəstə Allah yolunda vuruşanlar, o biri dəstə isə qarşısındakı mö`minləri iki qat artıq görən kafirlər idi. Allah öz köməkliyi ilə istədiyini güclən-dirər. Şübhəsiz ki, bu işdə ağıl sahibləri üçün ibrət var.” Bu ayədə Bədr döyüşündən danışılır. Bu döyüşdə kafirlər müsəlmanlardan üç qat artıq idilər. Amma Allahın hökmü ilə iki qat artıq görünən müsəlmanlar qeybi yardımlar hesabına qalib gəldilər. Əlbəttə ki, bəsirət gözü açıq olanlar bu macəra vasitəsi ilə Allahı tanıya bilərlər. “Mursəlat” surəsinin 20-24-ci ayələrin-də buyurulur: “Məgər sizi dəyərsiz sudan yaratmadıqmı? Sonra onu sağlam bir yerdə qərar verdik, müəyyən bir müddətə qədər. Gücümüz-qüdrətimiz çatdı, necə də qüdrətliyik; O gün vay halına təkzib edənlərin!” Bu ayədə insanın bir zərrə sudan necə böyük qüdrətlə yaradıldığı onun nəzərinə çatdırılır. Aydın olur ki, öz yaranışı haqqında düşünən insan inkardan çəkinməyə məcbur olur. “Ənfal” surəsi-nin 26-cı ayəsində buyurulur: “Yadınıza salın ki, bir zaman yer üzündə az və zəif idiniz. Adamların sizi qapıb-qaçırtmasından, ələ keçirməsindən qorxurdunuz. Allah sizə sığına-caq verdi, öz nüsrəti ilə sizi gücləndirdi və pak şeylərdən sizin üçün ruzi ayırdı ki, bəlkə şükr edəsiniz.” Ayədə müsəlmanlara İslamın ilkin dövrü xatırladılır. Həmin dövrdə sığına-caqsız və müdafiəsiz müsəlmanlar qorxu içində üzülürdülər. Allah-təala qısa bir müddətdə bu zəifliyi qüdrətlə əvəz etdi. Haqqı tanıyan insanlar bu ne`mətlər müqabilində şükr etməyə bilməz.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin