ALLAHA YAXINLIĞIN ƏSASI İMAN VƏ SALEH ƏMƏLDİR
Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qur`ani–kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. “Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: “İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”. “Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq: “Mö`min halda saleh əməl edən kişilər və qadınlar cənnətə daxil olarlar”. Başqa bir ayədə buyurulur: “İman gətirib saleh işlər görənlərin xoş halına!”1 “Kəhf” surəsinin 30-cu ayəsində oxuyuruq: “İman gətirib saleh əməl edənlər bilsinlər ki, biz yaxşı işlər görənlərin əcrini zay etmərik”. “Ənbiya” surəsinin 94–cü ayəsində isə belə buyurulur: “Hər kəs mö`min olaraq saleh əməllər etsə onun əməli zay olmayacaq”.
Bu ayələrdən mə`lum olur ki, insan iman və saleh əməl üçün ciddi cəhd göstərməlidir.
Dostları ilə paylaş: |