SƏHV NƏTİcƏ ÇIXARMAQDAN QORUNUN!
İstər keçmişdə, istərsə də indi, istər müsəlmanlar, istərsə də qeyri-müsəlmanlar arasında belə bir fikir mövcud olmuşdur ki, behiştə nail olmaq üçün dünya ne`mətlərindən imtina etmək lazımdır. Bir çox insanlar belə dünyagörüşüə müvafiq olaraq cəmiyyətdən uzaq-laşıb tənha yaşamışlar. Belə bir düşüncə tərzi sufilərdə də təsadüf olunur. Heç bir İslami mənbə`də tərki-dünyalıq göstərişi yoxdur və tənhalığı seçən müsəlmanlar, heç şübhəsiz ki, həqiqətdən uzaq düşmüşlər. İslam dini dünyadan uzaqlaşmağa yox, ona qul olmamağa çağırır. Qur`ani-kərim dünya ləzzətlərindən daha üstün olan axirət ləzzətlərini önə çəkir və dünyaya bağlılığı pisləyir. İnsanın nəzərinə çatdırılır ki, dünya mö`minlik, təkamül, behiştə çatmaq üçün bir vasitədir.
Sual oluna bilər ki, əgər dünya ləzzətləri faydalı deyilsə, bir bu qədər ne`mət nə üçün yaradılmışdır? “Ə`raf” surəsinin 32-ci ayəsində buyurulur: “Allahın öz bəndələri üçün yarat-dığı zinəti və təmiz ruziləri kim haram etmişdir?!” Bəli, Allah özü buyurur ki, bu ne`mətlər insan üçün yaradılmışdır. Əgər yemək, içmək, evlənmək pis işlər olsaydı bu işlərlə behiştlə rastlaşmazdıq. Sadəcə olaraq, dünya ne`mətlərindən istifadədə hədd gözləmək lazımdır. “Maidə” surəsinin 87-88-ci ayələrində oxuyuruq: “Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri haram saymayın və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları dost tutmaz. Allahın sizə ruzi etdiyi şeylərin halalını və təmizini yeyin və iman gətirdiyiniz Allahdan qorxun.” Demək, ilahi hədləri pozmadan dünya ne`mətlərindən istifadə etmək olar. Yalnız o ləzzətlər haram buyurulur ki, insanın təkamülü qarşısında maneə törədir. Amma eyni zamanda insanın axirət evinə əliboş, savabsız getməməsi üçün dünya həyatına da ehtiyac var. İlahi hədləri pozmamaq şərtilə axirəti üçün savab qazanan insana dünya həyatı və dünya ne’mətləri faydalıdır. İbadət, təhsil, cihad və digər dini vəzifələri yerinə yetirmək üçün enerji və istirahətə ehtiyac var. Dünya ne`mətləri və dünya ləzzətləri zəruri enerjini əldə etmək və yorğunluğu aradan qaldırmaqdan ötrü bir vasitədir.
Əlbəttə ki, bə`zi dünya ne`mətlərindən imtina etmək lazım gəlir. Məsələn, üzüm gözəl və halal bir ne`mətdir. Amma şərab haqqında bu sözləri demək olmaz. Haram ləzzətlər ardınca gedənlər axirət əzabını unutmamalıdırlar. Əslində hər bir halal ne`mət və ləzzət insana Allahı xatırlatmalıdır. Susamış insan bir stəkan bulaq suyu içərkən Allahı yada salıb, Ona şükr etməklə savab da qazana bilər.
Dünyada maddi olmayan ləzzətlər də var. Məsələn, insan nəfsini tərbiyə etməklə ibadətdən böyük ləzzət ala bilər. Əslində, dünya ne`mətləri içərisində olan ən üstün ləzzət namazdan duyulan ləzzətdir. Allah bu ləzzəti yalnız saf bəndələrinə hədiyyə olaraq daddırır. “Səcdə” surəsinin 17-ci ayəsində oxuyuruq: “Heç kəs bilməz ki, onlara etdikləri əməllərin əcri olaraq gözlərini işıqlandıracaq necə şeylər gizlədilmiş-dir.” Bəli, ibadətdən aldığı bir anlıq ləzzəti bütün dünyaya dəyişməyən bəndələr var.
Ey Rəbbimiz, Öz tovfiqini biz günahkar bəndə-lərə nəsib et!
Dostları ilə paylaş: |