ÅXëlxgghpxn nclplhkxn ncpxl


ON ALTINcI DƏRS: İSLAM NƏZƏRİNDƏ DÜNYA



Yüklə 3,76 Mb.
səhifə81/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   77   78   79   80   81   82   83   84   ...   186

ON ALTINcI DƏRS:

İSLAM NƏZƏRİNDƏ DÜNYA

ÖTƏN MÖVZULARA BİR BAXIŞ


Qur`an ayələrindən mə`lum oldu ki, qəfləti aradan qaldırmaq yollarından biri təfəkkür, ilahi ayətlər və yaranışın məqsədi haqqında düşünməkdir. Təfəkkür üçünsə mühüm mövzulardan biri dünya ilə axirətin müqayisəsidir. Qur`ani-kərim axirəti həqiqi həyat, dünyanı isə oyuncaq kimi tanıtdırır.

Əgər insan ayrı-ayrılıqda dünya və axirətin xüsusiyyətlərinə nəzər salıb sonra onları müqayisə edərsə, axirət həyatının üstünlüyünə əmin olar. Maddi mövcud olan insanın maddi dünyaya meyl göstərməsi təbiidir. Dünyanın bər-bəzəyi insanı çox tez çaşdırır. Qəlb isə eyni zamanda iki mövzuya diqqətli ola bilməz. Dünyaya könül verən insan heç vəchlə axirət haqqında düşünə bilməz. “Əhzab” surəsinin 4-cü ayəsində buyurulur: “Allah heç kəsin daxilində iki qəlb yaratmayıb.”

Qeyd edildi ki, axirətə çatmaq üçün dünya ləzzətlərindən imtina etmək yanlış fikirdir. Belə düşünən insanların dağlara, meşələrə çəkilib tənha yaşamaqdan başqa çarəsi yoxdur. Həzrət İsanın (ə) ardıcıllarının belə bir yol (“röhbaniyyət”) seçdiyi tarixdə məşhurdur. Onlar öz fikirlərini belə əsaslandırırdılar ki, cəmiyyətdən uzaqlaşan insan günah söz, günah səs, günah mənzərədən və günahkar insanlardan uzaqlaşır. Tənhalıqda Allahı düşünmədən ötrü münasib şərait mövcuddur.

Əlbəttə ki, belə bir baxış müsəlmanlar arasında da təsadüf edilir. Sufi firqələri düşüncələrini qeyri-ilahi xəyallardan uzaqlaş-dırmaq üçün cəmiyyətdən kənarlaşırlar. Onlar iddia edirlər ki, insan maddi həyatın rəngarəngliyindən uzqlaşdıqca Allaha yaxın-laşır.


Bu gözün, bu könlün əlindən aman,

Bu göz gördüyünü qəlbə hopdurur.

Ey kaş ki, bir xəncər ola poladdan,

Çalam gözə, biləm qəlb azad durur.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin