ÅXëlxgghpxn nclplhkxn ncpxl


On yeddİncİ dərs: Təkamül YOLUNDA iman və saleh əməlin rolu



Yüklə 3,76 Mb.
səhifə88/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   84   85   86   87   88   89   90   91   ...   186

On yeddİncİ dərs:

Təkamül YOLUNDA iman və saleh əməlin rolu

ÖTƏN MÖVZULARA BİR BAXIŞ


Yada salaq ki, əsas mövzumuz nəfsin tərbiyəsidir. “Tərbiyə” kimi tərcümə etdiyimiz “təzkiyə” sözünü dəqiq tərcümə etmək çətindir. Amma ümumi şəkildə deyə bilərik ki, bu söz “çiçəklənmə”, “ucalma”, “paklanma”, “inkişaf” mə`nalarını daşıyır. Qur`ani-kərimdə bu sözün antonimi, yə`ni əksi kimi “tədsiyə” kəlməsi işlədilir. Bu kələmə ilə “Şəms” surəsinin 9-10-cu ayələrində rastlaşırıq: “Öz nəfsini təmizləyən (təzkiyə edən) kəs mütləq nicat tapmış, onu korlayıb-batıran (tədsiyə edən) isə mütləq ziyana uğrayacaqdır.” Ayədən belə mə`lum olur ki, insan öz nəfsini kamilləşdirə bildiyi kimi, onu süquta da uğrada bilər. Bu iki yoldan birini seçmək insanın öz ixtiyarındadır. Yə`ni kamillik iradə və istəkdən asılı olan bir işdir. Kamal insanın əsasını təşkil edən ruha aid olan bir xüsusiyyətdir. Ruhdan fərqli olaraq cism nə qədər inkişaf etsə də bir gün insanın ixtiyarından çıxacaqdır. “Nəhl” surəsinin 70-ci ayəsində oxuyuruq: “Allah sizi yaratmış və bir zaman ruhunuzu alacaqdır. Sizdən bir qisminiz ömrün lap rəzil çağına çatdırılar ki, bildiklərin-dən heç bir şeyi xatırlamaz”. “Yasin” surəsinin 68–ci ayəsində oxuyuruq: “Hər kəsə uzun ömür versək, nəhayət, onun xilqətini tərsinə çevirərik”. Bəli, insan cismi təbiətin bu cür qanunlarına tabedir. Amma ruhun inkişafı insanın öz ixtiyarındadır və bu hərəkət ömrün son anınadək davam edir.

Ruh və cism arasındakı başqa bir fərq fiziki inkişafın kəmiyyət, ruhi inkişafın bir növ keyfiyyətlə bağlı olmasıdır. İslam maarifi nəzərindən ruhi inkişafın ölçüsü Allaha yaxınlıqladır. Ruh kamilləşdikcə Allaha yaxınlaşır. Allahdan uzaqlaşma isə süqut əlamətidir. “Ələq” surəsinin 19–cu ayəsində oxuyuruq: “Yox, Ona (Yolunu azana) itaət etmə, səcdə qıl və Allaha yaxınlaş”. Hətta müşriklər də bütlərə ibadət edərkən Allaha yaxınlaşmaq məqsədi güdürlər.

Allaha yaxınlaşma yolunda son məqam “Allahın yaxınlığıdır”. Fir`onun arvadı Asiya belə dua edir: “Ey Rəbbim, behiştdə öz yanında mənim üçün bir ev qərar ver”.1 Qur`ani–kərim nəfsi mütməinnə barəsində buyurur: “Ey mütməinnə (arxayın) nəfs, dön Rəbbinə-sən ondan, O da səndən razı olan halda. Bəndələrimin zümrə-sinə daxil ol. Cənnətimə varid ol”.1

İnsanı Allaha yaxınlaşdıran saleh əməldir. Allahın razılığı məhz ondadır. Qur`ani–kərimə əsasən saleh əməl Allaha yaxınlaşma məqsədi ilə görülmüş xeyir əməldir. Bu əməl insana ilahilik bəxş edir və onun kamal dərəcəsini yüksəldir. İslam dinində bu əməl ibadət adlanır. Burada ibadət deyildikdə təkcə namaz, oruc və həcc nəzərdə tutulmur. Allahın razılığını qazanmaq məqsədi ilə görülmüş hər bir xeyir iş ibadətdir. “Cin və insanları yalnız ibadətdən ötrü xəlq etdik”.2 Yə`ni insan bütün əməllərində Allahın razılığı-nı düşünməlidir.

Demək, yaranışda məqsəd Allaha yaxınlıq və Allaha yaxınlaşmaqda maneə isə qəflətdir. Qafil o insandır ki, haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini düşünmür. Allah, axirət və doğru yoldan xəbərsiz olanlar bə`zən heyvandan da alçaq mərtəbəyə enirlər.

Təkamül yolunda ilk addım qəflətdən qurtulmaqdır. Dünya ləzzətləri qarşısında diz çökmüş insan üçün belə bir qurtuluş qeyri-mümkündür. Heyvanlıq mərtəbəsində çıxmaq üçün insan qəflət səddini aşmalıdır.

Qəflətin ziddi diqqətdir. “Diqqət” Qur`ani–kərimdə “zikr” adlandırılmışdır. “Zikr” diq-qəti Allaha yönəltməyə deyilir. Qeyd edildi ki, zikr iki növdür: dil zikri və qəlb zikri. Həqiqi zikr qəlb zikridir və dil zikri qəlb zikrinə çatmaq üçün bir yoldur. Ayə və rəvayətlərdən mə`lum oldu ki, dil zikrini bir dəfəlik atıb, yalnız qəlb zikrinə məşğul olmaq düzgün yol deyil.

İnsan hansı yolla diqqətli ola bilər? Zikr nədir? Bu suallara “Ali–İmran” surəsinin 190-191–ci ayələri cavab verir: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə-gündüzün bir–birini əvəz etməsində ağıl sahibləri üçün qəti mütləq dəlillər vardır. Onlar ayaq üstündə olanda, oturanda, böyrü üstə uzananda Allahı zikr edər, yerin yaradılması barədə düşünər və deyərlər: ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan!”



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin