ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə10/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   6   7   8   9   10   11   12   13   ...   186

NƏFS VAHİDDİR


Qur`ani-kərimin müxtəlif ayələrində insanın vahid nəfsdən yaradıldığı bəyan olunur: “Odur sizi vahid nəfsdən xəlq edən.”1 Bu ayədə nəfs hansı mə`nada işlənmişdir? Söhbət əmmarə və ya ləvvamə nəfsdən, yoxsa insanın şəxsiyyətindən gedir? Ayədə insanın ilk yaranışda bir şəxsdən yaranıb çoxaldığı bildirilir. Ərəb ədəbiyyatı baxımından “vahidə” kəlməsi qadın cinsində olduğundan bə`ziləri elə güman edirlər ki, ilk insan həzrət Həvva olmuşdur. Onlar öz fikrini sübut etmək üçün “Ə`raf” surəsinin həmin ayəsinin davamını dəlil göstərirlər: “Onun özündən zövcəsini yaradan da odur.” Guya həzrət Adəm həzrət Həvvadan yaradılmışdır. Hansı ki, “zövcə” kəlməsi kişiyə yox, qadına aiddir. Həmin səhv ərəb dili ilə lazımi qədər tanışlıq olmamağından irəli gəlir.

Nəfs kəlməsi Qur`anda bə’zi yerlərdə ruh mə`nasında işlədilmişdir. “Zumər” surəsinin 42-ci ayəsində oxuyuruq: “Allah öləcəkləri zaman insanların nəfsini tamamilə çıxarır.” Bu ayədə nəfs dedikdə ruh nəzərdə tutulur. Bu sözün düzgün mə`nasını anlamaq üçün diqqətli olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu söz bə`zən cism, bə`zən ruh, bə`zən insan, bə`zən də əmmarə və ya ləvvamə meyllər mə`nasında işlədilir. İnsanın öz istəklərini cilovlaya bilmədiyi halı əmmarə nəfs, günahdan peşmançılıq çəkdiyi hal ləvvamə nəfs, kamala çatmış halı isə mütməinnə nəfs adlanır.

Nəfs ilə əqlin düşmənçiliyi dedikdə əqlani qüvvə ilə nəzarətdən çıxmış nəfsani istəklər arasında olan təzad nəzərdə tutulur. İnsanın daxilində olan meyllər heç bir hədd-hüdudsərhəd tanımır. Əqlin işi kamilliyin ziddinə olan ifratın qarşısını almaqdır. Əql ilə nəfsin düşmənçiliyinin əsl mə`nası da məhz bundan ibarətdir. İnsanın daxilində iki müstəqil varlığın savaşı yanlış təsəvvürdür.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin